FİLBAHAR, (Wisteria) – paxlalılar fәsilәsindәn bitki cinsi. 10-a qәdәr növü var. Vәtәni Şimali Amerika vә Şәrqi Asiyadır. Uz. 20 m-әdәk olan ağacşәkilli, yarpağınıtökәn sıxyarpaqlı lianalardır. Yarpaqları iri, tәklәlәkli vә aşağıdan bir qәdәr tükcüklüdür. Çiçәklәri qeyri-müntәzәm, mavi, bәnövşәyi, al-qırmızı vә ya ağ rәngdә olub, uzun (30 sm-әdәk), sallanmış salxım çiçәk qrupunda toplanmışdır. Yazın axırı vә yayın әvvәlindә çiçәklәyir. F. istisevәndir, üzvi maddәlәrlә zәngin torpağı sevir vә rütubәt çatışmazlığına dözümlüdür. Gülçülükdә divar, eyvan vә tağların bәzәdilmәsi üçün 2–3 növündәn istifadә olunur. Toxum vә vegetativ üsulla çoxaldılır. Azәrb.-da dekorativ bitki kimi Abşeron, Gәncә, Lәnkәran, Zaqatala, Quba, Şәki vә. s. r-nlarda becәrilir. Balverәndir.
Çin filbaharı (Wisteria sinensis).