FİL SÜMÜYÜ, ş i r m a y ı – fil vә mamontların iri dişlәri. Sәnәtkarlıq mәmulatı hazırlamaq üçün qiymәtli materialdır. F.s. iri vә möhkәmdir; sәciyyәvi rәngi sarımtıl çalarlı ağdır. Plastiklәşmәdәn sonra kәsilmәk, cilalamaq, parıldatmaq, әymәk asan olur; bu da 0,4 m-әdәk enindә lövhә almağa imkan verir. Ən yaxşı F.s. Afrikadan (uzunluğu 3 m-әdәk, çәkisi 100 kq-adәk, diş şәklindә) vә Hindistandan (uzunluğu 2,5 m-әdәk, çәkisi 75 kq-adәk) ixrac edilir. Beynәlxalq bazarda F.s. yüksәk qiymәtlәndirilir. F.s.-dәn hәlә qәdimdәn mәişәt, sitayiş vә bәzәk әşyalarının hazırlanmasında, hәmçinin texniki mәqsәdlәrlә istifadә olunur. F.s. әvәzlәyicisi kimi kaşalot, taybuynuz vә morj dişlәri dә işlәnir. Azәrb.-da F.s.-ndәn hazırlanmış müxtәlif bәzәk әşyaları son tunc dövrü (e.ә. 2-ci minilliyin 2-ci yarısı) abidәlәrindәn – 1895 ildә Qarabulaq kurqanlarından (Füzuli r.), 1982 ildә Borsunlu k. yaxınlığındakı kurqandan tapılmışdır. Bu tapıntılar F.s.-nün ticarәt vә mәdәni әlaqәlәrdә rolunu göstәrir.