FİBROMİÓMA (fibra + ...mioma) – әzәlә toxumasından birlәşdirici toxuma elementlәri dә daxil olmaqla inkişaf edәn xoşxassәli şiş. Daha çox uşaqlığın F.-sı rast gәlinir vә o, qanaxma, qanazlığı, aybaşı tsiklinin pozulması ilә müşayiәt olunur. Qadın mәslәhәtxanasında müntәzәm müşahidә aparılmalıdır. M ü a l i c ә s i: cәrrahi üsulladır.