Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİXTE 

    FİXTE (Fichte) İohann Qotlib (19.5.1762, Rammenau – 29.1.1814, Berlin) – alman filosofu vә ictimai xadimi, alman klassik idealizminin nümayәndәsi. Kәndli ailәsindә anadan olmuşdur. 1780–84 illәrdә Yena, sonra Leypsiq un-tlәrinin teologiya fakültәsindә tәhsil almışdır. İ.Kantın tәsiri altında yazdığı “Bütün vәhylәrin tәnqidinә dair tәcrübә” (“Versuch einer Kritik aller Offenbarung”, 1792 ildә anonim nәşr edilmişdir) Kantın әsәri kimi qәbul edilmiş vә yüksәk qiymәtlәndirilmişdir. Böyük Fransa İnqilabının tәsirilә fikir azadlığının müdafiәsinә hәsr olunmuş әsәr yazmışdır. 1794–99 illәrdә Yena Un-tinin prof.-u olmuş, oxuduğu mühazirәlәri ilә böyük uğur qazan mışdır. 1794–98 illәrdә onun “biliklәrin biliyi”, “şüur haqqında elm” kimi ümumәn fәlsәfә ilә eynilәşdirdiyi “elm haqqında tәlim”inin (Wissenschafts-lehre) işlәnmәsinә hәsr olunmuş kompleks әsәrlәri (“Elm tәlimi prinsiplәrinә görә tәbii hüququn әsasları”, 1796 vә “Elm tәlimi prinsiplәrinә görә mәnәviyyat haqqında tәlim sistemi”, 1798) nәşr olundu. İ.V.Götenin, K.V. fon Humboldtun, F.H.Yakobinin rәğbәtini qazanan F. romantiklәrin Yena mәktәbi ilә yaxınlaşdı, F.V.Şellinqlә dost oldu. F.-nin ateizmdә ittiham olunması ictimai qalmaqal doğurdu vә o, 1799 ildә Yenanı tәrk etmәk mәcburiyyәtindә qaldı. 1800 ildәn Berlindә işlәmiş, “İnsanın vәzifәsi” (“Die Bestimmung des Menschen”, 1800), “Qapalı ticarәt dövlәti” (“Der geschlossene Handelsstaat”, 1800), “Müasir dövrün әsas cәhәtlәri” (“Grundzüge des gegenwärtigen Zeitalters”, 1806), “Xoşbәxt hәyat üçün nәsihәtlәr” (“Anweisung zum seligen Leben”, 1806) әsәrlәrini nәşr etdirmişdir. 1807 ildә Napoleonun işğal etdiyi Berlindә F. “Alman millәtinә ünvanlanan nitqlәr” (“Reden an die deutsche Nation”, 1808) adlı açıq silsilә mühazirәlәr oxumuş, hәmvәtәnlәrini mәnәvi dirçәlişә vә işğalçılara qarşı müqavimәtә sәslәmişdir. 1810 ildә Berlin Un-tinin rektoru seçilmişdir. Napoleonla müharibә zamanı hospitalda yaralılara xidmәt göstәrәn arvadından yatalaq xәstәliyinә yoluxaraq ölmüşdür.

    İ.Kantın әsәrlәrindә başlayan varlıq metafizikasından azadlıq metafizikasına dönüş prosesini F. başa çatdırdı: “ehkamçılıq” obyektdәn, substansiyadan doğursa, “kritisizm” “tamamilә qeyd-şәrtsiz vә heç bir ali başlanğıc tәrәfindәn müәyyәnlәşmәyәn” kimi tәsbit edilәn subyektdәn, özünüdәrkdәn, yaxud Mәndәn intişar tapır. F.-yә görә, özünüdәrkin mahiyyәti azadlıqdır vә o, әvvәldәn axıradәk öz sistemini azadlıq anlayışının tәhlili kimi nәzәrdәn keçirir. Lakin Kantın 17 әsr spekulyativ rasionalizminә qarşı yönәlmiş transsendental fәlsәfәsindәn fәrqli olaraq, F. idealizmin yeni formasını – spekulyativ transsendentalizmi yaradır. Fәlsәfә ciddi elmi sәciyyә daşımalı vә ayrılıqda bütün elmlәr üçün bünövrә rolunu oynamalı, elmi ümumәhәmiyyәtli sәhih bilik kimi әsaslandırmalıdır. Elmi biliyin spesifikası onun sistemli formaya malik olmasıdır ki, bu da elmin bütün müddәalarının öz-özlüyündә hәqiqi vә doğru olan bir başlanğıcdan intişar tapması ilә әldә edilir. F. bu mәqamda bütünlükdә elm binasını qurmaq üçün belә bir özünәsәhih çıxış nöqtәsi axtaran R.Dekarta yaxınlaşır. Belә aşkar vә bilavasitә hәqiqi bünövrә özünüdәrk – “Mәn Mәnәm”dir. Özünüdәrk öz-özünü doğurduğu üçün bәnzәrsizdir: özünüdәrk prosesindә doğuran vә doğulan, hәrәkәt vә onun mәhsulu, subyekt vә obyekt üst-üstә düşür.

    F. fәlsәfәsinin әsasında predmetә praktiki-fәal münasibәtin ona nәzәri-mücәrrәd münasibәtdәn әvvәl gәlmәsi durur. Bu müddәa onu özünüdәrki ilk öz-özlüyündә hәqiqәtәuyğun bilik başlanğıcı kimi şәrh edәn Dekartdan fәrqlәndirirdi: şüur verilmәyib, o, öz-özünü törәdir; onun şübhәsizliyi mücәrrәdliyindә deyil, fәaliyyәtindәdir; onu intellektlә üzә çıxarmaq yox, iradә ilә tәsdiq etmәk mümkündür. “Tәbiәtdәn gәlәn” fәrd hansısa qeyri-sabit varlıqdır: onun hissi meyillәri, istәklәri, әhvali-ruhiyyәsi hәmişә dәyişir vә başqa şeylәrdәn asılı olur. O, bu kәnar tәsirlәrdәn özünüdәrk aktında azad olur. Bu aktla fәrd öz ruhunu, azadlığını doğurur. Öz-özünü müәyyәnlәşdirmә subyektin әbәdi can atmalı olduğu vәzifәdir. Burada ziddiyyәt aşkarlanır: sistemin başlanğıcı kimi tәsәvvür edilәn özünüdәrk, eyni zamanda sonsuz tәxirә salınan Mәn mәqsәdidir. F. bu ziddiyyәti öz sisteminin başlanğıc nöqtәsi kimi qәbul edir vә sistemin qurulması mәhz onun dialektik metod vasitәsilә ardıcıl açılıb göstәrilmәsidir. F.-nin sistemi dairәvi struktura malikdir: başlanğıc artıq özündә sonu ehtiva edir, sona doğru hәrәkәt eyni zamanda başlanğıca qayıdışdır. Kantın iradә muxtariyyәti prinsipi (praktiki şüur öz qanununu özü yaradır) F.-dә bütün sistemin universal başlanğıcına çevrilir. F. bununla ağılla dәrkolunan vә hissi alәm arasındakı Kant üçün keçilmәz olan sәrhәddi aradan götürәrәk, Kant tәliminin dualizmini aşır vә qarşısına praktiki şüur prinsipindәn – azadlıqdan hәm dә nәzәri şüuru doğurmaq vәzifәsini qoyur; idrak vahid praktiki-mәnәvi fәaliyyәtә tabe olan bir mәqamdır.

    F.-yә görә, istәnilәn reallıq Mәnin fәaliyyәtinin mәhsuludur vә elm tәliminin vәzifәsi faәliyyәtin necә vә nә üçün zәruri olaraq predmet formasını almasını göstәrmәkdir. Şüurdan asılı olmayan “özündә şey”in mövcudluğunu rәdd edәn F. biliyin bütün mәzmununu Mәndәn çıxarır. Bu zaman F. fәrdi Mәni mütlәq Mәndәn fәrqlәndirmәyi tәlәb edir, lakin eyni zamanda mütlәq Mәnin mövcudluğunu fәrdi Mәndәn asılı olmayan hansısa substansiya kimi qәbul etmir. F. Mәni çıxış nöqtәsi kimi tәsvir edәrkәn, adәtәn Allaha şamil edilәn mütlәqlik, sonsuzluq, mәhdudiyyәtsizlik, öz-özünün sәbәbi vә s. predikatlardan istifadә edir. Erkәn elm tәlimindә mütlәq Mәn ideal statusa malikdir vә daha çox insan şüurundakı Allah ideyası kimi, sonsuz tarixi proses gedişindә hәyata keçirilmәli olan mәnәvi dünya düzәni ilә eyniyyәt tәşkil edәn ideya kimi üzә çıxır. Buna görә F.-dә fәrdi vә mütlәq Mәn bәzәn üst-üstә düşür, bәzәn isә ayrılır vә bu eynilik vә ayrılmaların bir-birini әvәzlәmәsi düşüncәnin hәrәkәtverici prinsipi kimi F. dialektikasının nüvәsini tәşkil edir.

    F. nәzәri fәlsәfәnin üç әsas müddәasını formulә edir: Mәn әvvәlcә öz-özünü bildirir – tezis; Mәn özünü qeyri-Mәn vasitәsilә müәyyәn biri kimi bildirir – antitezis; tezis vә antitezis bir-birinә zidd olduğuna görә bir-birini mәhv etmәli idi. Lakin şüurun vahidliyini qorumaq üçün tezis vә antitezis bir-birini mәhdudlaşdırmalıdır. Nәticәdә sintez yaranır: Mәn qismәn öz-özünü müәyyәnlәşdirir, qismәn dә qeyri-Mәnlә müәyyәnlәşir. Mәhdudlaşma bölünәn Mәn vә bölünәn qeyri-Mәnin yaranması demәkdir, çünki yalnız bölünәn mәhdudlaşa bilәr. Sintezin mәnası mütlәq vә sonlu Mәnlәrin fәrqlәndirilmәsi vasitәsilә açılır: Mәn (mütlәq Mәn nәzәrdә tutulur) bölünәn Mәnә (yәni empirik subyektә) qarşı bölünәn qeyri-Mәni (yәni empirik tәbiәti) qoyur. F. üç әsas müddәanın yardımı ilә mәntiqi qanun vә kateqoriyaların dialektik tәrifini verir: “Mәn Mәnәm” tezisi eyniyyәt qanununun vә müvafiq olaraq reallıq kateqoriyasının mәnbәyidir; antitezis ziddiyyәt qanununun vә inkar kateqoriyasının mәnbәyidir; sintez isә әsaslanma qanununu vә ilkin şәrti bölünmә olan kәmiyyәt kateqoriyasını yaradır.

    Ziddiyyәtlәri sintez etmәk tәlәbi ilә bu tәlәbin yerinә yetirilmәsinin qeyri-mümkünlüyü arasında qәrarsız qalan Mәnin öz-özü ilә mübarizәsi nәzәri Mәnin başlıca qabiliyyәti olan mәhsuldar tәxәyyül qabiliyyәti vasitәsilә hәyata keçirilir. Nәzәri şüur üçün ondan asılı olmayan hәr bir şey tәxәyyülün qeyri-şüuri fәaliyyәtinin vә hәmin fәaliyyәtin ehtimal etdiyi mәhdudiyyәtlәrin mәhsuludur; bu mәhdudiyyәtlәr şüurda duyğular, seyretmәlәr, tәsәvvürlәr, ağıl, zәka, hәtta zaman, mәkan vә bütün kateqoriyalar sistemi kimi üzә çıxır. Bu mәhdudiyyәtlәrin olması qarşıya mәqsәdlәr qoyan vә onları reallaşdıran praktiki Mәnin mövcudluğu üçün lazımdır. F.-dә Mәnin fәaliyyәti mütlәqdir; o öz-özünü vәzifәlәrlә tәmin edir, lakin bu qeyri-şüuri baş verir: qarşıya “maneәlәr” qoyan Mәn vә onları aşan Mәn bir-biri haqqında heç nә bilmir. Mütlәq Mәnin qeyri-şüuri fәaliyyәti ilә meydana gәlәn alәm hansısa müstәqil bir şey deyil: tәbiәt yalnız praktiki Mәnin qarşıya qoyduğu mәqsәdlәrin reallaşdırılması üçün obyekt, vasitә, daim dәf edilmәli maneәdir; onun müstәqil mövcudluğu yoxdur. Yalnız xarici tәbiәt deyil, insanın daxili tәbiәti dә bu cürdür, yәni onun hissi hәvәslәri vә istәklәri, bütün tәbiәtdә olanlar kimi, durğunluq, inersiya keyfiyyәti daşıyır vә onlar mәnәvi fәaliyyәt vasitәsilә aşılmalıdır, çünki insandakı әzәli şәrin mәnbәyini tәşkil edir. F.-yә görә, azadlıq tәbiәtin passiv durğunluğuna qarşı fәal başlanğıcdır. Əmәli subyekt xarici vә daxili maneәlәri bir-birinin ardınca dәf edәrәk öz-özü ilә eyniyyәtә daha çox yaxınlaşır. F.-dә bәşәriyyәtin bütün hәrәkәt idealı fәrdi vә mütlәq Mәnin üst-üstә düşmәsi vә bununla da insanın bütün predmet sahәsinin Mәnin öz fәaliyyәtinin mәhsulu olduğunu anlamasıdır (bu mәhsul Mәnin özündәn kәnardır vә ona xarici gerçәklik kimi görünür). Lakin bu ideala tam nail olmaq mümkün deyil, bәşәriyyәtin bütün tarixi ona daimi yaxınlaşmaqdan ibarәtdir.

