FİLİQRAN (ital. filigrana, lat. filum - sap + granum - dən) - 1) zərgərlik texnikası növü; bax Şəbəkə. 2) Su nişanı - əsasən, əl ilə tökülən kağız vərəqlərin üzərindəki təsvir, yaxud naxış (tora bərkidilmiş məftil vasitəsilə alınır). 3) Kitab cildlərinin üstünə yapışdırılan metal bəzək.
“Quran” kitabı üzәrindә filiqran.