Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLİPP 

    FİLİPP (Felipe) – İspaniya krallarının adı. 

    I  F i l i p p  H a b s b u r q, G ö z ә l  F i l i p p  (22.6.1478, Brügge – 25.9.1506, Burqos) – Kastiliya kralı [1504–06]. Anası Burqundiyalı Mariyanın ölümündәn sonra Burqundiya hersoqluğu vә hersoqluğun mülkü olan Niderland Habsburqlara keçmiş, I F. isә 1494 ildәn müstәqil hakimiyyәt sürmüşdür. 1496 ildә Kastiliya kraliçası I İzabella vә Araqon kralı II Ferdinandın (Fernandonun) qızı Xuana ilә evlәnmişdir. I İzabellanın ölümündәn (1504) sonra hakimiyyәtә Xuana gәlmiş, I F. isә müştәrәk kral olmuşdu. 1506 ilin aprelindә I F. vә Xuana Niderlanddan İspaniyaya gәlmişlәr. İspaniyada I F.-in möhkәm dayağı yox idi vә o, yüksәk vәzifәlәrdә yerli әyanları flamand vә alman mәnşәlilәrlә әvәz edirdi. 1506 ildә İngiltәrә ilә Fransaya qarşı ittifaq bağlamışdı. Hәmin il Xuana faktiki olaraq hakimiyyәtdәn uzaqlaşdırılmışdı.

    II  F i l i p p  (21.5.1527, Valyadolid – 13.9.1598, Eskorial) – Habsburqlar sülalәsindәn İspaniya [1556–98] vә Portuqaliya [1580, rәsmәn I Filipp kimi 1581–98] kralı. Atası kral V Karl taxtdan imtina etdikdәn (1556) sonra hakimiyyәtә gәlmişdir. İmperiyanın bölüşdürülmәsindәn sonra İspaniya, Qoşa Siciliya krallığı, Niderland, Franş-Konte, Milan, Amerika vә Afrikadakı müstәmlәkәlәr II F.-in tabeliyinә keçmişdi. Siyasәti mütlәqiyyәtin möhkәmlәndirilmәsinә yönәldilmişdi. Araqonu, Kastiliyanı, Kataloniyanı imtiyazlarının çoxundan mәhrum etmiş, bürokratik aparatı xeyli artırmışdı. Katolisizmin fanatik tәrәfdarı olan II F. inkvizisiyanı dәstәklәmişdir; bidәtçilәr kütlәvi şәkildә yandırılmış, morisklәr amansız tәqiblәrә mәruz qalmışdılar (1568–70 illәrdә onlar ölkәnin daxili vil.-lәrindәki qeyri-münbit torpaqlara köçürülmüşdülәr). II F.-in dәstәyi ilә arvadı Mariya Tüdor (1554–58 illәrdә nikahda olmuşlar) İngiltәrәdә protestantlara qarşı terror tәtbiq etmişdi. Niderlandda ispan feodal-bürokratik zülmünün artması Niderland inqilabının (16 әsr) başlanmasına gәtirib çıxarmışdı. İspaniya qoşunları fransızları Sen-Kanten yaxınlığındakı vuruşmada (1557) darmadağın etdikdәn sonra II F. İtaliya müharibәlәrinә (1494–1559) son qoymuş, İspaniya üçün әlverişli Katoambrez sülhünü (1559) bağlamışdır. 1571 ildә bir sıra dövlәt tәrәfindәn Osmanlı imperiyasına qarşı yaradılmış “Müqәddәs liqa”nın başçısı olmuşdu. 1581 ildә Portuqaliyanı öz mülklәrinә birlәşdirmişdir. İngiltәrә kraliçası Yelizaveta Tüdorun Niderlanda yardımı vә Mariya Stüartın edamı II F.-in İngiltәrәyә müdaxilәsinә sәbәb olmuşdur. Bu mәqsәdlә 1588 ildә yaradılmış “Mәğlubedilmәz armada”nın rüsvayçı sonu İspaniyanın dәniz qüdrәtini sarsıtmışdır. Dini müharibәlәr zamanı II F. fransız katoliklәrinә hәrbi yardım göstәrmişdir. 1591 ildә Parisә ispan qarnizonu yeridilmişdi. 1593 ildә qızı İzabellanı Fransa taxtına çıxarmaq cәhdi Baş ştatların müqavimәti nәticәsindә baş tutmamışdı. 1595 ildә Fonten-Fransez yaxınlığındakı vuruşmada ispan qoşunları Navarralı Henrix tәrәfindәn mәğlub edilmişdir. II F. IV Henrixi Fransa kralı kimi tanımağa vә onunla Verven sülhünü (1598) bağlamağa mәcbur olmuşdur; ispan qoşunları Fransadan qovulmuşdu. Aramsız müharibәlәr çoxlu maliyyә vәsaiti tәlәb etdiyindәn II F. vergilәri artırmış, dövlәt büdcәsinin kәsirini aradan qaldırmaq mәqsәdilә dәfәlәrlә Amerikadan gәtirilәn qızılı, gümüşü vә malları müsadirә etmişdir. II F. 1557, 1575, 1598 illәrdә dövlәti müflis elan etmiş, bu isә ölkәnin tәsәrrüfat hәyatının pozulmasına gәtirib çıxarmışdı.

    III  F i l i p p (14.4.1578, Madrid – 31.3.1621, orada) – Habsburqlar sülalәsindәn İspaniya vә Portuqaliya kralı [1598– 1621; Portuqaliyada rәsmәn II Filipp kimi].  II Filipp Habsburqun oğlu. Bacarıqsız hökmdar olan III F. İspaniyanı daxili tәnәzzülә gәtirib çıxarmış vә siyasi baxımdan zәiflәtmişdi. Dövlәti faktiki olaraq onun favoriti F. Lerma idarә etmişdir. Atasından qalan 140 mln. dukatdan çox dövlәt borcu III F.-in hakimiyyәti zamanı daha da artmışdı. O, İngiltәrәyә qarşı mübarizәdә İrlandiyada baş verәn Tiron vә Tirkonnel üsyanından (1595–1603) istifadә etmәk mәqsәdilә üsyançılara hәrbi dәstәk göstәrmişdir. 1604 ildә İngiltәrә ilә sülh bağlamış, 1609 ildә Niderlandın (Hollandiya) müstәqilliyini tanımışdır. Roma katolik kilsәsinә bağlı olan III F. protestantlara qarşı amansız siyasәt yürütmüş, mavr mәnşәli morisklәrin (katolik protestantların) İspaniyadan qovulması haqqında dekret (1609) vermişdir. 1619 ildә qaraçılar da ölkәdәn qovulmuşdular.

    IV  F i l i p p, B ö y ü k   F i l i p p  (8.4. 1605, Valyadolid – 17.9.1665, Madrid) – Habsburqlar sülalәsindәn İspaniya vә Portuqaliya kralı [1621–65]. III Filipp Habsburqun oğlu. 16 yaşında taxta çıxan IV F. favoritlәrinin (1621–43 illәrdә qraf Q.Olivaresin, 1643–61 illәrdә isә don Luis de Aronun) әlindә oyuncağa çevrilmişdi. 1640 ildә Portuqaliya İspaniyadan ayrılsa da, IV F. onu tanımamış vә hakimiyyәtinin sonunadәk onun üzәrindә ispan ağalığını bәrpa etmәyә çalışmışdır. IV F.-in hakimiyyәt illәri ispan mәdәniyyәtinin parlaq dövrü (D.Velaskes, P.KalderonF.Surbaran vә b.) olmuşdur.

    V  F i l i p p (19.12.1683, Versal – 9.7. 1746, Madrid) – Burbonlar sülalәsindәn İspaniya kralı [1700–46, 1724 il yanvar– avqust ayları istisna olmaqla], Anju hersoqu. Fransa kralı XIV Lüdovikin nәvәsi, Lüdovik Böyük Dovinin oğlu. Övladı olmayan İspaniya kralı II Karlın vәsiyyәti ilә ispan taxtının varisi elan edilmiş V F. Burbonların İspaniya qolunun banisidir. Bu hadisә Fransanın dünya hegemonluğundan narahatlıq keçirәn Avropa dövlәtlәrinin etirazına sәbәb olmuş vә İspaniya irsi uğrunda müharibәyә (1700–13) gәtirib çıxarmışdı. Müharibә nәticәsindә V F. İspaniya taxtını vә dәnizaşırı müstәmlәkәlәri qoruyub saxlasa da, Fransa taxtına iddiasından imtina etdi vә İspaniya Habsburqlarının Avropadakı bir sıra mülklәrini itirdi. 1714 ildә Kastiliya üsyanı yatırıldıqdan sonra Kastiliyanın imtiyazları lәğv edildi, Araqon krallığının siyasi muxtariyyәtinә son qoyuldu. Fransız, sonra isә italyan müşavirlәrinin ölkәyә cәlb olunması sayәsindә İspaniya iqtisadiyyatı 17 әsrdә başlayan uzunmüddәtli böhrandan çıxdı. Hәm diplomatiya, hәm dә hәrbi qüvvә vasitәsilә Qoşa Siciliya krallığı V F.-in oğlu don Karlosun hakimiyyәtinә keçdi.

    VI  F i l i p p  (Burbonlar sülalәsindәn ilk İspaniya kralı V Filippin şәrәfinә adlandırılmışdır) (d.30.1.1968, Madrid) – Bur- bonlar sülalәsindәn İspaniya kralı [19.6. 2014 ildәn]. İspaniya kralı I Xuan Karlosun oğlu vә varisi. 1985–88 illәrdә üç qoşun növündә (QQ, HDQ vә HHQ) hәrbi hazırlıq keçmişdir. Madrid muxtar un-tini (1993) bitirmiş, ABŞ-dakı Corctaun katolik un-tinin magistraturasında (1993–95; beynәlxalq münasibәtlәr ixtisası üzrә) oxumuşdur. 1992 ildә Barselonda keçirilәn 25-ci Olimpiya Oyunlarında İspaniya komandasına rәhbәrlik etmişdir (yelkәnli qayıq idmanı üzrә ispan yığmasının üzvü). Atasının taxtdan imtina etmәsindәn sonra hakimiyyәtә gәlmişdir. Kral ailәsi üzvlәrinә özәl bizneslә mәşğul olmağı qadağan etmiş, özünün kral mәvacibini 20 % azaltmışdır. Franko rejiminin devrilmәsindәn sonra ilk dәfә parlamenti buraxmaq hüququndan istifadә etmişdir (2016).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN