FİKRƏT SADIQ (tam adı və soyadı Fikrət Abbas oğlu Sadıqov; 30.5.1930, Şamaxı - 16.11.2016, Bakı) - Azərb. şairi, əməkdar mədəniyyət işçisi (1986). Azərb. Resp. Dövlət mükafatı laureatı . Azərb. Dövlət Un-tinin filologiya fakültəsini bitirmişdir . Azərb. Yazıçılar Birliyin də bədii ədəbiyyatı təbliğ bürosunun direktoru (1961-75), poeziya üzrə məsləhətçi (1975-2016) işləmişdir. Yaradıcılığında klassik poeziya ilə yanaşı, aşıq poeziyasından, sərbəst şeir ənənələrindən də bəhrələnmişdir. “Cığır” (1963), “Ömrün bir günü” (1965), “Dəniz küçəmizə gəlir” (1968), “Sevgi yağışı” , “İşığın yaşı” (1974), “Ağ cığır” və s. şeir toplularının müəllifidir. Uşaqlar üçün də yazmışdır: “Cırtdan hara getmişdir?” (1971), “Bala Kirpi”(1972), “Göydə nə var?” (1978), “Göydən alma düşmədi” (1982) kitabları. Şeirləri bir çox xarici dilə tərcümə olunmuşdur. A.Kunanbayev, Y.Kupala, Y.Raynis, S.Marşak, Tofiq Fikrət, M.Şəhriyar və b.-ndan tərcümələri var.
Ə s ə r l ə r i: Seçilmiş əsərləri. B., 1991; Ağ-qara şeirlər. B., 2005; Dördlüklər (Bugünnamə-3). B., 2009.