Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİBRİNOLİZÍN

    FİBRİNOLİZÍN, p l a z m i n – qan plazmasında hidrolazalar sinfinә mәxsus ferment; qan laxtasının – trombun hәll olmasını (fibrinoliz) törәdәn fibrinin parçalanmasını kataliz edir. F. fibrindәn әlavә digәr zülalları (mәs. kazein, fibrinogen), habelә aşağı molekullu peptidlәri vә L-arginin vә L-lizin efirlәrini dә hidroliz edә bilir (F.-in tәsiri, әsasәn, arginin vә lizin qalıqlarından әmәlә gәlmiş peptid әlaqәlәrinin parçalanmasına istiqamәtlәnir). F., molekul çәkisi 80000–90000 olan qlobulyar zülaldır. Qanda F., әsasәn, qeyri-aktiv profibrinolizin (plazminogen) profermenti şәklindә olur vә fermentativ aktivatorların tәsiri altında plazminә çevrilir; çox vaxt inhibitorla – antiplazminlә kompleksdә olur. Donor qanından, yaxud insanın plasentar zәrdabından fizioloji mәhlulda yaxşı hәll olan ağ toz – F. dәrman preparatı alınır. Preparat tromb әmәlә gәlmәsi ilә müşayiәt olunan xәstәliklәrin (kәskin tromboflebit, ağ ciyәr vә periferik arteriyaların tromboemboliyası, beyin damarlarının trombozu, miokard infarktı) müalicәsindә işlәdilir. F.-in heparinlә venadaxili damcı üsulu ilә yeridilmәsi 1–4 günlük trombların hәll olmasına sәbәb olur. F.-in aktivliyi fibrin laxtasının hәll olması vaxtına (lizisi) görә, yaxud hәll olmuş fibrinin vә ya kazeinin miqdarına görә müәyyәn edilir vә fibrinolitik, yaxud kazeinolitik tәsir vahidlәri ilә ifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN