FİCİ DƏNİZİ – Sakit okeanın c. tropiki hissәsindә adalararası dәniz. Fici, Yeni Kaledoniya, Norfolk, Yeni Zelandiya vә Kermadek a-rı arasında yerlәşir. Sah. 3177 min km2-dir. Bu sahәdә yerlәşәn dәrin çökәkliklә әlaqәdar şәrti olaraq dәniz adlanır; orta dәrinlik 2740 m, maks. 7633 m. Dib relyefi mürәkkәb quruluşlu olub sualtı silsilәlәrdәn vә vulkanlardan ibarәtdir. Sәth sularının temp-ru fevral ayında şm.-da 28°C, c.-da 19°C-yәdәk, avqust ayında, müvafiq olaraq 27°C vә 15°C tәşkil edir; duzluluq tәqr. 35,5‰-dir. Sutkalıq vә yarımsutkalıq qabarmalar (1 m; Yeni Zelandiya sahillәrindә 2– 4 m-әdәk) olur. Əsas portu Suvadır.