FİQL Leopold (2.10.1902, Rust-im-Tul- nerfeld – 9.5.1965, Vyana) – Avstriya dövlәt vә siyasi xadimi. Aqronomiyanı öyrәnmiş, 1934–38 illәrdә Aşağı Avstriya Kәndli İttifaqında baş mühәndis-aqronom işlәmişdir. 1938–43 vә 1944–45 illәrdә Daxau vә Mauthauzen hәbs düşәrgәlәrindә әsir kimi saxlanılmışdır. 1945–53 illәrdә Avstriyanın hökumәt başçısı (bundeskansler); Avstriya Xalq Partiyasının tәsisçilәrindәn biri olmuşdur (1945). 1953–59 illәrdә xarici işlәr naziri, 1959–62 illәrdә parlamentin ilk prezidenti, 1962–65 illәrdә Aşağı Avstriya hökumәtinin başçısı idi. Müstәqil vә demokratik Avstriyanın bәrpası haqqında Dövlәt müqavilәsinin (1955) işlәnib hazırlanması vә imzalanmasına fәal dәstәk göstәrmişdir.