    F.-nin erkәn dövr yaradıcılığında Mütlәq aktual deyil, potensial varlıqdır; o, yekun Mәn vasitәsilә gerçәklәşir vә buna görә öz fәaliyyәti ilә Mütlәqi ideal, mәnәvi dünya düzәni kimi reallaşdıran çoxsaylı yekun özünüdәrklәr şәklindә çıxış edir. “Tәbii hüququn әsasları”nda insan azadlığının mümkünlüyünü müzakirә edәrkәn F. sübut edir ki, Mәnin azadlıq dәrki başqa Mәnlәrin azadlıqlarının tәsdiqi ilә şәrtlәnir. F. belә tәsdiqin iki üsulunu göstәrir: bu, hüquq fәlsәfәsindә mәnim azadlığa doğru özünüdәrkimin sәbәbi kimi başqa azad insanın mәnә ünvanlanmış çağırışıdır, mәnәviyyat fәlsәfәsindә digәr şәxsiyyәtlәrin tәsdiqi onları vasitә kimi nәzәrdәn keçirmәyi qadağan edәn vә hәr birindә öz-özlüyündә mәqsәd görmәyi tәlәb edәn mәnәvi qanun vasitәsilә baş verir. Bu zaman tәsdiqin hüquqi kateqoriyası tәbiәti etibarilә nәsil şüuru olan insan şüurunun konstitutiv mәqamı kimi çıxış edir.

    1800 ildәn sonra öz sisteminә әhәmiyyәtli dәyişikliklәr edәn F. elm tәlimini Mütlәq nәzәriyyәsi kimi deyil, mütlәq bilik nәzәriyyәsi kimi nәzәrdәn keçirmәyә başladı. Mütlәqin özü heç bir müәyyәnlik daşımır, çünki o, hәr hansı bilikdәn yüksәkdә durur, ona görә onu nә varlıq, nә bilik, nә dә Şellinqin tәbirincә “varlıq vә biliyin etinasızlığı” adlandırmaq olar. Bununla F. neoplatonizmlә vә ali başlanğıcı çoxa aidiyyәti olmayan Tәk kimi qәbul edәn Ekhart mistikası ilә yaxınlaşır. Özünә aidiyyәtә imkan vermәyәn Tәk hәr hansı münasibәtdәn kәnardadır, buna görә dә dәrkolunmazdır. Çoxun aid olduğu tәki isә F. mütlәq bilik adlandırır vә onda Mütlәqin aşkarlanmasını, Mәn üçün üzәçıxma üsulunu görür. “Özü özlüyündә yalnız tәk Allah mövcuddur vә Allah ölü anlayış olmayıb, xalis hәyatdır. O, öz-özündә dәyişә, yaxud müәyyәnlәşә bilmәz vә özünü başqa varlıq edә bilmәz. Əgәr bilik hәr halda mövcud olmalıdırsa vә Allahın özü olmalı deyilsә, onda Allahdan başqa heç nә olmadığı üçün o, yalnız Allah ola bilәr, lakin Allahdan kәnar Allah, onun varlığından kәnardakı Allahın varlığı, Onun elә bir aşkarlanmasıdır ki, orda O, özündә Onun olduğu kimi qalmaqla, tamamilә Onun olduğu kimidir. Bu  cür aşkarlanma isә obraz, yaxud sxemdir” (“Şüur faktları” kitabı). Əgәr әvvәl mütlәq Mәn fәrdi subyekt fәaliyyәtinin әlçatmaz mәqsәdi, onun mahiyyәt etibarilә yeganә real varlığı olan potensial sonsuzluğu kimi çıxış edirdisә, indi Mütlәq aktual varlıq kimi, Allah kimi anlaşılırdı, buna görә dә fәaliyyәt prinsipi öz universal mәnasını itirmiş vә Allahla qovuşmağın (“unio mystica”) yolu kimi mistik seyretmә F. üçün ali dini mәna kәsb edirdi. “Özününkülük” anlayışı F.-nin son dövr yaradıcılığında müsbәt keyfiyyәtdәn mәnfiyә dәyişmişdir: “müstәqillik affekti” onun üçün insandakı şәr başlanğıcının – eqoist fәrdin özünütәsdiqinin ifadәsi olmuşdur. Azadlıq indi yalnız hissi hәvәslәrdәn deyil, ümumiyyәtlә bütün fәrdilikdәn, yәni “özününkülük”dәn imtina kimi başa düşülür.

    F.-nin sosial-siyasi görüşlәri dә әhәmiyyәtli tәkamül yolu keçmişdir. Yaradıcılığının ilk dövründә o, Böyük Fransa İnqilabının ideallarına rәğbәt bәslәyirdisә, Napoleonla mübarizә dövründә xüsusi mәna qazanmış millilik ideyasının işlәnmәsi ilә mәşğul olmuşdur. Ayrı-ayrı millәtlәrin daşıdığı vәzifә ideyası F.-nin tarix fәlsәfәsindә tamamlanır: bәşәriyyәt tarixi ilkin mәsumluq (ağlın qeyri-şüuri hökmranlığı) vәziyyәtindәn F.-nin müasiri olduğu dövr üçün sәciyyәvi sayılan ümumi tәnәzzül vә dәrin pozğunluq mәrhәlәsindәn keçmәklә ağlın şüurlu hökmranlığına doğru inkişaf prosesidir. Bu prosesdә fәlsәfәyә mühüm rol ayıran F. hesab edirdi ki, fәrdin mәnәvi qanunlara şüurlu tabeçiliyini mәhz fәlsәfә tәmin edә bilәr.

    F. kantdansonrakı tәnqidi fәlsәfәnin inkişafına, insan Mәninin, fәal yaradıcı başlanğıc kimi subyektin fundamental әsaslarının öyrәnilmәsinә mühüm töhfәlәr vermişdir. O, tәnqidi fәlsәfәdә islahatlar aparmış, onun gәlәcәk inkişafının әsas mәqsәd vә istiqamәtini müәyyәnlәşdirmişdir. F. fәlsәfәsi alman klassik idealizminin inkişafına – F.V.Şellinqin erkәn dövr yaradıcılığına vә G.V.F.Hegelә, Yena romantizmi nümayәndәlәrinin fәlsәfi-estetik ideyalarına, hәmçinin neokantçılardan (“neofixteçilәr”dәn) V.Vindelband vә H.Rikkertә, qismәn dә G.Kogen vә P.Natorpa böyük tәsir göstәrmişdir. R.Oyken, H.Münsterberq vә b.-nın tәlimlәri F. ideyalarının tәsiri altında formalaşmışdır. Şellinq vә Hegel F.-nin subyektiv idealizmini aşaraq, onun fәlsәfәsini tәnqid etmişlәr.

    Əd.: Ойзерман Т. И. Философия Фихте. М., 1962; Гайденко П. П. Философия Фихте и современность. М.,1979; yenә onun. Парадоксы свободы в учении Фихте. М., 1990.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN