FİCİ DİLİ, v i t i - ficililərin dili. Fici Resp.-nın rəsmi dillərindən biri; ölkənin digər sakinləri üçün etnoslararası ünsiyyət dili. Təqr. 512 min nəfərin doğma dilidir, etnoslararası ünsiyyətdə isə 346 min nəfər tərəfindən istifadə olunur (2012). Okeaniya dillərinə aiddir. Ən çox Polineziya dillərinə yaxındır. 2 dialekt qrupu var: q. (Viti-Levu a.-nın q.-i, həmçinin Yasava a.-rı) və ş. (arxipelağın qalan hissəsi). Q. və ş. “dialektləri”nin daşıyıcıları arasında (həmçinin q. qrupunun öz daxilində) qarşılıqlı anlaşılma yoxdur, ş. qrupu əhatəsində anlaşılma bəzən çətin olur. Fonoloji sistem zəifdir: vokalizmdə 5 sait, konsonantizmdə 16 samit var. Qrammatikasına, əsasən, prepozitiv köməkçi sözlər vasitəsilə ifadə olunur, sözdəyişmə zəifdir. Şəxs əvəzlikləri 4 hissəyə bölünür. Yiyəlik əvəzliklərinin 4 növü var. Feillərdə morfoloji cəhətdən təsirlilik, səbəb, qarşılıq mənaları ifadə olunur. Təyin olunan təyindən, xəbər isə mübtəda və tamamlıqdan əvvəl gəlir.
Ədəbi F.d. Mbau a.-nın dialektinə əsaslanır, müxtəlif dialektlərin daşıyıcıları üçün vasitəçi dildir, etnoslararası ünsiyyətdə istifadə olunur. Məktəb, mətbuat, radio dili kimi onun funksiyaları məhduddur. Yazısı 1835 ildən latın əlifbası əsasındadır.