FİKTİV KAPİTAL (ing. fictitious capital) – qiymәtli kağızlar (sәhmlәr, istiqrazlar, vә s.) şәklindә olan kapital; öz sahibinә dividend vә ya faiz formasında әlavә gәlirin müәyyәn hissәsini mәnimsәmәk hüququ verir. F.k. real iqtisadi münasibәtlәri tәhrif edәrәk qiymәtli kağızlar vasitәsilә hәqiqi kapitalın әmәlәgәlmәsi vә onun tәkrar istehsal ilә heç bir әlaqәsi olmadan gәlir gәtirә bilmәsi illüziyasını yaradır. Qiymәtli kağızların ayrı-ayrı növlәri real kapital olduğu üçün F.k. hәqiqi kapital vә borc kapitalı ilә әlaqәlidir, lakin o, iqtisadi kateqoriya kimi onlardan seçilir. Hәqiqi kapitaldan fәrqli olaraq F.k. tәkrar istehsal prosesindә iştirak etmir (adı da buradandır). Kәmiyyәtcә o, qiymәtli kağızlardan gәlәn gәlirlә düz, ölkәdәki orta faiz norması ilә tәrs mütәnasibdir. Tәsisçi gәliri F.k. ilә hәqiqi kapital arasındakı fәrqdәn ibarәtdir..