FİCİLİLƏR (özlәrini iTaukei adlandırırlar) – Melaneziya xalqı, Fici a-rının әsas әhalisi. Sayları 475,7 min nәfәrdir (2007). Hәmçinin Avstraliyada, ABŞ-da vә digәr ölkәlәrdә yaşayırlar. Fici dilindә vә qәrbi Fici dilindә danışırlar. İngilis dili dә yayılmışdır. Dindarları, әsasәn, xristiandır, müsәlmanlar da var.
Ficililәrin әnәnәvi evi (solda), kava içkisinin hazırlanması mәrasimi (sağda). Viti-Levu adası.
Fici a-rı tәqr. e.ә. 1200 ildә Lapita mәdәniyyәti daşıyıcıları tәrәfindәn mәskunlaşdırılmışdır. Sonralar arxipelaqa Melaneziya miqrantları gәlmәyә başlamışlar. F.-in etnogenezindә Fici arxipelaqının şәrq adalarının sahilyanı әhalisi ilә әlaqәlәri olan polineziyalılar (әsasәn, tonqanlar, hәmçinin – samoalılar) iştirak etmişlәr. Daxili әrazilәrdәki dağlılar Melaneziya irqinin әlamәtlәrini xeyli dәrәcәdә saxlamışlar. Avropa müstәmlәkәçiliyinin başlanğıcında (19 әsrin birinci yarısı) F. әyanlara, azad icmaçılara, asılı kәndlilәrә vә qullara bölünәn erkәn sinfi cәmiyyәt mәrhәlәsindә idilәr. F. etnosunun tәşәkkülü 19 әsrin sonunda başa çatmışdır.
Əsas mәşğuliyyәtlәri әkinçilik (taro, yams, maniok, kokos, banan) vә balıqçılıq olmuşdur; gәmiqayırma, dulusçuluq, tapa hazırlanması, hәsir toxunması da inkişaf etmişdi. Müasir F. hasilat vә emal sәnayesindә çalışırlar.
Qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәrә (yavusa), subqәbilәlәrә (matanqali) vә böyük ailәli icmalara (tokatoka) bölünürdülәr. Qәbilәlәr vanua vә matanitu әrazi birliklәrini tәşkil edirdi. Matanqali iyerarxik struktura malik idi: turanqa (ali rütbәli başçılar; kәnd başçıları yalnız bu matanqalidәn olurdu), sauturanqa (nisbәtәn aşağı rütbәli başçılar), mata ni vanua (mәrasimlәrin tәşkilinә cavabdeh olanlar), mbete (kahinlәr), mbati (döyüşçülәr), ndau vә matai (hәyat fәaliyyәtinin müxtәlif sahәlәri üzrә mütәxәssislәr; mәs., ndau ni yau – xәzinәdar, mata isau – kanoe ustası). Qullar (kaisi) da var idi. Başçıların vә kahinlәrin tapadan çalması (i-sala) olurdu. Mәrasimlәrdә kava içilmәsi, insan qurban- vermә adәti, ayini kannibalizm yayılmışdır; kaşalotların cilalanmış dişlәri (tambua) ayin әşyaları kimi istifadә edilirdi.
Ənәnәvi evlәri çox vaxt budaq vә yarpaqqarışıq torpaq bünövrә üzәrindә tikilir, dördkünc vә ovalşәkilli, dirәk konstruksiyalı olurdu. Mәtbәx evdәn ayrı tikilirdi. Ənәnәvi geyimlәri әtәk, önlük, bel sarğısıdır. Ənәnәvi yemәklәri, әsasәn, bitkilәrdәn vә balıqdan hazırlanır; әt nadir hallarda yeyilir. Əcdadların vә tayfa başçılarının kultu yayılmışdır. Totemizmin qalıqları da saxlanılmışdır.