FİLXNER ŞELF BUZLAĞI (Filchner İce Shelf) – Qәrbi Antarktidada, Ueddell dәnizi sahilindә buzlaq. Berkner yüksәkliyi ilә Luitpold sahili arasındadır. Buzlaq q.-dәn ş.-ә tәqr. 200 km, şm.-dan c.-a 450 km-әdәk uzanır. Buzlağın qıraq hissәsindә hünd. 30 m, mәrkәzi vә arxa hissәlәrindә 70–120 m-dir; buzun qalınlığı uyğun olaraq 200 m vә 450–700 m-dir. Tәqr. hәr 15–20 ildәn bir buzlağın kәnarından nәhәng aysberq qopur. Buzlaq 1912 ildә V.Filxnerin alman Antarktida ekspedisiyası tәrәfindәn kәşf edilmişdir. Buzlaqda ayrı-ayrı illәrdә SSRİ-nin, ABŞ-ın, B. Britaniyanın, Argentinanın elmi st.-ları fәaliyyәt göstәrmişdir.