FİBS – biogen stimulyatorların sintetik maddәlәr әlavә edilmiş sulu mәhlulu. Adı bu mәhlulun hazırlanması üsulunu tәklif etmiş müәlliflәrin familiyalarının baş hәrflәrindәn tәrtib edilmişdir: V.P.Filatov, B.A.Baber vә V.V.Skorodinsk. F.-in tәrkibinә liman palçığının destillatı, darçın turşusu vә kumarin daxildir. Tibdә bәzi göz xәstәliklәri, artritlәr, trofik xoralar zamanı vә s. hallarda dәri altına vurmaqla istifadә olunur.