FİQH (әr.فقه – dәrin anlayış, bilik) – müsәlmanların davranış qaydaları haqqında islam doktrinası (hüquqşünaslığı), islamda sosial normalar kompleksi; geniş mәnada müsәlman hüququ.
F. hәr iki mәnada islamın meydana gәlmәsi vә ilk islam dövlәti olan Xilafәtin tәşәkkülü dövrü ilә üst-üstә düşmür. 8 әsrin 1-ci yarısına qәdәr Xilafәtin sosial, o cümlәdәn hüquqi normaları ümumilikdә islam müddәaları ilә deyil, әsasәn, islamdan әvvәl yaranmış vә yeni tarixi şәraitdә dә qüvvәdә olan normalarla tәnzimlәnirdi. Ərәblәr tәrәfindәn tutulmuş әrazilәrdә әvvәlki hüquqi normalar vә qaydalar yeni din ilә ziddiyyәt yaratmadığı tәqdirdә ciddi dәyişiklik edilmәdәn saxlanılırdı. Bu dövrdә Xilafәtin hüquq sistemi Roma (Bizans), Sasani, talmud vә şәrqi xristian kilsә hüququnun ayrı-ayrı elementlәrinә, elәcә dә çoxu sonradan islamlaşdırılmış vә F.-ә daxil edilmiş bir sıra yerli adәtlәrә әsaslanırdı.
F.-in tәşәkkülü bir tәrәfdәn faktiki qüvvәdә olmuş qanunların vә bәzi sosial normaların dini oriyentirlәrә uyğunlaşdırılması zәrurәti, digәr tәrәfdәn erkәn feodal cәmiyyәtindә tәkrar formalaşan münasibәtlәrin islamın dini-etik tәliminin prinsiplәri әsasında tәnzimlәnmәsi tәlәbatı ilә şәrtlәnirdi. İslam hüquq normalarının dәrin bilicisi kimi mәşhur olan Cәfәr әs-Sadiqin tәsis etdiyi elmi dәrnәklәr fiqhi biliklәrin sistemlәşdirilmәsindә müstәsna rol oynayırdı. Bu proses Mәhәmmәd peyğәmbәrin hәdislәrinin yazıya alınması ilә yanaşı gedirdi. Ona görә dә, F.-ә dair ilk әsәrlәr (Zeyd ibn Əlinin “Mәcmu әl-fiqh”, Malik ibn Ənәsin “әl-Müvәttә”, Əhmәd ibn Hәnbәlin “әl-Müsnәd” әsәrlәri) hüquqi araşdırmalardan deyil, seçilmiş hәdislәrin tematik toplularından ibarәt idi. Hәdislәrin sistemlәşdirilmәsi Quran vә sünnәnin rasional şәrhini tәlәb edәn mәsәlәlәrin hәlli, F.-in müstәqil fәnn kimi ayrılması üçün zәmin oldu.
8 әsrin sonu – 9 әsrin birinci yarısında F.-in öz anlayışları, xüsusi dil vә metodologiyası formalaşdı. Qanunyaratmanın Mәhәmmәd peyğәmbәrin vәfatı ilә qәti şәkildә sona çatması qәnaәti bәrqәrar oldu. F.-in әsas mәnbәyi kimi Quran, hәdis, icma vә qiyas tәsbit edildi. F.-in formalaşmasında böyük rolu olmuş Mәhәmmәd ibn İdris Şafii (ö. 820) ilk dәfә “әr-Risalә” әsәrindә F.-in әsas kateqoriyalarının dәqiq tәrifini formulә etdi.
