“FİQARO” (“Le Figaro”) - Fransada buraxılan ən qədim gündəlik qəzet, ölkənin beş iri qəzetindən biri. Naşiri “Grouре Figaro” şirkətidir. Mənzil-qəragahı Parisdə yerləşir. Tirajı təqr. 330 min nüsxədir (2016). 15.1.1826 ildə М. Alua və Е. Araqo tərəfindən həftəlik kiçik satirik qəzet kimi təsis edilmişdir. P.Bomarşenin “Fiqaronun evlənməsi” pyesindəki personajın şərəfinə adlandırılmışdır. 1833-54 illərdə nəşri dayandırılmış, İ. de Vilmesan tərəfindən (1879 ilədək “F.”-ya rəhbərlik etmişdir) satın alındıqdan sonra fəaliyyətini davam etdirərək ədəbi qəzet ə çevrilmişdir. Yerli və xarici hadisələrə dair geniş reportajlar dərc edən ilk qəzetlərdən biri idi. Populyarlıq qazandıqdan sonra 1856 ildən həftədə iki dəfə, 1866 ildən gündəlik çıxmağa (tirajı 56 min nüsxə, abunəçisi 15 min) başlamışdır. “F.”-da Т.Qotye, J.Sand, E.Zolya, M.Prust, F.Moriah, J.P.Sartr və b.-nın yazıları çap olunmuşdur. Qəzetin nəşri İkinci dünya müharibəsi dövründə 1942 ilədək Lionda, 24.8.1944 ildən isə yenidən Parisdə davam etdirilmişdir. 1946 ildən gündəlik ədəbi əlavəsi (“Le Litteraire”, 1947 ildən “Le Figaro Litteraire”), 1978 ildən “Le Figaro Magazine” jurnalı buraxılır. 2004 ildən “Groupe Dassault” şirkətinə məxsusdur.