Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLADELFİYA 

    FİLADELFİYA (Philadelphia) - ABŞ-ın şm.-ş.-ində, Pensilvaniya ştatında şəhər. Əh. 1,57 mln. (2015; əhalisinin sayına görə ölkənin beşinci şəhəri). Atlantika okeanı yaxınlığında, Skulkill çayının Delaver çayına töküldüyü yerdədir. İri avtomobil və d.y.-ları qovşağı. Dəniz və çay portu. Beynəlxalq (1940) və Şimal-Şərq (1930-cu illər) aeroportları, metropoliten (1907) var.

     Filadelfiya şәhәrindәn görünüş.

    1682 ildə U.Penn tərəfindən kvakerlərin qəsəbəsi kimi salınmışdır. Tezliklə burada almanlar, şotlandlar və digər gəlmələr məskunlaşmışlar. 18 əsrdə F. Amerikada ingilis koloniyalarının mədəniyyət mərkəzinə çevrilmiş (burada Amerikada ilk un-t və xəs-əxana açılmış, ilk jurnal və qəzet nəşr olunmuşdur), Şimali Amerikada istiqlaliyyət müharibəsinin (1775-83) əsas mərkəzlərindən biri olmuşdur. 1774 ildən burada Kontinental konqreslərin iclasları keçirilmiş, İstiqlaliyyət bəyannaməsi (1776) və ABŞ-ın ilk konstitusiyası (1787) qəbul edilmişdir. 1790-1800 illərdə F. ABŞ-ın paytaxtı olmuşdur. 19 əsrdə abolisionizmin dayaq nöqtəsi, 19 əsrin ortala- rından fəhlə hər əkatının mərkəzlərindən biri idi.

     Filadelfiya incәsәnәt muzeyi.

    Şəhərin mərkəzi 1862 il müntəzəm planına uyğun inşa edilmişdir (mühəndis T.Houlm, U.Pennin iştirakı ilə). 18 əsrin 2-ci yarısında Georq üslubunda tikilmiş Dövlət evi (hazırda İstiqlaliyyət zalı; 1732-53, memar E.Hamilton; ABŞ-ın İstiqlaliyyət bəyannaməsi (1776) və ABŞ Konstitusiyası burada imzalanmışdır; Ümumdünya irsi siyahısına daxil edilmişdir, Konqres zalı (1787-89), Köhnə ratuşa (1790-91), Azadlıq zəngi (1753), Krayst-Çerç kilsəsi (1744 və 1754), Fəlsəfə zalı (Amerika fəlsəfə cəmiyyətinin binası, 1789) və s. F.-nın mərkəzindən keçən İstiqlaliyyət xiyabanında yerləşir. Şəhərin tarixi mərkəzində həmçinin ABŞ-ın Birinci (1797, memar S.Blocett) və İkinci (1819-24) banklarının, Ticarət birjasının (1832-34, hər ikisinin memarı U.Striklend; hamısı yeni yunan üslubunda), eklektizm formalarında Pensilvaniya Rəssamlıq Akademiyasının (1871-76, memar F.Ferness) binaları, İkinci imperiya üslubunda Ratuşa ilə birlikdə Mərkəzi meydan (1871-1901, memar C. Makartur), B.Franklinin Franklinkort muzey və xatirə kompleksi (1976, memarlar R.Venturi, C.Raux), Kimmel ifaçılıq sənəti mərkəzi (1998-2001, me­mar R.Vinyoli; nəzdində F.-nın Rəqs truppası, 1970), Amerika yəhudilərinin tariximilli muzeyi (2011, memar C.Polşek və b.), çoxmərtəbəli binalar, о cümlədən “Uan liberti pleys” (1984-87, memar Yan; hünd. 288 m) və “Komkast senter” (2005-08, memar A.M.Stern; hünd. 296 m, F.-da ən hündür bina), F. incəsənət muzeyi kompleksi və Barns fondu muzeyinin binası da (2012, “Tod Williams Billie Tsien Architects” memar­lar bürosu) yerləşir.

      Filadelfiya ratuşası.

    Ali təhsil müəssisələri arasında Pensilvaniya [1740; ABŞ-da ilk un-t; tərkibində Vistar in-tu (1892; xərcəngin tədqiqi və vaksinlərin hazırlanması) və digər tibb müəssisələri; arxeologiya və antropologiya (1887) və müasir incəsənət muzeyləri], Templ (1884), Dreksel texnologiya (1891; nəzdində Təbiyyat elmləri akademiyası, 1812), İncəsənət (1876 ildən), Filadelfiya (1884) un-tləri; Pensilvaniya zərif sənətlər akademiyası (1805; rəssamlıq qalereyası və ABŞ-ın incəsənət tarixi arxivi); B. Franklin in-tu (elmi; 1824; elm muzeyi ilə) və s., F. azad kitabxanası (1891; 2013 ildən nəzdində Rozenbax qardaşlarının muzeyi və kitabxanası var, 1954), F.-nın kitabxana şirkəti (elmi-texniki kitabxana, 1731); F. milli (1789) və şəhər (1952) arxivləri, T.D. Mütter ad. tibb tarixi (1858), incəsənət (1876), “Filadelfiya sketç klab” (1860), “Plastik klab” (1897) və Barns fondu (1922) rəssamlıq, O.Roden incəsənət (1929) muzeyləri və s. var.