Tәqr. 9 әsrdә müstәqil fәnnә çevrilmiş F. ilә kәlam (nәzәri ilahiyyat) arasında sıx әlaqә var idi. Kәlamın bir çox müddәası F. çәrçivәsindә hüquqi mәsәlәlәrin hәlli üçün әsas olurdu. Vahid islam tәliminin işlәnib hazırlanması yönündә F. vә kәlam әhәmiyyәtli dәrәcәdә bir-birini tamamlayırdı. F.-in spesifik xüsusiyyәti “verilәn” irrasional dini hәqiqәtin konkret vәziyyәtә rasional “tәtbiqi” vasitәsilә praktik mәsәlәlәrin hәllindәn ibarәt idi vә o, tәdricәn “elm әl-füru”– insanların davranışlarını tәnzimlәyәn noralar haqqında şәriәt elmi kimi tәsbit olundu. F.-in predmetinә iki kateqoriya nor- malar daxil edildi: 1) müsәlmanın Allahla münasibәtini – ibadәt qaydalarını, dini mükәllәfiyyәtlәrin icrasını müәyyәn edәn normalar (әl-ibadat); 2) insanlar arasında, habelә müsәlman hakimiyyәti (dövlәti) ilә tәbәәlәr, digәr konfessiyalar vә dövlәtlәr arasında münasibәtlәri tәnzimlәyәn normalar (әl-müamәlat). Fәqihlәr әsas diqqәti ikinci kateqoriya normalarına (әksәriyyәti ictihad әsasında müәyyәn edilәn normalara) yönәldirdilәr.
F.-in yaranmasının erkәn mәrhәlәsindә iki mәktәb fәrqlәnirdi: müstәqil mühakimә tәrәfdarları olan İraq mәktәbi (әshab әrrәy); Quran vә sünnә tәrәfdarları olan Mәdinә mәktәbi (әshab әl-hәdis). İraq mәktәbinin banisi Əbu Hәnifә (ö. 767), Mәdinә mәktәbinin banisi Malik ibn Ənәs (ö. 795) hesab olunurdu. 9–10 әsrlәrdә digәr sünni mәzhәblәrin, xüsusilә şafiiyyәnin F.-i yarandı. Şafiiyyәnin banisi Şafii üçün qiyasla eynilәşdirilәn ictihadın ciddi tәtbiqi sәciyyәvi idi. Sonralar Quran vә sünnәdәn geniş istifadә etmәsi vә ictihada etibarsız yanaşması ilә tanınan Əhmәd ibn Hәnbәl (ö. 855) hәnbәliyyәnin әsasını qoydu. Başqa F. mәktәblәri dә mövcud idi. Lakin 14 әsrin sonuna doğru yalnız göstәrilәn dörd sünni mәzhәbi, elәcә dә bir neçә şiә mәzhәbi (hazırda onlardan cәfәriyyә, zeydiyyә vә ismaililik praktiki әhәmiyyәtә malikdir) qaldı.
F. bir tәrәfdәn öz mücәrrәd doktrinasını irәli sürür, digәr tәrәfdәn isә ictimai münasibәtlәrin tәnzimlәnmәsinә çalışırdı. F.-in bir çox yekun nәticәsi islamda sosial normalar kompleksini tәşkil edәrәk, tәcrübәdә reallaşırdı. Bu mәnada F. sosial normaların әn müxtәlif növlәrini (dini, hüquqi, әxlaqi, hәmçinin adәtlәr, sadә nәzakәt vә etiket qaydalarını) özündә birlәşdirirdi.
İctimai münasibәtlәrdә vә fәrdi davranışda bu kompleksin müxtәlif kateqoriyalara aid normalarının hәyata keçirilmәsinin öz xüsusiyyәtlәri var idi. Belә ki, ibadәt qaydalarının icrası müsәlmanların dini şüuru ilә şәrtlәnirdi. F.-in bir çox müddәası müsәlmanlar arasında qәbul olunmuş vә hәmin müddәalara riayәt olunmasına zәmanәt verәn adәtlәri әks etdirirdi. Lakin fәqihlәrin işlәyib hazırladığı normaların bir hissәsi tәcrübәdә dövlәtin birbaşa iştirakı ilә icbarilik әsasında reallaşırdı. İslamda vahid sosial normalar kompleksinin tәrkibindә davranışın hüquqi qaydaları (müsәlman hüququ) xüsusi yer tuturdu. F.-in hökmlәrinin sanksiyalaşdırılması, dövlәt tәrәfindәn rәsmi şәkildә dәstәklәnmәsi (mәs., müәyyәn mәzhәbin hökmlәrini tәtbiq edәn hakimlәrin tәyin edilmәsi) hәmin hökmlәri qüvvәdә olan qanunlara çevirirdi. Abbasilәr dövründә fәqihlәrin qazı (hakim) vәzifәlәrinә tәyin edilmәsilә F. hökmlәrinin mәhkәmә sistemindә tәtbiqinә başlanıldı, F. hüquqi әhәmiyyәt kәsb etdi. Fәqihlәrin bir çox әsәri qazı vә müftilәr üçün istinad mәnbәyinә çevrildi. Dövlәt orqanlarında tәtbiq etmәk üçün hakim dairәlәrin sifarişi ilә әsәrlәr hazırlandı [Əbu Yusifin (ö. 798) “Kitab әl-xәrac”ı, yaxud 1669 ildә Moğol hökmdarı Alәmgirin әmri ilә hәnәfi hüquqşünaslar tәrәfindәn tәrtib edilmiş “әl-Fәtava әl-hindiyyә”].
İslam ölkәlәrinin hüquq sistemindә F.-in rolu dәyişmәz qalmırdı. Mәs., onun müddәalarının 16 әsr Osmanlı imperiyası vә 17 әsrin ikinci yarısı Moğol imperiyasının hüquq praktikasında tәtbiqi hәcminә vә ardıcıllığına görә fәrqlәnirdi. Ümumilikdә F. normaları ilә F. doktrinası üst-üstә düşmürdü. Sonuncunun real olaraq hәyata keçirilәn müddәaları hakimiyyәtin maraqlarını ifadә edir, bu vә ya digәr formada dövlәt tәrәfindәn himayә olunur vә qüvvәdә olan hüquq sisteminә çevrilirdi, fәqihlәrin qalan digәr hökmlәri isә hüquq nәzәriyyәsi çәrçivәsindәn kәnara çıxmırdı.
F.-in әn inkişaf etmiş sahәsi şәxsi status hüququ (әl-әhval әş-şәxsiyyә) – ailә-nikah, vәrәsәlik vә bunlara yaxın digәr münasibәtlәri (hüquqa malik olma, vәqflәrlә bağlı mәsәlәlәr vә s.) tәnzimlәyәn normalar mәcmusu idi. F. normaları bu sahәdә daha çox tәtbiq olunsa da, ailә-nikahla bağlı yerli adәtlәr F.-lә rәqabәt aparır, hәtta onun bәzi müddәalarını qüvvәdәn salırdı. F.-in cinayәt hüququ sahәsi (әl-üqubat) xarakterindәn asılı olmayaraq bütün qanun pozuntularını әhatә edirdi.
F.-in islam ölkәlәrinin hüquq sistemindә mәrkәzi yerә malik olmasına baxmayaraq, fәqihlәrin hökmlәrindәn kәnara çıxan, hәtta onlara zidd olan qanunvericilik aktları da fәaliyyәt göstәrirdi: Avropa hüquq sisteminin bәzi normaları tәtbiq edilir, qeyri-müsәlmanların şәxsi statusu bu vә ya digәr dini icmanın qәbul etdiyi qaydalarla müәyyәnlәşirdi.
19 әsrin ikinci yarısında inkişaf etmiş islam ölkәlәrinin (xüsusilә Osmanlı imperiyasının tәrkibinә daxil olan ölkәlәr) hüquq sistemindә Qәrbi Avropa nümunәsindәn köçürülmüş qanunvericiliyә mühüm yer verildi. Nәticәdә F. öz mövqeyini, әsasәn, şәxsi status münasibәtlәrinin tәnzimlәnmәsindә saxladı vә hәmin ölkәlәrin dövlәt, inzibati, cinayәt, ticarәt vә xüsusilә mülki hüququnda әhәmiyyәtini itirdi. Lakin elә bu dövrdә Osmanlı imperiyasının mülki mәcәllәsindә mühüm rol oynamış “Mәcәllәt әl-әhkam әl-әdliyyә”nin (“Ədliyyә hökmlәri mәcәllәsi”; 1869–77) qәbul edilmәsi ilә F. normalarının ilk rәsmi kodifikasiyası hәyata keçirildi. Hәnәfi F.-i әsasında yaradılan bu mәcәllә, әsasәn, İbn Nüceymin (ö. 1562) әsәrindәn götürülmüş konkret normaları vә ümumi prinsiplәri әhatә edirdi. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә hakimiyyәtin göstәrişilә F.-in inkişafı mәqsәdilә qanun layihәsi formasında әsәrlәrin hazırlanmasına baxmayaraq, sonda onlar hakimiyyәt tәrәfindәn tanınmadı [mәs., Misirdә Qәdri paşanın (1875), Tunisdә D.Santillananın (1899), Əlcәzairdә M.Morandın (1916) hazırladıqları kodekslәr].
19 әsrin ikinci yarısından F.-in rolunun azalmasına baxmayaraq, 20 әsrdә әhalisinin әksәriyyәti müsәlman olan bir sıra Şәrq dövlәtindә onun ayrı-ayrı sahәlәri, institutları vә normaları qüvvәsini saxlamış, әhәmiyyәtli istisnalar olmadan daha ardıcıl vә geniş şәkildә şәxsi status sahәsi fәaliyyәt göstәrmişdir. Bununla belә, ailә-nikah mәsәlәlәrinә dair müddәalar bәzi hallarda dә- yişikliyә mәruz qalmışdır (mәs., Tunis vә Yәmәn Xalq Demokratik Resp.). F.-in institutları cinayәt hüququnda da öz әhәmiyyәtini saxlamış (Sәduiyyә Ərәbistanı, Yәmәn Ərәb Resp., Fars körfәzi ölkәlәri), 70-ci illәrdәn başlayaraq bir sıra ölkәnin (Liviya, İran, Pakistan, Mavritaniya vә s.) cinayәt hüququnda onların rolu artmışdır. Mülki vә ticarәt hüququnda tәsirini saxlayan F. normaları vәqflәrin hüquqi vәziyyәtini tәnzimlәmәyә davam etmiş (vәqflәrin lәğv olunduğu Əlcәzair, Tunis, Yәmәn Xalq Demokratik Resp. istisna olmaqla), elәcә dә mülki mәcәllәnin ayrı-ayrı maddәlәrindә әksini tapmışdır (mәs., hüquqdan sui-istifadә, borcun keçirilmәsi, torpaq icarәsi). F. normalarının tәtbiqinin miqyası bir sıra ölkәnin (Liviya, Pakistan vә s.) mülki vә ticarәt hüququnda F.-ә әsaslanan maliyyә vә vergi qanunvericiliyinin qәbul edilmәsi hesabına genişlәnmişdir. İslam ölkәlәrinin çoxunda (әrәb ölkәlәri arasında Tunis, Əlcәzair, Misir Ərәb Resp. vә Yәmәn Xalq Demokratik Resp. istisna olmaqla), әsasәn, F. normaları ilә tәnzimlәnәn şәriәt mәhkәmәsi saxlanmışdır. 70-ci illәrin sonu – 80-ci illәrin әvvәlindә Pakistan vә Filippindә müsәlman mәhkәmәlәri yenidәn tәsis edilmişdir. F.-in prinsip vә normaları bәzi ölkәlәrin (xüsusilә Sәduiyyә Ərәbistanı) konstitusiya hüququnda әksini tapmış, 1979 il konstitusiyası ilә İslam Resp. elan olunmuş İranda bu, özünü daha aydın şәkildә göstәrmişdir. Müsәlman ölkәlәrindә, yaxud digәr ölkәlәrin müsәlman icmalarında dini mükәllәfiyyәtlәrin icrası qaydalarını tәnzimlәyәn F. normalarının prak- tiki tәtbiqi davam edir.
Müasir dövrdә F. hüququn formal mәnbәyi kimi öz әhәmiyyәtini saxlayır. Bu, F. normalarının (daha çox şәxsi status sahәsindә) kodifikasiya olunmadığı vә әnәnәvi şәkildә müәyyәn mәzhәbin fәqihlәrinin әsәrlәrindә әksini tapdığı ölkәlәr üçün sәciyyәvidir.