Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİKUS 

    FİKUS (Ficus) – tutkimilәr fәsilәsindәn әn böyük bitki cinsi. Hәmişәyaşıl, bәzәn yarpağınıtökәn ağaclar, kollar, ağacşәkilli lianalardır. F.-ların bir çox növlәri әvvәl epifitlәr kimi böyüyür, sonra yerin səthinә çatan vә nәhәng çәtiri saxlamaq üçün möhkәm sütunvarı dirәklәrә oxşayan әlavә köklәr әmәlә gәtirir (banyan). Bәzi epifit F.-ların hava köklәri sahib ağacın gövdәsinә sarınmaqla onun mәhvinә sәbәb olur (böğucu F.-lar). Digәr növlәri әvvәl epifitlәr kimi böyüyüb yerә çatan, geniş çәtirlәri kök ataraq, gövdә kimi yoğunlaşan, sütunvarı dirәklәr ağacı ağaclığa çevirir (bax. Banyan). Tәrkibindә süd şirәsi var. Yarpaqları bütöv, yaxud dilimli, yarpaqaltlıqları iridir. Çiçәk qrupları sikonilәr yarımkürә, yaxud armud formasında inkişaf edәn, uc hissәsindә çıxıntıları olan çiçәk yatağından әmәlә gәlir; xırda, ayrıcinsli çiçәklәri sikoniyaların daxili divarında yerlәşir. Xüsusi cücü növlәri ilә mürәkkәb tozlanma mexanizmi sәciyyәvidir. Hamaşmeyvәsi әtli, gilәmeyvәşәkillidir. 800–1000 növü hәr iki yarımkürәnin tropiklәrindә, bәzәn subtropik zonalarında bitir. Yeyilәn meyvәlәri olan bir sıra növlәri geniş becәrilir; daha çox әncir (F. carica) mәlumdur. F.-ların bir çox növü qiymәtli oduncaq vә kauçukun alınmasında lazım olan lateks verir. Əncir, müxtәlifyarpaqlı F. (F. heterophylla), sikomor (F. sycomorus), Benqal F.-undan (F. benghalensis) tibdә istifadә olunur. Kauçukverәn F. (F. elastica), Benjamin F.-u (F. benjamina), cırtdan F. (F. pumila) vә s. dekorativ bitki kimi tropiklәrdә vә otaq şәraitindә becәrilir. Bakıda botanika bağının oranjereyalarında B e n q a l F.-u, d ı r m a n a n  F. vә s. növlәr becәrilir.

     Kauçukverәn fikus (F. elastica).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN