FİDER (ing. feeder; feed – qidalandırmaq) – 1) r a d i o t e x n i k a d a – elektromaqnit rәqslәrinin mәnbәdәn işlәdicilәrә paylanması üçün ötürücü xәtt. F.-lәr açıq vә qapalı olur. Metal mәftil formasında hazırlanmış bir, iki vә çoxnaqilli xәtlәr, dielektrik dalğaötürәnlәr, linzalı vә güzgülü kvazioptik xәtlәr açıq F.-lәrә, bir vә çoxnaqilli ekranlı xәtlәr (mәs., radiotezlikli kabel) vә metal dalğaötürәnlәr qapalı F.-lәrә aiddir. “F” termini sәs tezlikli elektrik rәqslәrini radiotranslyasiya şәbәkәsinә daxil edәn xәtlәr üçün dә işlәdilir; 2) e l e k t r o e n e r g e t i k a d a – paylaşdırıcı kabel vә ya hava elektrikötürmә xәtti (adәtәn, 10 kV-adәk) mәnasında işlәdilәn vә istifadәdәn çıxmaqda olan termin.