FİLADÉLFİYA (yun. Φιλαδέλφεια) – Misir, Fәlәstin, Lidiya vә Kilikiyada qәdim şәhәrlәrin adı. Misirdә (Fәyyum vahәsi әrazisindә) vә Fәlәstindә (İordan çayından ş.-dә, ammoniyalıların Rabbat-Ammon adlı qәdim paytaxtının yerindә) şәhәrlәr Misir hökmdarı II Ptolemey Filadelf [e.ә. 285– 246], Lidiyada Perqam hökmdarı II Attal Filadelf [e.ә. 159–138], Kilikiyada Romadan asılı Kommagena hakimi IV Antiox (I әsr) tәrәfindәn salınmışdır. Misir F.-sının әrazisindә 1908–09 illәrdә çoxsaylı papiruslar (Zenonun arxivi) aşkarlanmışdır.