FİLDS (Fields) Con Çarlz (14.5.1863, Hamilton – 9.8.1932, Toronto) – Kanada riyaziyyatçısı, Kanada Kral Cәmiyyәtinin (1909), London Kral Cәmiyyәtinin (1913) üzvü, SSRİ EA әcnәbi m. üzvü (1924). Torontoda un-teti bitirdikdәn sonra (1884) Baltimorda Cons Xopkins Un-tindә üç il oxumuş, sonralar ABŞ-ın müxtәlif un-tlәrindә dәrs demişdir. 1891–1902 illәrdә Berlindә, Göttingendә vә Parisdә riyaziyyatı öyrәnmişdir. 1902 ildәn Toronto Un-tindә işlәmişdir (1914 ildәn prof.). Əsas elmi işlәri Abel inteqralları vә cәbr funksiyalarına aiddir. 1924 ildәn F. Beynәlxalq Riyaziyyat İttifaqının prezidenti olmuşdur. Beynәlxalq Riyaziyyat İttifaqının 7-ci konqresindә (1924, Toronto) gәnc riyaziyyatçılar üçün mükafat tәsis edilmәsini tәklif etmişdir (bax Filds mükafatı). Mükafat fondunun yaradılması üçün F. var-dövlәtinin böyük hissәsini Beynәlxalq Riyaziyyat İttifaqına vәsiyyәt etmişdir.