FİCİ (ing. Fiji, Fici dilindә Viti), F i c i R e s p u b l i k a s ı (ing. Republic of Fiji, Fici dilindә Matanitu Tugalala o Viti).
Ümumi mәlumat
Sakit okeanın c. hissәsindә, Okeaniyada dövlәt. Fici arxipelaqının 330-dan çox iri vә 520-dәn çox xırda adasında yerlәşir (onların 106-dan çoxu mәskunlaşmışdır). Sah. 18,3 min km2. Əh. 915,3 min (2016). Paytaxtı Suva ş.-dir. Rәsmi dillәr ingilis vә Fici dillәri, pul vahidi Fici dollarıdır. İnzibati cәhәtdәn 14 әyalәtdәn ibarәt 4 dairәyә vә 1 asılı әraziyә (Rotuma a.) bölünür.
F. BMT-nin (1970), BVF-nin (1971), BYİB-in (1971), Sakit Okean Adaları Forumunun (1971; 2000 ilәdәk Cәnubi Sakit Okean Forumu) üzvüdür.
Dövlәt quruluşu
F. unitar dövlәtdir. 7.9.2013 il Konstitusiyası qüvvәdәdir. İdarәetmә forması parlament respublikasıdır.
Dövlәt başçısı parlament tәrәfindәn 5 il müddәtinә seçilәn (bir dәfә yenidәn seçilmәk hüququ ilә) prezidentdir. Prezident tәmsilçilik funksiyalarını yerinә yetirir. O, silahlı qüvvәlәrin ali baş komandanıdır vә öz sәlahiyyәtlәri çәrçivәsindә yalnız “Kabinetin, yaxud nazirin tövsiyәsi” ilә fәaliyyәt göstәrir.
Ali qanunverici orqan birpalatalı parlamentdir (50 yer). Deputatlar әhali tәrәfindәn çoxmandatlı ümummilli dairәdә partiya siyahıları üzrә 4 il müddәtinә seçilirlәr.
Konstitusiyaya görә, icraedici hakimiyyәt prezident, әslindә isә parlament çoxluğunun lideri olan baş nazirin başçılığı altında hökumәt tәrәfindәn hәyata keçirilir. Baş naziri prezident, nazirlәri isә deputatlar arasından baş nazir tәyin edir. Hökumәt parlament qarşısında mәsuliyyәt daşıyır.
Tәbiәt
Fici arxipelaqının әn böyük adaları Viti-Levu vә Vanua-Levudur. İri adalar vulkanik, xırda adalar mәrcan mәnşәlidir. Demәk olar ki, bütün adaların sahillәri mәrcan riflәri ilә örtülmüş vә güclü parçalanmışdır. İri adaların relyefindә platolar vә hünd. 1000 m-dәn çox olan dağ silsilәlәri (maks. hünd. 1323 m, Viti-Levu a.-nda Tomanivi d.) üstünlük tәşkil edir. Sahillәrindә ensiz akkumulyativ düzәnliklәr var. Faydalı qazıntıları: manqan, mis, dәmir, gümüş, sink filizlәri vә qızıl. İqlimi okean tipli rütubәtli tropikdir. Havanın ortaaylıq temp-ru 25–28°C, yağıntının illik miqdarı 1700–3500 mm-dir. Tez-tez qasırğa vә zәlzәlәlәr olur. Nisbәtәn iri çayları Reva (100 km mәsafәdә gәmiçiliyә yararlıdır), Vainimbuka, Mba, Sinqatoka Viti-Levu a.-n-dadır.
Tomanivi dağı. Viti-Levu adası.
Vulkanik süxurların aşınma mәhsullarından formalaşan torpaqlar mәhsuldardır. Dağların külәkdöyәn yamaclarını örtәn rütubәtli tropik meşәlәrdә qiymәtli ağac cinslәri (sәndәl ağacı, tik ağacı, qırmızı ağac, iynәyarpaqlılardan podokarpus) bitir. Bir neçә palma növü (kokos, saqa palması, çörәk ağacı, batat, kauçuk ağacı vә s.) vardır. Külәktutmayan (dalda) daha quru rayonlarda savannalar üstünlük tәşkil edir. Heyvanlar alәmi kasaddır vә әsasәn, gәtirilmә (introduksiya edilmiş) heyvan növlәrindәn ibarәtdir. Mәmәlilәrdәn yalnız yarasalar yaşayır. Çoxlu sayda cücü vә quş vardır. Sürünәnlәrdәn ilan, iquan, gekkon vә uzunayaqlara rast gәlinir. Tәbiәt meşә vә kompleks rezervatlarında mühafizә edilir.
Əhali
F. әhalisinin 59,7%-ini arxipelaqın yerli sakinlәri ficililәr, 33,8%-ini hindlilәr tәşkil edir (2012); rotumalar (1,2%) vә Okeaniya adalarından digәr gәlmәlәr (1,8%), metislәr (1,3%), çinlilәr (0,6%) dә yaşayırlar. Hindlilәr arasında hind dilinin qohum dialekti yayılmışdır. Əhalinin sayı 1930-cu illәrdәn nisbәtәn aşağı templә artır (0,6 %, 2016). Doğum sәviyyәsi 1000 nәfәrә 19,0 nәfәr, ölüm sәviyyәsi 1000 nәfәrә 6,1 nәfәrdir. Fertillik göstәricisi 1 qadına 2,6 uşaqdır (2010). Miqrasiya saldosu 1000 nәfәrә 6,6 nәfәrdir. Son illәrdә Avstraliya vә Yeni Zelandiyaya miqrasiya ilә әlaqәdar hindlilәrin sayının azalması (2007 ildә 314 min nәfәr, 2012 ildә 290 min nәfәr) müşahidә edilir. Əhalinin orta yaş hәddi 28,6 ildir; 15 yaşadәk olanların xüsusi çәkisi 30,1%, 15–65 yaş arasında olanların xüsusi çәkisi 65%, 65 yaşdan yuxarı olanların xüsusi çәkisi 4,9%-dir (2010). Gözlәnilәn orta ömür müddәti 72,7 (kişilәrdә 68,5, qadınlarda 73,7) ildir. Əhalinin orta sıxlığı 1 km2-dә 50,0 nәfәrdir; әn çox sıxlıq Suva әtrafındadır (1 km2-dә 370 nәfәrdәn çox). Şәhәr әhalisinin xüsusi çәkisi 53,7%-dir (2015). İri şәhәrlәri (min nәfәr): Suva (90-dan çox; 2013), Lautoka (55,2; 2010), Nandi (42; 2007). Əmәk qabiliyyәtli әhalinin tәqr. 70%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi tәqr. 9%-dir (2014). Dindarların tәqr. 58%-i xristian, 33,7%-i hinduist, tәqr. 7%-i müsәlmandır; tәqr. 0,7% özünü heç bir dini qrupa aid etmir (2015).
Tarixi oçerk
F. adaları ilk dәfә tәqr. e.ә. 1200 ildә Lapita mәdәniyyәti daşıyıcıları tәrәfindәn mәskunlaşdırılmışdır. Sonralar arxipelaqa gәlmәyә başlayan Melaneziya miqrantları adaların ilk sakinlәrinә antropoloji vә mәdәni cәhәtdәn ehәmiyyәtli tәsir göstәrmişlәr. Tonqanların Lau a-rına (F.-nin ş. hissәsi) eramızın 13 әsrindәn iqtisadi vә mәdәni tәsiri 18 әsrdәn daha da güclәnmişdir.
Reva çayı. Nausori şәhәri.
Adaları avropalıların kәşf etdiyi dövrdә yerli әhalinin sosial-iqtisadi münasibәtlәri ibtidai icmaların dağılması ilә sәciyyәlәnirdi. Burada tayfalararası müharibәlәr, dini kannibalizm hökm sürürdü. Fici arxipelaqı 1643 ildә holland sәyyahı A.Tasman tәrәfindәn kәşf edilsә dә, avropalıların adada mәskunlaşmasınadәk yarım әsrdәn çox vaxt keçmişdi. 1774 ildә ingilis sәyyahı C.Kuk, 1789 ildә U.Blay F.-nin bir sıra a.- sını, 1820 ildә rus sәyyahı F.F. Bellinshauzen Ono-i-Lau (F.-nin c.-ş. hissәsi) a.-rını kәşf etmişdilәr. Buranın ilk avropalı mәskunları katorqa vә sürgün yerlәrindәn qaçanlar, tacirlәr, qәzaya uğramış gәmilәrin dәnizçilәri olmuşlar. 1804–16 illәrdә qiymәtli sәndәl ağacı aparmaq üçün F.-yә Avropa vә Amerikadan ticarәt gәmilәri gәlirdi. 1827 vә 1838 illәrdә arxipelaq fransız sәyyahı Jül Sezar Dümon Dürvil, 1840 ildә Çarlz Uilksin başçılıq etdiyi Amerika ekspedisiyası tәrәfindәn tәdqiq edilmişdir.
Suva portu.
1835 ildә Lakemba a.-nda (Lau a-rı) ilk ingilis missionerlәri mәskәn saldılar. 1840 ildә Levukada (Ovalau a.) avropalıların ilk iri mәskәni meydana gәldi, 40-cı illәrin sonunadәk Fici hakimlәrinin çoxu xristianlaşdırıldı. 1860-cı illәrdәn avropalılar F.-dә pambıq plantasiyaları saldılar; 1870-ci illәrdә dünya bazarında pambığın qiymәtinin aşağı düşmәsi ilә әlaqәdar pambıq şәkәr qamışı ilә әvәzlәndi. Hәmin dövrdә yerli әrazi siyasi qurumlarından biri – Viti- Levu a.-nın ş. sahilindә eyniadlı adada yerlәşәn Mbau güclәnәrәk Lomaiviti a-nı, Viti-Levu a.-nın ş. vә şm. sahillәrini vә Vanua-Levu a.-nın ş. hissәsini öz hakimiyyәti altına aldı. Mbaunun başçısı Zakombau 1852 ildәn avropalılar tәrәfindәn “F. kralı” kimi tanındı. Zakombaunun Lau a-rını tutmuş, öz nüfuzunu Vanua-Levuya yaymış tonqanların başçısı Maafu ilә münaqişәsindәn sonra Zakombau Britaniya konsulunun iştirakı ilә arxipelaq hakimlәri tәrәfindәn F. kralı kimi tanındı vә müstәqil dövlәtin başçısına çevrildi. O, müasir anlamda parlament, hәmçinin ingilis nümunәsi әsasında administrasiya yaradaraq vahid vә müstәqil F.-nin ilk kralı [1871–74] oldu. Zakombau 1874 ildә F.-nin iqtisadi vә sosial problemlәrinin hәlli, o cümlәdәn müxtәlif regionların mәrkәzdәn ayrılmaq cәhdlәrinin qarşısını almaq mәqsәdilә İngiltәrә kraliçası Viktoriyanın xeyrinә hakimiyyәtdәn әl çәksә dә, ömrünün sonunadәk “ali başçı” titulunu daşımışdır.
Tokoriki adasnda çimәrlik.
1879 ildәn şәkәr qamışı plantasiyalarını işçi qüvvәsi ilә tәmin etmәk üçün avropalı plantatorlar F.-yә hindlilәri gәtirmәyә başladılar. 1916 ildә hindlilәrin immiqrasiyası dayandırılsa da, onlar tәbii artım hesabına 1945 ildә yerli әhalini sayca üstәlәdilәr. 1959 ildә F.-dә hәm ficililәrin, hәm dә hindlilәrin iştirakı ilә müstәmlәkә әleyhinә güclü hәrәkat başladı. 1970 ildә B. Britaniya F.-yә müstәqillik verdi. 1970 il oktyabrın 10-da F. Birliyin üzvü oldu. 20 әsrin sonlarında ficililәrlә hindlilәr arasında münasibәtlәr kәskinlәşdi. 1987 ildә yeni tәşkil olunan hökumәtdә hindlilәrin üstünlük tәşkil etmәsi sәbәbindәn 2 hәrbi çevriliş baş verdi. 1987 ilin sentyabrında polkovnik S.Rambukanın başçılığı ilә baş vermiş sonuncu çevriliş nәticәsindә konstitusiya vә gen.-qubernator vәzifәsi lәğv olundu, ölkә respublika elan edildi. Dövlәt başçısı prezident oldu. Lakin Hindistanın etirazları nәticәsindә 1987 ilin oktyabrında F. Birlikdәn çıxarıldı, Rambuka rejimi xarici dövlәtlәr, o cümlәdәn Avstraliya vә Yeni Zelandiya tәrәfindәn qeyri-qanuni elan olundu. 1987 il dekabrın 6-da Rambuka dövlәt başçısı vәzifәsindәn kәnarlaşdırıldı vә F. Resp.-nın ilk prezidenti keçmiş gen.