FİBROBLASTLAR ( fibra + ...blasto) – heyvan orqanizmlәrinin birlәşdirici toxumasının әn çox yayılmış hüceyrә forması. Mezenximdәn inkişaf edir. Tәrkibindә yaxşı inkişaf etmiş Qolci aparatı vә çoxsaylı ribosomlar var. F. birlәşdirici toxumanın hüceyrәarası maddәsi olan kollagen, elastin vә mukopolisaxaridlәri (qlükozaminqlikanlar) sintez edir. Patoloji vәziyyәtlәrdә F. yaraların sağalmasında, yara toxumasının bәrpasında, yad cisim әtrafında birlәşdirici toxuma kapsulunun yaranmasında iştirak edir. Sonradan ayrılma nәticәsindә F. nisbәtәn az aktiv yetkin hüceyrә olan fibrositlәrә çevrilir.