FİDEİKOMİSS (lat. fideicommissum – vicdan tapşırığı) – Roma hüququnda miras qoyanın vәrәsәyә hәr hansı әşyanı (sinqulyar F.), mirasın bir hissәsini, yaxud bütün mirası (universal F.) vәrәsәliyә çağırma hüququ olmayan üçüncü şәxsә vermәk haqqında tapşırığı. Vәsiyyәt tapşırığından imtinadan (bax Leqat) fәrqli olaraq, bu cür tapşırıq müәyyәn bir formaya riayәt edilmәsini tәlәb etmirdi vә qanuna әsasәn varәsәyә ünvanlana bilәrdi. İlk dövrdә F.-in icrası varisin istәyindәn asılı olsa da (“vicdan tapşırığı” adı da burdandır), sonralar F. iddia hüququ ilә qorunmağa başlandı. Varis F.-in 1/2 hissәsini özündә saxlamaq hüququ әldә etdikdәn (e.ә. 1 әsr) vә vәsiyyәt edәnin borcları üzrә mәsuliyyәt F.-lә mirasın bir hissәsini almış şәxsin üzәrinә qoyulduqdan (1 әsr) sonra universal F. praktiki olaraq vәsiyyәtdәn fәrqlәnmәdi. 6 әsrdә sinqulyar F. vәsiyyәt tapşırığından imtina qaydalarına tabe edildi.