FİLDİNQ gelding) Henri (22.4.1707, Somerset qraflığı, Qlastonberi yaxınlığında Şarpem-Park - 8.10.1754, Lissabon; orada dəfn olunmuşdur) - ingilis yazıçısı. Zabit ailəsində doğulmuşdur. İton məktəbində təhsil almışdır (171924). Leyden un-tində filologiyanı öyrənmişdir (1728-29, bitirməmişdir). Ədəbi debütü “Maskarad” (1728) satirik poeması ilə olmuşdur. Burlesk və fantastika elementlərinin birləşdiyi, ingilis ikipartiyası sisteminə parodiya olan ‘Taciələr, yaxud Böyük Cırtdanın həyatı və ölümü (1731) pyesi qızğın rəylərə səbəb olmuşdu. “Müxtəlif maskalarda məhəbbət” (1728), “Templli modabaz” (1730), “Yoldançıxaranlar, yaxud ifşa edilmiş yezuit” (1732) əxlaqi komediyalarının müəllifidir. ‘Fitnəkar qulluqçu” (1734), “Miss Lüsi paytaxtda” (1742) və s. komediyaları C. Gey ənənələri ruhunda yazılmışdır. Parlamentdəki korrupsiyanı, dini fanatizmi və əyalət mülkədarlarını tənqid edən “Don Kixot İngiltərədə” (1734), “1736-cı ilin tarix təqvimi” (1736) və s. siyasi komediyaları rəğbət qazan- mışdı; pyeslərində R. Uolpol və kral ailəsi üzvlərinə hücumları 1737 ildə “Teatr lisenziyaları haqqında qanun”un qəbul edilməsinə səbəb olmuş, nəticədə Ғ.-in dramaturq kimi fəaliyyətinə son qoyulmuşdu. Ғ. sənətini dəyişməyə məcbur olmuşdu. 1737-40 illərdə Londonda hüququ öyrənmiş, Vestminsterdə (1749-54) və Midlseks qraflığında (1749-54) mülki işlər üzrə hakim işləmişdir. 1739-52 illərdə jurnalistika ilə məşğul olmuşdur. Nasir kimi debütü “Missis Şamela Endrüsün həyatının mədhi” (1741) romanı ilə olmuşdur. “Cozef Endrusun və onun dostu Abraam Adamsın macəralarının tarixçəsi” (1742) parodiya-komik romanı geniş şöhrət qazanmışdır. “Qarışıq əsərlər” (1743) toplusuna oçerk və didaktik poemalarından başqa Lukian ruhunda yazılmış “О dünyaya səyahət” fantastik satirası, “Mərhum Böyük Conatan Uayldın həyat tarixçəsi” satirik povesti daxil idi. “Küçədən tapılmış Tom Consun tarixçəsi” (1749; 1963, 1976 və 1997 illərdə ekranlaşdırılmışdır; süjeti əsasında operalar bəstələnmişdir) romanı Ғ. yaradıcılığının zirvəsidir. “Ameliya” (1751) adlı psixoloji romanı var. 18 əsr ingilis ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ғ.-in yaradıcılığı C. Meredit, Ç.Dikkens. V.Skott, U.Tekkerey, C.Ostin, T.L.Pikok və b. təsir göstərmişdir.
Ə s ə r l ə r i: Избр. произв. т. 1-2, М., 1954; Фарсы. М., 1980.
Әд.: Ş ı х 1ı İ . və başqaları, XVIII əsr xarici əbəbiyyat tarixi. B., 1970; Соколянский М.Г., Творчество Генри Филдинга, Киев, 1975; Роджерс П. Генри Филдинг: Биография. М., 1984.