-qubernator P.Nqanilau oldu. 1990 il konstitusiyası ficililәrin F. üzәrindә nәzarәtini tәmin etdi. 1997 ildә konstitusiyaya edilәn düzәlişlәr iki icmanın nümayәndәlәrinә bәrabәr hüquqlar verdi vә F. yenidәn Birliyә qәbul olundu. 1999 ildә keçirilәn azad vә dinc seçkilәr nәticәsindә yeni hökumәtdә F. hindlilәri üstünlük qazandılar. Lakin hәmin hökumәt 1 ildәn sonra qatı F. millәtçisi C.Speytin başçılıq etdiyi çevriliş nәticәsindә devrildi. Etnik hindlilәrә yüksәk dövlәt vәzifәlәrini tutmağa icazә verәn konstitusiya lәğv edildi. 2000 ilin ortalarında demokratiya bәrpa olundu vә müvәqqәti hökumәtә başçılıq edәn L.Nqarase baş nazir, iyulun 13-dә R.X.İloilo F. prezidenti seçildi. C.Speytin әfv edilәcәyinә söz verilsә dә, 2002 ildә xәyanәtdә ittiham olunaraq onun barәsindә ölüm hökmü çıxarıldı, lakin son mәqamda cәzası ömürlük hәbslә әvәzlәndi. 2006 ilin parlament seçkilәri әrәfәsindә F. silahlı qüvvәlәrinin baş komandanı F.Mbainimarama ilә L.Nqarase arasında ziddiyyәtlәr kәskinlәşdi. Ona qarşı irәli sürülәn korrupsiya ittihamlarına әhәmiyyәt vermәyәn Nqarase 2006 il dekabrın 5-dә hәrbi çevriliş nәticәsindә devrildi vә ev dustağı edildi, parlament buraxıldı. F.Mbainimarama müvәqqәti prezident oldu. 2007 il yanvarın 4-dә F. Mbainimarama İloilonu yenidәn prezident postuna gәtirdi. Mbainimarama baş nazir tәyin olundu. İloilonun istefasından sonra prezident postuna E.Nailatikau (2009–2015) keçdi. 2015 ildәn isә F. prezidenti X.Konrotedir.
Tәsәrrüfat
F. Okeaniyanın әn inkişaf etmiş ölkәlәrindәn biridir. ÜDM (alıcılıq qabiliyyәti pariteti üzrә) 8 mlrd. dollar, adambaşına 9 min dollar tәşkil edir (2015). ÜDM-in illik artımı 2013 ildәn 4,3% –5,3%-dir. ÜDM- in strukturu (%-lә, 2015): xidmәt sferası 68,4, sәnaye 19,6, k.t. 12,0. İqtisadiyyatın әsasını turizm, hasilat sәnayesi, meşә tәdarükü, balıqçılıq vә k.t. tәşkil edir.
Suva şәhәrindәn görünüş.
Sәnaye. Az hәcmlәrdә qızıl vә gümüş filizi, boksit hasil olunur. Elektrik enerjisi istehsalı 850 min MVt/saat-dan çoxdur (2013); onun xeyli hissәsi kiçik SES vә İES-dә istehsal olunur. Emal sәnayesinin әsas sahәsi tamlı mәhsullar istehsalıdır. Şәkәr qamışı emalı (1,6 mln. t, 2013; әsas mәrkәzlәri Viti-Levu a.-nın şm. sahillәri – Lautoka, Mba, Rakiraki; Vanua-Levu a.-nın şm.-ında Lambasa), kopra istehsalı vә mineral su qablaşdırılması var. Sement istehsalı (Suvada) vә paltar tikişi müәssisәlәri fәaliyyәt göstәrir. Meşә tәdarük olunur.
Kәnd tәsәrrüfatı. Əsas әmtәә bitkisi şәkәr qamışıdır; kokos palması, maniok, çәltik, banan, batat vә s. becәrilir. Qaramal vә davar, donuz, at saxlanılır. Balıqçılıq (әsasәn, tuna balığı) mühüm yer tutur.
Şri Şiva Subramaniya hind mәbәdi. Nandi şәhәri.
