Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİDİ 

    FİDİ (Фе^ш;) (təqr. e.ə. 490 - 430) - qədim yunan heykəltəraşı. Yüksək klassika dövrünün ən görkəmli sənətkarlarından biri. Attika məktəbinin nümayəndəsi. Afinada doğulduğu ehtimal olunur. Afi­na heykəltəraşı Gegidən dərs almışdır. Heç bir orijinal əsəri saxlanılmamış, işləri antik müəlliflərin qeydlərindən və sonrakı surətlərindən məlumdur. Yaradıcılığının ilk dövrlərində tuncla işləmişdir: Afina Akropolunda Əhəmənilər üzərində qələbə şərəfinə Afina Lemmiyanın (təqr. e.ə. 450-440) və Afina Promaxosun (təqr. e.ə. 465-455) heykəlləri. E.ə. 440-cı illərdə Efes Amazonu müsabiqəsində iştirak etmişdir (Böyük Plininin məlumatına görə 2-ci yeri tutmuşdur). Antik müəlliflər F.-ni xrisoelefantin heykəltəraşlıq ustası kimi mədh edirlər: Afinanın Parfenon məbədindəki Afina Parfenosun (e.ə. 438) və Olimpli Zevsin heykəlləri bu texnikadadır. F. Afina Akropolunun yenidən qurulmasında Periklin məsləhətçisi olmuş, işlərə rəhbərlik etmiş və ehtimal ki, Parfenonun (mərmər, e.ə. 438-432, Britaniya muzeyi, London; Luvr Paris; Akropol muzeyi, Afina) heykəltəraşlıq bəzəklərinin yaradılmasında şəxsən iştirak etmişdir.

    Fidi. Selenanın qoşqu atının başı. Afına, e.ə. 447-432. Mərmər. Britaniya muzeyi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN