FİDYƏ (әr.الفدية) – islam dinindә bәzi mükәllәfiyyәtlәrin (xüsusilә oruc vә ehramla bağlı) üzrlü sәbәbә görә icra edilmәmәsi, yaxud qeyri-sәhih icra edilmәsi qarşılığında şәriәtlә müәyyәn edilәn miqdarda ödәnilәn әvәz. Quranda bir neçә ayәdә (2:184, 196; 4:92; 57:15) xatırlanır. Hәr bir müsәlman ehram vәziyyәtindә qadağan olunmuş hәrәkәt etdikdә, yaxud Ramazan ayında qocalıq, xәstәlik vә s. sәbәbdәn oruc tuta bilmәdikdә F. ödәmәlidir. Əsirlәrin geri qaytarılması mәqsәdilә dә F. ödәnilir.