    Çoxjanrlı “Uolnat-strit tietr” (1809; ABŞ-da ən qədim teatrlardan biri); “Pensilvaniya balle” (1963), “Filadelfiya” opera (1975) şirkətləri, çoxjanrlı “Nyu Fridom tietr” (1966), “Vilma tietr” , “Filadelfiya tietr kompani” , “Arden tietr kompani” (1988), “EqoPo” (1991), “Lantern tietr kompa­ni” (1994), “Azuka” (1999) və şirkətlər. Operalar, həmçinin “Prins tietr” (1991) səhnəsində qoyulur. Filadelfiya orkestri (əsas meydançası Amerika musiqi akademiyasıdır, 1857), “Concerto Solists” kamera orkestri (1964), Filadelfiya simli kvarteti (1959); “Orpheus Club” (kişilərdən ibarət, 1872), “Mendelssohn Club” (1874), “Choral Arts Society” (1982) xorları, Körtis musiqi in-tu, Vokal sənəti akademiyası (1934) fəaliyyət göstərir. Mann ad. ifaçılıq sənəti mərkəzi (1976 ildən Mann musiqi mərkəzi, 1998 ildən indiki adı ilə) hər il yayda beynəlxalq musiqi festivalı keçirir. F. azad kitabxanasında iri not əsərlərindən biri A.Flyayşer ad. orkestr musiqisi kolleksiyası - not əsərlərindən ibarət ən böyük toplulardan biri saxlanılır. Botanika bağı (1728), zoopark (1859; 1874 ildə açılmışdır) var.

     Filadelfiya portu.

    İri idman mərkəzidir. Əsas idman klubları və dəfələrlə peşəkar liqanın qalibləri: beysbol üzrə “Filadelfiya Fillis” (1883; “Sitizens Bank Park” stadionu, 2004; 43,6 mindən artıq yer), amerika futbolu üzrə “Filadelfiya İqls” (1933; “Linkoln Faynanşel Fild” stadionu, 2003; təqr. 69,2 min yer), basketbol üzrə “Filadelfiya Seventi Siksers” (1946) və şaybalı hokkey üzrə “Filadelfiya Fla­yers” (1967; hər iki klub “Uels Farqo Senter” də, çıxış edir, 1996; 19,5 mindən artıq yer. Digər idman növlərindən cıdır, qolf, tennis daha populyardır. F. 4 dəfə (1920, 1948, 1952 və 1956) Olimpiya Oyunlarını keçirmək üçün iddiaçı olmuşdur.

    Şəhər iqtisadiyyatının əsasını xidmət sferası təşkil edir (işləyənlərin 93,4%-i, 2010-cu illərin ortaları). F. mühüm korporativ idarəetmə mərkəzidir. F.-nın Fede­ral rezerv bankı, F. fond birjası (1790; ölkənin ən qədim fond birjası), ABŞ Zərbxanası (1792), bir sıra iri sənaye, telekommunikasiya və s. şirkətlərin, pul-kredit mü əs sisələrinin mənzil-qərargahları, dünyanın aparıcı əczaçılıq şirkətlərinin tədqiqat və logistika bölmələri, nəşriyyat evləri (əsasən, tibbə dair), mətbəələr və s. burada yerləşir. Pensilvaniya (1751), Uşaq (1855) və Sent-kristofer (1875) hospitalları; Albert Eynşteyn ad. Tibbi Mərkəzi, “Foks Çeys” xərçəng xəstəliklərinin müalicə mərkəzi (1904) şəhərin əsas tibb müəssisələrindəndir. 2014 ildə F.-ya gələn turistlərin sayı olmuşdur (əsasən, ölkə daxilindən). Burada “Filli Kraft” pivə festivalı ke- çitilir. Delaver çayının aşağı axınındakı port qurğularının yük dövriyyəsi 72,8 mln. t-dur (2012), bunun 28,5 mln. t-dan çoxu (o cümlədən 449,1 min İFE konteyneri və 150,6 min avtomobil, 2014) F.-nın payına düşür. Şəhər ABŞ HDD-nin yerləşdiyi mühüm mərkəzlərdən biridir.

    F. mühüm sənaye arealıdır. Sənayenin aparıcı sahələri: neft emalı, maşınqayırma, qara metallurgiya və əczaçılıq. Neft emalı z-dları (“Sunoco” şirkəti; istehsal gücü ildə 16,75 mln. t xam neft) F.-da, Treynerdə (Pensilvaniya ştatı; “Monroe Energy”; 9,25 mln. t) və Polsborada (Nyu-Cersi ştatı; “PBF Energy”, 8 mln. t; “Axeon”, 3,5 mln. t); “Aker Philadelphia Shipyard” şirkətinin gəmiqayırma tərsanəsi, Koreyanın “Hyun­dai Rotem” şirkətinin vaqonqayırma z-du -da, metallurgiya z-dları Kotsvill (Pensil­vaniya ştatı; “ArcelorMittal” Lüksemburq şirkəti; istehsal gücü ildə 880 min t polad) və Kleymontda (Delaver ştatı; B.Britaniyanın “Evraz” şirkəti; 460 min t) fəaliyyət göstərir. Elektron texnika, lifli-optik telekommunikasiya sistemləri, ofis avadanlığı, avtomobil texnikasının və bütün növ d.y. nəql. üçün komplektləşdirici hissələr, sellüloz-kağız məmulatları, geyim, qida məhsulları və içkilər istehsal edilir

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN