Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİGÉRES FERRÉR

    FİGÉRES FERRÉR (Figueres Ferrer) Xose (25.9.1906, San-Ramon – 8.6.1990, San-Xose) – Kosta-Rika dövlәt vә siyasi xadimi. Kataloniya mühacirlәrinin oğludur. Meksikanın Milli muxtar un-tindә, Massaçusets texnologiya un-tindә (ABŞ) tәhsil almışdır. 1945 ildә Milli azadlıq partiyasını yaratmışdır. Prezident Kalderon Quardiyanın seçkilәrdә mәğlubiyyәtini qәbul etmәmәsi sәbәbindәn baş verәn vәtәndaş müharibәsinin (1948) gedişindә üsyançı qüvvәlәrә, sonralar hakim Müәssislәr xuntasına (1949 ilin noyabrınadәk) rәhbәrlik etmişdir. Bu vәzifәdә olarkәn F.F. bir sıra genişmiqyaslı islahatların keçirilmәsinin tәşәbbüskarı olmuşdur: ordunu buraxmış, onu Mülki qvardiya vә polis ilә әvәz etmiş, bankları millilәşdirmiş, qadınlara vә qaradәrililәrә sәsvermә hüququnu vermiş, özәl kapitala 10%-li vergini tәtbiq etmişdir. Müәssislәr xuntası tәrәfindәn 1949 ildә qәbul olunmuş konstitusiya dövlәtin rolunun güclәnmәsinә yönәlmiş islahatları qanunla tәsbit etdi, әhaliyә bir sıra demokratik hüquqlar verdi. 1953 ildә F. prezident seçildi (bu vәzifәdә 1958 ilәdәk qaldı); ölkәdә geniş torpaq sahәlәrinә vә güclü infrastruktura malik “United Fruit Company” ABŞ şirkәti ilә illik gәlirinin üçdә birini Kosta-Rikaya ödәmәsi haqqında saziş bağladı. Bu şirkәtә mәxsus mәktәblәr vә xәstәxanalar millilәşdirildi. 1970–74 illәrdә yenidәn prezident olan F.F. xarici şirkәtlәrә mәxsus d.y. nәqliyyatını millilәşdirmiş, ABŞ-ın neft şirkәtlәrinә Kosta-Rika sahillәrindә neft hasil etmәyә qadağa qoymuşdur. Sosialist ölkәlәri ilә münasibәtlәri yaxşılaşdırsa da, sol qüvvәlәrin nümayәndәlәrinin tәqib edilmәsi siyasәtini yürütmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN