Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİKRƏT MÜƏLLA 

    FİKRƏT MÜƏLLA (soyadı Sayğı) (1904, İstanbul - 20.7.1967, Fransa, Nitsa; 1974 ildə cənazəsinin qalıqları Türkiyədə yenidən dəfn olunmuşdur) - türk rəssamı. İstanbulda təhsil almış, sonra mühəndislik sənətini öyrənmək məqsədilə Almaniyaya getmişdir. Almaniyanın bir çox şəhərində, İsveçrə və İtaliyada olmuşdur. Rəssamlıq sənətinə 1920-ci illərdə gəlmiş və rəsmləri Almaniyanın məşhur jurnallarında çap olunmuşdur. 1934 ildə Türkiyəyə qayıdan F.M. Nazim Hikmətin “Varan 3” kitabına illüstrasiyalar çəkmiş, müxtəlif operetta tamaşaları üçün geyim eskizlərini vermişdir. Məşhur türk rəssamı А. Dinonun təklifi ilə 1939 il Nyu-York Beynəlxalq yarmarkasında türk pavilyonu üçün İstanbul mövzusunda 30 panno işləmişdir. Həmin vaxtdan sonra Parisdə yaşamışdır. Əsərlərindən ibarət 3 sərgisi (1954, 1957, 1958) olmuşdur. Fovizmekspressionizm üslubunda işləyən Ғ.М. rəsmlərində daha çox narıncı, qırmızı, mavi, bənövşəyi fona üstünlük vermişdir. Əsərləri: “Oturan adamlar”, “Mavi natürmort”, “Kanalda gözləyən katerlər”, “Bənövşəyi fonda fiqurlar”, “Balıqçı”, “İstanbul qala divarları”, “Şar satan”, “Amerikan barı”, “Peyzaj”, “Parisdə bir kuçə” və s. əsərlərinin çoxu şəxsi kolleksiyalarda, bir neçəsi İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyində saxlanılır.

    Fikrәt Müәlla. Şar satan. 1961. Eczaçıbaşı özәl kolleksiyası.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN