FİLA BRAZİLEYRO, B r a z i l i y a f i l a s ı – moloslar qrupundan it cinsi. F. b.-nun әcdadları Cәnubi Amerikaya konkistadorlar tәrәfindәn gәtirilmişdir. Yerli iri itlәrlә cütlәşdirmә nәticәsindә әla iybilmәyә, çox iti reaksiyaya malik, yalnız sahibinә vә onun ailә üzvlәrinә sadiq it kimi formalaşmışdır. Ondan mülkiyyәtin qorunmasında, iri vәhşi heyvanların ovlanmasında, qaçaq qulların tutulmasında istifadә edirdilәr. Cins Braziliyada 1946 ildә, BKF-da (Beynәlxalq Kinoloqlar Federasiyası) 1968 ildә tәsdiq edilmişdir; qüvvәdә olan standart 2004 ildә qәbul olunmuşdur. Müasir F.b. iri (cidov hünd.-ndә boyu 60– 75 sm), güclü skeletә, düzbucaqlı formata vә kobud tipli, yığcam bәdәn quruluşuna malik itdir; boyun, döş vә qarın hissәdә hәrәkәtli dәri büküşlәr әmәlә gәtirir. Başı çox iri, alnından sifәtinә keçid tәdricәndir, sifәti enli, demәk olar ki, kvadratşәkillidir, qalın sallaq dodaqları var. Qulaqları iri, enli sallaqdır. Tükü qısa, yatımlı, saya (ağ vә bozdan başqa) vә pәlәng dәrisinә oxşar olur; kürәn xallı qara rәng bu cins üçün yolverilmәzdir. Kәnar (yad) adamlara qarşı cox tәcavüzkar olduğu üçün әhlilәşdirmә kursu keçmәlidir; bir çox ölkәlәrdә yetişdirilir. Kompanyon it, mühafizәçi (cangüdәn) vә әmlakqoruyucusu kimi saxlanır.
Braziliya filası.