FİQURÓVSKİ İvan Vladimiroviç (15.8.1865, keçmiş Vladimir qub.-nın Pyanqus k. – 23. 3.1940, Bakı) – rus coğrafiyaşünası. Fizika-riyaziyyat e.d. (1937). Azәrb. SSR әmәkdar elm xadimi. Qafqazda vә Azәrb. SSR-dә iqlimşünaslıq elminin yaradıcılarındandır. 1893 ildә Varşava Un-tinin fizika-riyaziyyat fakültәsini bitirmişdir. 1894 ildә Peterburq, 1895–1907 illәrdә vә 1912 ildәn Tiflis (indiki Tbilisi) fizika, 1907–11 illәrdә İrkutsk meteorologiya rәsәdxanalarında işlәmişdir. 1917 ildәn Tiflisdә ali mәktәbdә dәrs demiş, 1920 ildәn isә Azәrb. SSR-dә elmi fәaliyyәtә başlamışdır. 1921 ildә AzPİ-nin (indiki AzTU) prof.-u, 1924 ildә k.t. fakültәsinindekanı işlәmiş, 1929–39 illәrdә Azәrb. K.T. İn-tunun (Gәncә ş.) fizika vә meteorologiya kafedrasının müdiri olmuşdur. Azәrb.-da iqlimin öyrәnilmәsi üçün meteoroloji st.-lar şәbәkәsinin yaradılmasında rolu böyükdür. F. Qafqazın, o cümlәdәn Azәrb.-nın iqlim r-nlaşması xәritәsini tәrtib etmişdir.
Ə s ә r l ә r i: Azәrbaycanda iqlim rayonlaşması, h.1–2 (Azәrb. vә rus dillәrindә). B., 1925–26; Опыт исследования климатов Кавказа, т. 1, СПБ, 1912; Климаты Кавказа. Тифлис, 1919.