Nәqliyyat. Avtomobil yollarının ümumi uz. 3,4 min km-dәn çoxdur (o cümlәdәn 1,7 min km-i bәrkörtüklü; 2011). Viti-Levu vә Vanua-Levu adalarında şәkәr qamışını emal mәrkәzlәrinә daşıyan dar d.y. şәbәkәsi (uz. tәqr. 600 km) fәaliyyәt göstәrir. Əsas dәniz portları: Lautoka, Levuka, Suva. Adalararası bәrә әlaqәsi var. 2-si beynәlxalq (Suva vә Nandi; Avstraliya, Yeni Zelandiya, ABŞ, Çin, Koreya Resp., Okeaniya dövlәtlәri vә әrazilәri ilә aviarabitә yaradır) olmaqla bәrkörtüklü uçuş-eniş zolağı olan 4 aeroport var. Ticarәt donanması 11 gәmidәn (onlardan 2-si Avstraliyaya mәxsusdur; 2010) ibarәtdir.
Xarici ticarәt. Ticarәt balansı saldosu mәnfidir: ixrac 1,2 mlrd. dollardan çoxdur, idxal tәqr. 2,3 mlrd. dollar tәşkil edir (2015). İxracata tamlı mәhsullar (şәkәr, kokos yağı, mineral sular) vә tikiş sәnayesi mәmulatı, qızıl, oduncaq, balıq vә dәniz mәhsulları aiddir. İxracat üzrә әsas tәrәfdaşlar (%, 2015): ABŞ (13,4), Avstraliya (10,2), Samoa (6,7), Tonqa (5,9). İdxalatda yanacaq, maşınqayırma vә әrzaq mәhsulları üstünlük tәşkil edir. İdxalat üzrә әsas tәrәfdaşlar (%): Çin (16,2), Koreya Resp. (15,7), Yeni Zelandiya (14,0), Avstraliya (13,4), Sinqapur (8,7), Fransa (7).
Silahlı qüvvәlәr
Silahlı qüvvәlәrin (SQ) sayı 3,5 min nәfәrdir (2015); quru qoşunları (QQ) vә HDQ-dәn ibarәtdir. Mütәşәkkil ehtiyat hissә 6 min nәfәrdir. İllik hәrbi büdcә 50 mln. dollardır (2015). SQ-nin әsas vәzifәlәri dövlәtin müdafiәsi, әrazi sularının mühafizәsi, dәnizdә xilasetmә әmәliyyatlarının keçirilmәsidir. SQ hәmçinin Sakit okean regionunda vә onun xaricindә BMT-nin sülhmәramlı missiyalarında iştirak edir. SQ-nin ali baş komandanı prezidentdir. Qoşunların idarәçiliyi SQ növlәrinin komandanlarına vә qәrargahlarına hәvalә edilmişdir.
QQ (3,2 min nәfәr) batalyonlardan (3 piyada, 1 mühәndis vә ehtiyat batalyonu), artilleriya batareyasından, xüsusi tәyinatlı bölükdәn ibarәtdir. 4 artilleriya topu, 81 mm çaplı 12 minaatan, 2 helikopterlә silahlanmışdır. HDQ-nin (300 nәfәr) tәrkibindә 5 iri vә 2 kiçik gözәtçi kateri var. Nizami SQ könüllülük әsasında komplektlәşdirilir. Silahları, әsasәn, xarici ölkәlәrin istehsalıdır. Sәfәrbәrlik ehtiyatları 240 min nәfәr, o cümlәdәn hәrbi xidmәtә yararlı olanlar 131 min nәfәrdir.
Sәhiyyә
F.-dә әhalinin hәr 100 min nәfәrinә 43 hәkim, 220 orta tibb işçisi, 20 stomatoloq; hәr 10 min nәfәrinә 20 xәstәxana çarpayısı düşür (2009). Sәhiyyәyә qoyulan ümumi xәrc ÜDM-in 4,1%-ni tәşkil edir (2013); onun 67,4%-i büdcә, 32,6%-i özәl sektor hesabınadır (2015). Sәhiyyә sisteminin hüquqi tәnzimlәnmәsi Konstitusiya (2013); sağlamlıq vә iş yerlәrindә tәhlükәsizlik haqqında (1996), psixi sağlamlıq haqqında (1978), sığorta haqqında (1998) vә s. qanunlarla yerinә yetirilir. Sәhiyyә Nazirliyi onun inkişaf planını hәyata keçirir. Tibbi yardımın keyfiyyәti beynәlxalq standartlardan aşağıdır. O, kәnd xәstәxanalarında, sağlamlıq mәrkәzlәrindә, ixtisaslaşmış xәstәxanalarda (vәrәm, cüzam vә s.), paytaxt özәl xәstәxanasında göstәrilir. Aptek şәbәkәsi yaradılmışdır. Əsas infeksiyalar: stafilokokk, hepatit, yatalaq, poliomielit (2015). Ölümün әsas sәbәblәri: ürәyin işemik xәstәliyi, şәkәrli diabet, insult, xәrçәng, aşağı tәnәffüs yollarının infeksiyaları (2015). İstirahәt vә dәniz çimәrliyi zonaları: Koral-Kost, Nandi, Sanşayn-Kost, Savusavu, Tunuloa, Yasava a.
İdman
Milli Olimpiya Komitəsi (tam adı İdman və Milli Olimpiya Komitəsi Assosiasiyası) 1949 ildə təsis edilmiş, 1955 ildə BOK tərəfindən tanınmışdır. F. idmançıları 1956 ildən (Melburn) Olimpiya Oyunlarında iştirak edirlər (1964, Tokio; 1980, Moskva istisna olmaqla). Reqbi-7 üzrə F. yığma komandası (idman oyununun bu növündə dünya lideri və 2 dəfə - 1997, 2005 illərdə dünya çempionudur) Rio-de-Janeyroda (2016) Olimpiya Oyunlarının finalında B. Britaniya yığma komandasını darmadağın edərək (43:7) ölkə tarixində ilk qızıl Olimpiya medalını qazanmışdır. F. təmsilçiləri üç dəfə Qış Olimpiya Oyunlarında (1988, Kalqari; 1994, Lillehammer; 2002, Solt-Leyk-Siti) çıxış etmişlər. Ən populyar idman növləri: yüngül atletika, üzgüçülük, cüdo, yelkənli qayıq idmanı, velosiped idmanı, boks, ağır atletika, reqbi, futbol, kriket, sörfinq, qolf. Reqbi üzrə F. yığma komandası iki dəfə (1987, 2007) Dünya kubokunun dördə bir finalına çıxmış və dünya reytinqində (29.2.2016) 11-ci yeri tutur. Fransa, İngiltərə, İtaliya və Şotlandiyanın peşəkar reqbi klublarında F.- nin aparıcı oyunçuları çıxış edir.
Bouma Milli Parkı. Suva adası.
Sörfinqçi T.Filp 5 dəfə (1991-95) dünya çempionu olmuş, 5 Olimpiya Oyunlarmda (1984, Los-Anceles - 2000, Sidney) çıxış etmişdir; qolfçu V.Sinqh 32 həftə dünya reytinqinə başçılıq etmiş (2004-05), 59 turnirin, о cümlədən ‘‘Böyük dobilcp"nin üç turnirinin(1998-2009) qalibi olmuşdur; peşəkar güləşçi-reslinqçi və aktyor C.Snuka (əsl soyadı Smit) bir çox nüfuzlu turnirin qalibidir. F.-nin paytaxtı Suva ş.-ndə üç dəfə Cənubi Sakit Okean Oyunlan keçirilmişdir (1-ci - 1963, 6-C1-1979 və 12-ci-2003 ildə). Həmin yarışlarda (1963-2015) F. idmançıları 387 qızıl, 449 gümüş, 455 bürünc medal qazanmışlar (bütün iştirakçı ölkələr arasmda tarixdə 3-cü nəticə). Ölkənin baş idman arenası çoxfunksiyalı ANZ Milli stadionu (19 min yer) 6-cı Cənubi Sakit Okean Oyunlarının başlanması ilə əlaqədar inşa olunmuşdur. F.-ningone idmançıları Gənclərin OlimpiyaOyunlarmda (2010, 2014) iştirak etmiş və bir bürünc medal qazanmışlar (2014 ildə reqbi-7 üzrə yığma komanda).
Təhsil. Elm və mədəniyyət müəssisələri
Təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən idarə olunur. Təhsil sahəsində əsas sənədlər icbari təhsil haqqında (1997, sonuncu redaksiyası 2009), peşə təhsili (2002) və ali təhsil haqqında (2009) qanunlardır. Təhsil sisteminə 23 illik məktəbəqədər, 12 illik icbari (6 illik ibtidai və 6 illik orta), ali təhsil daxildir. Uşaqların 95,06%-i ibtidai, 83,4%-i orta təhsillə əhatə olunmuşdur (2013, YUNESKO Statistika in-tunun məlumatlarına əsasən). 15 yaşdan yuxarı əhalinin savadlılıq dərəcəsi 93,7% təşkil edir. Baş elmi müəssisələr, ali məktəblər, kitabxanalar və muzeylər Suva ş-n- də yerləşir.