Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİÇİNO 

    FİÇİNO (Ficino) Marsilio (19.10.1433, Filine-Valdarno - 1.10.1499, Florensiya yaxınlığında, Karaci) - italyan humanisti, neoplatonçu filosof, Florensiyada Pla­ton Akademiyasının yaradıcısı. Platon, Plotin, Yamvilix, Prokl, Porfiri və b.-nın əsərlərini, “Areopagitiklər”in bir hissəsini və Hermetik toplu adını almış traktatları latın dilinə tərcümə etmişdir. Bu tərcümələrə yazdığı şərhlərdə və “Canın ölməzliyi haqqında Platon teologiyası” (“Theologiae platonicae de immortalitate animorum”, 1469-74), “Xristian dini haqqında” (“De Christiana religione”, 1476) və digər əsərlərində neoplatonizmin (emanasiya konsepsiyası və s.) və son antik dövr mistik təlimlərinin başlıca xristian ehkamlarına uyğunlaşdırılması istiqamətində yenidən işlənməsindən ibarət fəlsəfi sistemini inkişaf etdirmişdir. Filosofa görə, dərketmə bacarığına və azad iradəyə malik insanın ləyaqəti onun ilahi mənşəyində, canının ölməzliyində, seyretmənin ali pilləsində Allahla qovuşma - “ilahi dəlilik” bacarığındadır. Gözəlliyi seyretməni ali mistik seyretmənin pilləsi kimi nəzərdən keçirən F. üçün dünyəvi gözəlliyin apologiyası səciyyəvi idi. Tarixən mövcud olmuş dinləri və dini-fəlsəfi təlimləri F. “ümumi din”in inkişaf mərhələləri hesab edirdi. Platonizmin dirçəlməsinə və sxolastik aristotelizmlə mübarizəyə təkan vermiş, İntibah və 17-18 əsrlər fəlsəfəsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN