FİLİPP (yun. Φίλιππος) – on iki hәvaridәn biri. Əhdi-cәdiddә F.-in Vifsaiddә (Qalileya) yaşaması, hәvarilәr Andrey vә Petradan sonra İsa Mәsihin üçüncü şagirdi olması haqqında mәlumat var (Matta 10:3; Mark 3:18; Luka 6:17; Yәhyanın nәql etdiyi müjdә 1:43–46, 12:21–22, 14:8–9). Bәzi rәvayәtlәrә görә, Skifiya vә Frigiyada (Kiçik Asiyada tarixi vilayәt) İncili tәbliğ etdiyi üçün İerapolisdә (indiki Dәnizli ş. yaxınlığında, Türkiyә) edam edilmişdir. Arxeoloqlar 2011 ildә F.-in mәzarının olduğu ehtimal edilәn bazilikanı aşkarlamışlar.