FİQURASİYA (lat. figuratio - forma, üsul, obrazlı ifadə; fiquro - yaratmaq, bəzəmək), m u s i q i d ə - musiqi materialının işlənmə üsullarından biri. Melodik F. (birsəsli və ya polifonik əsərlərdə əsas səsin ətrafında melodik gəzişmələr, melodik xəttin variantları), harmonik F. (akkord səslərindən birinin, əsasən, basın akkordun digər səsləri ilə ardıcıl yerini dəyişməsi), ritmik F. (bir səsin və ya bir qrup səsin, akkordun təkrarlarından ibarət ritmik formullar) kimi növləri var.