FİLİÁSİYA (lat. filius – oğul sözündәn) – 1) e t n o q r a f i y a d a, erkәn cәmiyyәtlәr üçün sәciyyәvi olan, uşağın mәnşәyinin istisnasız şәkildә ata, yaxud ana xәtti ilә müәyyәn edilmәsi ilә bağlı adәtlәr. 2) Nәyinsә (mәs., fәlsәfi ideyaların) varislik yolu ilә bağlılığı, inkişafı vә parçalanması. 3) K o n s t i t u s i y a h ü q u q u n d a: doğum әsasında vәtәndaşlığın әldә edilmәsi.