FİBROİN – cücülәrin ipәk vәzilәrinin, hörümçәk vә digәr buğumayaqlıların tor vәzilәrinin ifraz etdiyi tәbii ipәk (hörümçәk) lifinin (hörümçәk) әsas kütlәsini tәşkil edir. Havada bәrkiyәrәk hәll olmayan davamlı sapa çevrilәn yapışqan şәrbәtәbәnzәr mayedir. F. sapları digәr zülala, serisinә bürünәrәk ipәk lifi әmәlә gәtirir (mәs., ipәkqurdunun baramaları). F. skleroproteinlәr adlanan struktur zülallar qrupuna aid edilir. Üzvi hәlledicilәrin, durulaşdırılmış turşuların vә qәlәvilәrin, hәmçinin proteolitik fermentlәrin tәsirinә davamlıdır.