FİBRÓMA ( fibra + ... oma) – fibroz (lifli birlәşdirici) toxumadan inkişaf edәn, fibroblastlardan vә miofibroblastlardan ibarәt olan xoşxassәli şişlәr qrupu. ÜST-ün 2002 il tәsnifatında bu qrupa 15 xoşxassәli şişlәr vә şişәbәnzәr prosseslәr, o cümlәdәn proliferativ miozit, elastofibroma, miofibroma, fibromatozun müxtәlif variantları, vәtәr qişası F.-sı, Qardner F.-sı vә s. daxil edilmişdir. F. klinik olaraq adәtәn şişin zәdәlәnmәsi, onun iltihabı vә s. nәticәsindә baş verәn simptomlarla meydana çıxır. M ü a l i c ә s i cәrrahi üsulladır.
Heyvanlarda birləşdirici toxumanm xoşxassəli şişi. Onun parenximası lif kollagenlərindən və fibroblastdan ibarətdir. Adi toxumadan fərqli olaraq F.-da liflər nizamsız yerləşir. Yumşaq birləşdirici toxuma tipinə uyğun qurulmuş yumşaq F. və sıx, lifli birləşdirici toxumadan ibarət bərk F. olur. Bərk F.-ya bütün məməli heyvan növlərində və quşlarda rast gəlinir. Yumşaq F. çox vaxt pişik və atların burun-udlağında inkişaf edir.