Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLATELİYA 

    FİLATELİYA (fil... + yun.άτέλεια - vergidən, rüsumdan, gömrükdən, ödənişdən azad etmək; məktub göndərilərkən pul ödənişini əvəz edən poçt markaları nəzərdə tutulur) - poçt ödənişi nişanlarının [poçt markaları, etiketlər, yarlıqlar, təqvimi və xüsusi ödənişlər (ştempellər), ştamplar], zərflərin və üzərində bu nişanlar olan açıqcaların öyrənilməsi və onlardan kolleksiyanın toplanılması. 1840 ildə Britaniyada ilk poçt markası dövriyyəyə buraxıldıqdan sonra yaranmışdır. İlk dəfə “F.” terminini 1864 ildə fransız kolleksiyaçısı J.Erpen işlətmişdir. 

    “F.”-da kolleksiyası toplanılan predmetlər üç aspektdən öyrənilir: sırf filateliya baxımından (markanın çap olunduğu kağız, üzərindəki su nişanları, perforasiyanın ölçüsu, tipi və forması, boyalar, yapışqan, çap və ödəmə üsulları, çap qüsurları və xətaları və s.), yəni markanın orijinallığını, buraxılma tarixini, dövriyyə müddətini və növlərini təsdiqləyən göstəricilər; tarixi baxımdan (markanın buraxıldığı dövrdə siyasi və iqtisadi şərait, dövriyyədə olduğu müddət, dövriyyədən çıxarılma səbəbləri, istifadə qaydaları, xüsusi ödəmələr və marka üzərində çap olunan əlavə yazılar, poçt marşrutları, tariflər, korrespondensiyanın tərtibatı, çatdırılma üsulları və s.) və tematik baxımdan (müəyyən mövzular üzrə kolleksiya toplamanın nəzəriyyəsi və prakt ikası). F. kolleksiyaları üç qismə bölünür: xronoloji, tematik və xüsusi.

    İlk F. cəmiyyəti B. Britaniyada (1866) təşkil olunmuşdur. Poçt markalarının ilk sərgisi Drezdendə (1870), ilk beynəlxalq sərgisi isə Antverpendə (1887) keçirilmişdir. 1862 ildə B. Britaniyada ilk F. jurnalı buraxılmışdır. 1926 ildə Parisdə keçirilən təsis konqresində Beynəlxalq Filateliya Federasiyasının (fr. Federation internationale de philatelie) əsası qoyulmuşdur. Federasiyanın katibliyi Sürixdə yerləşir.

    Azərb. markalarının təsviri və tarifi kataloqda üç xronoloji bölmə üzrə göstərilir. İlk marka Azərb. Xalq Cümhuriyyəti (1918-20) dövründə 1919 ilin oktyabrında çap olunmuşdur. AXC-nin poçt markalarının emissiya dövrü (1919, oktyabr - 1920, aprel), Azərb. SSR-nin poçt markalarının emissiya dövrü (1921, oktyabr - 1923, sentyabr) olmuşdur. Azərb. Resp.-nın poçt markaları 1992 ildən buraxılır.

    Azərb. SSR-də ilk filatelistlər dərnəyi 1957 ildə yaradılmış, 1958 ildə Bakı şəhər kolleksiyaçılar cəmiyyətinə çevrilmiş, 1966 ildə Ümumittifaq filatelistlər cəmiyyətinin (ÜFC) Bakı şöbəsi kimi yenidən təşkil olunmuşdur. Resp.-nın bir sıra filatelisti Beynəlxalq F. sərgilərində qızıl, gümüş, bürünc medallarla təltif edilmişdir. Bakıda Beynəlxalq F. sərgiləri (“Bakı - Paris”, “Paris - Moskva - Bakı”, “Bakı - Sarayevo”, “Bakı - Krakov”) və s. keçirilmişdir. 1993 ildən Azərb. Resp. Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvüdür. 1998 ildə Azərb. Filatelistlər İttifaqı (AFİ) yaradılmışdır. Azərb. 2002 ildə Filateliyanın İnkişafı üzrə Ümumdünya Assosiasiyasının (WADP) Numerasiya sisteminə (WNS) qoşulmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN