Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLİPPİN

    FİLİPPİN, F i l i p p i n  R e s p u b l i k a s ı (taqalca Republika ng Pilipinas; ing. Republic of the Philippines).

                                                                Ümumi mәlumat

    Cәnub-Şәrqi Asiyada dövlәt. Filippin a-rında yerlәşir. 11 әn böyük adası (Luson, Mindanao, Samar, Neqros, Palavan, Panay, Mindoro, Leyte, Sebu, Bohol, Masbate) ölkә әrazisinin 95%-ni tәşkil edir. Sakit okeanın dәnizlәri (ş.-dә Filippin, c.-q.-dә Sulavesi, q.-dә Sulu, q.-dә vә şm.-q.-dә Cәnubi Çin) ilә әhatәlәnir. Sah. 300 min km2. Əh. 104,3 mln. (2016). Paytaxtı Manila ş.-dir. Rәsmi dillәr pilipino (filipino; taqal dilinin standartlaşdırılmış variantı) vә ingilis dillәridir; Filippinin ayrı-ayrı xalqlarının danışdığı 19 dil regional әhәmiyyәtә malikdir. Pul vahidi Filippin pesosudur. İnzibati cәhәtdәn 81 әyalәtә bölünür. 

    F. BMT-nin (1945), BVF-nin (1945), BYİB-in (1945), ACEAN-ın (1967), ASİB-in (1989), ÜTT-nin (1995) üzvüdür.

                                                                        Dövlәt quruluşu

    F. unitar dövlәtdir. Konstitusiyası 2.2.1987 ildә qәbul edilmişdir. İdarәetmә forması prezident respublikasıdır.

    Dövlәt vә hökumәt başçısı әhali tәrәfindәn 6 il müddәtinә seçilәn (yenidәn seçilmәk hüququ yoxdur) prezidentdir. F.-dә doğulmuş, oxumağı vә yazmağı bacaran, qeydә alınmış seçici olan, seçkiyә qәdәr 40 yaşına çatmış vә bilavasitә seçkilәrә qәdәr F. әrazisindә yaşama müddәti 10 ildәn az olmayan hәr bir vәtәndaş prezident seçilә bilәr. Prezidentlә eyni zamanda vitse-prezident seçilir. Vitse-prezident Nazirlәr kabinetinin üzvü tәyin oluna bilәr. Prezident F.-in silahlı qüvvәlәrinin ali baş komandanıdır. İcraedici hakimiyyәti prezident hәyata keçirir. O, bütün icra orqanlarının, komitә vә xidmәtlәrin fәaliyyәtinә nәzarәt edir. Prezident yüksәk vәzifәli şәxslәri tәyin edir, daxildә vә dövlәtlәrarası münasibәtlәrdә ölkәni tәmsil edir, dövlәt başçısının digәr sәlahiyyәtlәrini hәyata keçirir.

    Ali qanunverici orqan Nümayәndәlәr palatası vә Senatdan ibarәt ikipalatalı parlamentdir (Filippin Konqresi). Nümayәndәlәr palatası (250 üzvdәn çox deyil) ümummilli seçki dairәsindәn, hәmçinin milli, regional vә sektoral partiyaların, yaxud tәşkilatların siyahıları sistemi (deputatların 20%-i) ilә 3 il müddәtinә seçilir. Senat F. vәtәndaşları tәrәfindәn seçilәn 24 senatordan ibarәtdir. Senatın sәlahiyyәt müddәti 6 ildir (hәr 3 ildәn bir yarısı yenilәnir).

    İcraedici orqan prezidentin başçılıq etdiyi Nazirlәr kabinetidir; prezident nazirlәri vәzifә tәyinatları üzrә xüsusi parlament komissiyasının razılığı ilә tәyin edir.

    Əsas siyasi partiyalar: Liberal partiyası, Milli xalq koalisiyası, Milli birlik partiyası, Millәtçi partiya, Birlәşmiş millәtçi alyans.

                                                                               Tәbiәt 

    Filippin arxipelaqı adaları (7600-dәn çox) Şәrqi Asiya adalar qövsünün bir hәlqәsidir. Şm.-dan c.-a tәqr. 1800 km, q.-dәn ş.-ә 900 km mәsafәdә uzanır. Adaların sahil xәtti (uz. 36,3 min kmintensiv parçalanmışdır. Şәrq sahillәri boyu Filippin novu uzanır. İri körfәz vә buxtaların çoxu q. sahillәrindәdir. Sahillәri boyu mәrcan riflәri uzanır.

     Apo vulkanı.

    Relyef. F., әsasәn, dağlıq (әrazinin tәqr. 3/4-ü) ölkәdir. 1500–2000 m yüksәkliklәr üstünlük tәşkil edir. Ən hündür nöqtәsi Mindanao a.-nda Apo vulkanıdır (2954 m). Dik yamaclı massivlәr (uz. 200–250 km-әdәk) sәciyyәvidir. F.-dә fәaliyyәtdә olan 19 vulkan [Luson a.-nda: Pinatubo (sonuncu dәfә 1991 ildә püskürmüşdür), Taal, Banahao, Bulusan, Mayon; Mindanao a.-nda Makaturinq; Kamigin a.-nda Hibokhibok vә s.] var. Ərazinin 1/4-indәn azı ovalıqdır. Dağlar vә dağarası çökәkliklәr, әsasәn, submeridional istiqamәtlidir.

    Geoloji quruluş vә faydalı qazıntılar. Filippin a-rı Qәrbi Sakit okean mütәhәrrik qurşağının hüdudlarında yerlәşir vә Asiyanın Sakit okean aktiv kәnarının bir hissәsini tәşkil edir. Geol. quruluşuna görә F. әrazisi Son Mezazoy-Kaynozoy tektogenezi ilә әlaqәdardır; әsasәn, okean qabığı vә adalar qövsü süxurlarından, rif әhәngdaşılarından, fliş vә molaslardan ibarәtdir. Ərazi yüksәk seysmikliyi vә vulkanizmi ilә fәrqlәnir. Zәlzәlәlәr, әsasәn, tektonik mәnşәlidir. 1911, 1913, 1924, 1934, 1948, 1976 illәrdә fәlakәtli zәlzәlәlәr olmuşdur; Moro körfәzindә baş vermiş 8,3 maqnitudalı sonuncu zәlzәlәnin yaratdığı sunami 8000 adamın ölümünә sәbәb olmuşdur.

     Aqusan çayı.

    F.-dә әlvan, nәcib vә legirlәyici metalların böyük yataqları var. Luson, Rapu-Rapu, Sebu, Mindanao, Neqros adalarında mis vә qızıl yataqları; Luson, Viktoriya, Teresa, Masbate vә Mindanao adalarında qızıl vә gümüş yataqları mәlumdur. Nikel, dәmir, xrom, kobalt, alüminium, uran, manqan, civә, barit, asbest filizlәri, neft, qaz, daş kömür vә s. yataqlar da aşkar edilmişdir.

     Pinatubo gölü. Luson adası.

    İqlim. İqlimi ekvatorial, şm.-da subekvatorial mussondur. Orta temp-r il boyu c.-da 27–28°C, şm.-da 24–28°C, dağlarda 15–18°C-dir. F. әrazisinin böyük hissәsi yüksәk rütubәtliliyi (ildә 2000 mm-dәn çox yağıntı) ilә seçilir; dağların külәktutan yamaclarında yağıntının illik miqdarı 3500– 5000 mm, dağdaxili dәrәlәrdә vә bәzi c. adalarında 1000 mm-dәn azdır. Hәr il iyul – oktyabr aylarında qeydә alınan tәqr. 20 tayfunun 5–6-sı böyük itkilәrә sәbәb olur.

     Qәhvәyi tәpәlәr. Bohol adası.

    Daxili sular. Çayları qısa, çoxsulu, astanalıdır; sahilboyu ovalıqlarda bataqlaşmış enli dәrәlәr yaradır; bәzi çaylar (Pampanqa vә s.) deltalar әmәlә gәtirir. Çaylar, әsasәn, yağış suları ilә qidalanır. İri çayları: Mindanao, Aqusan (Mindanao a.-nda), Kaqayan (uz. 354 km, әn uzun çay) Pampanqa, Aqno (Luson a.-nda). Göllәr azdır vә ölçülәrinә görә kiçikdir. Ölkәnin illik daxili su ehtiyatı 479 km3-dir. Bunun 81,6 km3-i k.t.-nın, sәnayenin, kommunal-mәişәt tәsәrrüfatının tәlәbatına sәrf olunur. Adam- başına illik su tәminatı 860 m3-dir.

    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. F.-dә çox vaxt podzollaşmış qırmızı-sarı vә qırmızı ferrallitlәşmiş torpaqlar üstünlük tәşkil edir. Yüksәklik artdıqca onlar tünd-qırmızı ferralitli dağ torpaqları ilә әvәz olunur. Vulkanik rayonlarda laylı torpaq profilinә malik münbit humuslu allofan torpaqlar vardır. Çay dәrәlәrindә allüvial, bәzi yerlәrdә bataqlaşmış torpaqlar yerlәşir. Manqr meşәlәri altında turş manqr bataqlıq torpaqları (tion torpaqlar) yayılmışdır. Sebu, Bohol vә bәzi digәr adalarda mәrcan riflәrinin aşınmasından әmәlә gәlәn torpaqlar inkişaf etmişdir. Torpaqların xeyli hissәsi (әsasәn, şumlanmış) güclü eroziyaya uğramışdır. 

     Palavan Adası biosfer rezervatı.

    Bitki örtüyü zәngin vә müxtәlifdir. 12 minәdәk bitki növü (o cümlәdәn 1100 növ orxideya) vardır; tәqr. 3500 növü endemikdir. 233 növ bitki (o cümlәdәn nepentes vә raffleziyanın bәzi növlәri) itmәk tәhlükәsi altındadır. Meşәlәr әrazinin 27%-indә, başlıca olaraq, dağlarda qalmışdır (2015). Ən iri meşә massivlәri Mindanao, Luson vә Palavan adalarındadır. 400-500 m-әdәk hündürlükdә dipterokarpkimilәrin (o cümlәdәn qiymәtli ağac cinslәri, mәs., Filippin mahoqanisi), paxlalıların vә palmaların iştirakı ilә çoxyaruslu hәmişәyaşıl rütubәtli ekvatorial meşәlәr üstünlük tәşkil edir. 800–900 m-dәn yuxarıda dumanlı tropik dağ meşәlәri (hәmişәyaşıl palıd, mәrsin, ağcaqayın, ağacşәkilli qıjılar vә s.) yayılmışdır; Luson vә Mindoro dağlarında şam ağacı meşәlәri, qiymәtli iynәyarpaqlı ağ aqatis әkinlәri vardır. Dağların külәktutmayan yamaclarında vә daxili çay dәrәlәrindә yarpağınıtökәn musson meşәlәri yerlәşir. 2000 m-dәn yuxarıda alçaqboylu meşәlәr (şibyәli, qıjılı, orxideyalı) kolluq cәngәlliklәri ilә әvәz olunur. Kәsilmiş vә yanmış meşәlәrin yerindә savannalar vә taxıl otları (yabanı şәkәr qamışı, hündür sәrtyarpaqlı taxıllar, o cümlәdәn silindrik imperata) yayılmışdır. Qabarma-çәkilmә zonalarında sahil boyunca vә çay mәnsәblәrindә manqr meşәlәri vә nipa palması cәngәlliklәri qalmışdır.

    F.-in faunası Hind-Malayya zoocoğrafi vilayәtinә aiddir. Ölkәnin ada mövqeyi ilә әlaqәdar o, kasadlaşmış vә xeyli sayda endemiklәrdәn (172 növ mәmәlidәn 111-i) ibarәtdir. Meşәlәrdә maral, meymun (әsasәn, makakalar), lemur, Filippin yunqanadı, sincabi meymun, viveralar, meşә pişiyi yaşayır. 39 növ mәmәli heyvan, o cümlәdәn Filippin uzuntopuğu, meşә camışı (yalnız Mindoro a.-nda yaşayır), bir neçә növ uçan it (qızılı haşiyәli Katanqlad iriqanadları, cırtdan Fişer iriqanadı) nәsli kәsilmәk tәhlükәsi altındadır. Tәqr. 450 növ quş yaşayır, 89 növün, o cümlәdәn Filippin qartalı, uzunquyruq tutuquşu vә Filippin kakadusunun da nәsli kәsilmәk tәhlükәsi üzrәdir. Sürünәnlәrin (o cümlәdәn pitonlar vә şirinsu timsahları) sayı çoxdur, 24 növü, o cümlәdәn dәniz tısbağaları yox olmaq tәhlükәsi üzrәdir.

    Ətraf mühitin vәziyyәti vә mühafizәsi. Çaylar, su hövzәlәri vә sahilyanı zonalar sәnaye (o cümlәdәn mәdәn) müәssisәlәrinin axıntı suları, әkin sahәlәrindәn daxil olan qalıq gübrә vә pestisidlәrlә xeyli çirklәnmişdir. Havanın çirklәnmәsi Manila vә digәr iri şәhәrlәrdә müşahidә olunur. Mühüm ekoloji problemlәrdәn biri dә tropik meşәlәrin qırılması vә meşә yanğınlarıdır. Çayların sahil sularına gәtirdiyi bәrk çöküntülәr mәrcan riflәrinә tәhlükә yaradır.

    F.-dә mühafizә olunan tәbii әrazilәr (cәmi 240 obyekt) ölkә әrazisinin 14,2% - ini әhatә edir. Bura 34 milli park, qoruqlar (o cümlәdәn 3 dәniz qoruğu, mühafizә olunan landşaftlar vә tәbiәt abidәlәri vә s.) daxildir. Parklardan 5-i ASEAN irsi, Puerto-Qalera vә Palavan Adası biosfer rezervatları YUNESKO-nun siyahısındadır. Tubbataha Riflәri, Puerto-Prinsesa Yeraltı çayı tәbii parkları vә Mindanao a.-nda Hamiquitan Silsilәsi qoruğu Ümumdünya irsi siyahısına daxil edilmişdir. Beynәlxalq әhәmiyyәtli su-bataqlıq tәsәrrüfatları siyahısına 6 әrazi (o cümlәdәn Aqusan Bataqlıqları, Olanqo Adası, Tubbataha Riflәri qoruqları, Naujan Gölü Milli Parkı) daxildir.

                                                                                Əhali 

    F. әhalisinin etnik tәrkibi haqqında bax Filippinlilәr mәqalәsinә.

    1960 ildәn F.-in әhalisi (mln. nәfәrlә) tәbii artım hesabına 4 dәfә (1960 ildә 26,3; 1980 ildә 47,4; 2000 ildә 76,5; 2010 ildә 93,8 min nәfәr) çoxalmışdır. Doğum sәviyyәsi 1000 nәfәrә 24,9 (2015), ölüm sәviyyәsi 1000 nәfәrә 4,9 nәfәrdir. Fertillik göstәricisi 1 qadına 3,1 uşaqdır (2015). Uşaq ölümü 1000 nәfәr diri doğulan uşağa 22,3 (2015; oğlanlarda 25,3, qızlarda 19,3) nәfәrdir. Gözlәnilәn orta ömür müddәti 71,7 ildir (2015; kişilәrdә 68,7, qadınlarda 74,7 il).

     Laquna әyalәtindәn tapılmış mis lövhә. Milli antropologiya muzeyi. Manila.

    Əhalinin yaş strukturunda uşaqlar (15 yaşadәk) 34,6% (2015), әmәk qabiliyyәtli yaşda (15–65 yaş) olanlar 61,1%, ahıllar (65 yaşdan yuxarı) 4,3% tәşkil edir. Əhalinin orta yaş hәddi 23,2 ildir (2015; kişilәrdә 22,8, qadınlarda 23,7 il). Hәr 100 kişiyә 99,4 qadın düşür (2015). 

    F. üçün әhalinin әnәnәvi miqrasiya axını (1940-cı illәrin sonlarından) sәciyyәvidir; 1000 nәfәrә tәqr. 1,3 nәfәr (2015). Tәqr. 10 mln. F. vәtәndaşı xaricdә daimi, tәqr. 1,8 mln. nәfәr isә müvәqqәti (mövsümi işlәrlә mәşğuldur) yaşayır. Filippinlilәrin әn çoxsaylı icmaları ingilisdilli ölkәlәrdә (ABŞ, B.Britaniya, Kanada, Avstraliya), İran körfәzi (Sәudiyyә Ərәbistanı, BƏƏ), Şәrqi vә Cәnub-Şәrqi Asiya ölkәlәridir.

    Əhalinin orta sıxlığı 1 km2-dә 347,6 nәfәrdir (2015). Luson a.-nın q. (Manila aqlomerasiyası rayonunda) vә c.-ş. hissәsindә, Panay a.-nın c.-ş. hissәsindә, Neqros a.-nın şm.-q. hissәsindә, Sebu a.-nda vә Mindanao a.-nın şm. hissәsindә әhali daha sıx mәskunlaşmışdır. Şәhәr әhalisinin xüsusi çәkisi 44,4%-dir (2015). 16 şәhәrdә әhalinin sayı 500 min nәfәrdәn çoxdur (2010). Ən iri şәhәrlәri (min nәfәr, 2010): Keson-Siti (2679,5), Manila (1660,7), Kalookan (1378,9) vә Davao (1363,3). Manila әtrafında әhalisi tәqr. 22 mln. nәfәr olan ölkәnin әn iri aqlomerasiyası formalaşmışdır.

    Dindarların 90%-i xristian, 5,5%-i müsәlman, 2,4%-i yerli sinkretik kultların ardıcıllarıdır; tәqr. 2% özünü heç bir dini qrupa aid etmir (2015).

                                                                  Tarixi oçerk

    Müstәmlәkәyәqәdәrki dövr. Luson a.-nın şm.-ında Kaqayan әyalәtindәki mağaradan “Kalyao adamı” qalıqlarının tapılması F.-in tәqr. 67 min il bundan әvvәl mәskunlaşdığını tәsdiqlәyir. F. a-rının әn qәdim sakinlәri olan avstraloidlәrin nәsillәri sonralar neqritoslar adlandırılmışlar. Tәqr. e.ә. 4000 ildә F.-ә Avstroneziya tayfaları gәlmәyә başlamışlar. E.ә. 1000 ildә ovçu-yığıcıların, talalarda toxa әkinçilәrinin vә balıqçıların tәsәrrüfat-mәdәniyyәt tiplәri formalaşmışdır. E.ә. 1-ci minilliyin ortalarında F.-dә Metal dövrü başlamışdır. Eramızın 1-ci minilliyindә F. dәnizçilәri Malakka
    y-a-nın, sonralar isә Malayya arxipelaqının hindlәşdirilmiş çarlıqları ilә ticarәtdә iştirak edirdilәr. F.-ә hinduizmbuddizm nüfuz etmәyә başlamış, sahilboyunda siyasi mәrkәzlәr meydana gәlmişdi.

     İntramuros – Manilanın tarixi mәrkәzi.

    Luson a.-nın Laquna әyalәtindәn tapılmış mis lövhә üzәrindәki tarixi göstәrilmiş әn qәdim yazı 900 ilә aiddir. F.-in Çin vә Cәnub-Şәrqi Asiya ölkәlәri, әsasәn, İndoneziya ilә ticarәt әlaqәlәri izlәnilir. Əkinçilik-heyvandarlıq tәsәrrüfatı әsasında erkәn çarlıqlar, o cümlәdәn Tondo (Manila körfәzindә), Panqasinan (Aqno çayı vadisindә), Mai (Bay gölü yaxınlığında, yaxud Mindoro a.-nda), Macaas (Visayya a-rında), Sebu (eyniadlı adada), Butuan (Mindanao a.-nda) meydana gәlmişdir. F. Şrivicaya vә Macapahita hind-buddist çarlıqlarının tәsirinә mәruz qalmışdır. 14–15 әsrlәrdә F.-ә islam dini nüfuz etmәyә başlamışdır. 15 әsrin ikinci yarısında Sulu arxipelaqında Sulu sultanlığı, Mindanaoda Magindanao sultanlığı, 16 әsrin әvvәllәrindә Lanao sultanlığı yaranmışdır. 1405–06, 1408–10 vә 1417 illәrdә F.-ә Çjen Xenin başçılığı ilә Çin ekspedisiyaları gәlmişdir. Müstәmlәkә dövrünün әrәfәsindә F.-dә әsas etnik qruplar (taqallar, iloklar, sebular, ilonqqolar, pampanqanlar, bikollar, varaylar) tәşәkkül tapmışdır.

    Müstәmlәkә dövrü (1521–1946). 1521 ildә Filippin a-rını kәşf edәn F.Magellanın ekspedisiyası onları Müq. Lazar a-rı adlandırdı. 1543 ildә R. Lopes de Vilyalobos Samar vә Leyte adalarını ispan kralı II Filippin şәrәfinә Filippin adlandırdı. 1564 ildә adaları tabe etmәk mәqsәdilә Yeni İspaniyanın vitse-kralı L. de Velasko F.-ә M.Lopes de Leqaspinin rәhbәrliyi altında ekspedisiya göndәrdi. Leqaspi 1571 ildә Manilanın әsasını qoyaraq 1572 ildә Luson vә Visayya adalarının sahilboyu rayonlarını zәbt etdi. Arxipelaqın daxili rayonları İspaniyanın nәzarәtinә keçdi. Cәnub vilayәtlәri (Qәrbi Mindanao, Sulu) faktiki olaraq 19 әsrәdәk müstәqilliklәrini saxladılar. İspanlar F.-in digәr әrazilәrindә yaşayan әhalini tezliklә xristianlaşdırmağa nail olsalar da, arxipelaqın c.-unda yaşayan müsәlmanları xristianlaşdıra bilmәdilәr. Müstәmlәkәçilәr F.-dә enkomyenda sistemini tәtbiq etdilәr. Bu sistemә görә, “himayәdar” (enkomendero) әhalidәn öz xeyrinә hәyәtbaşı vergi (tributo) toplayır, sakinlәri әmәk mükәllәfiyyәti (polo) yerinә yetirmәyә vә müstәmlәkә hökumәtinә әrzaq töycüsü vermәyә mәcbur edirdi. Müstәmlәkә zülmü Kaqayan vadisindә (1639), Leyte a.-nda vә Mindanao a.-nda (1649–50), Mәrkәzi Lusonda (1660–61) xalq çıxışlarına gәtirib çıxardı. 17 әsrdә enkomyenda sistemi taxt-tacın xeyrinә toplanan vergilәrlә әvәzlәndi. Bu dövrdә iqtisadi vә siyasi hökmranlıq ispan katolik ordenlәrinin әlinә keçdi. F.-in xarici ticarәti hind vә çinli tacirlәrin iştirakı, hәmçinin Manila ilә Akapulko (Meksika) arasında il әrzindә ticarәt gәmilәrinin (qalion) cәmi 2 reysi ilә mәhdudlaşırdı. 1782 ildә tütün ticarәti hökumәtin inhisarına alındı. 1785 ildә F. ilә İspaniya arasında birbaşa, lakin sәrt qaydalar әsasında ticarәt aparmaq imtiyazına malik Filippin Kral şirkәti tәsis edildi. 18 әsrdә müstәmlәkәçilәrә qarşı qeyri-mütәşәkkil mübarizә (1744–1829 illәrdә Bohol a.-nda F.Daqohoyun başçılığı ilә üsyan) davam edirdi. Yeddiillik müharibәnin (1756–63) gedişindә 1762 ildә ingilislәr Manilanı vә F.-in bir sıra digәr rayonlarını tutaraq tәqr. iki il әrzindә işğal altında saxladılar.

    1815 ildә ispan burjuaziyasının tәzyiqi ilә qalion reyslәri dayandırıldı, 1830 ildә Kral şirkәtinin imtiyazları, 1882 ildә isә tütün inhisarı lәğv edildi. F.-ә özәl ticarәtlә mәşğul olan ispan tacirlәri buraxıldı. B.Britaniya, Fransa vә ABŞ tacirlәri Manila (1834), Sebu, İloilo, Sualya portlarının (1855–60) xarici ticarәt üçün açılmasına nail oldular. 19 әsrin ortalarında F.-dә yerli burjuaziya vә Avropa tәhsilli ziyalılar formalaşdı. İslahat tәrәfdarları (X.Risal vә b.) ilk vәtәnpәrvәr mәtbuat orqanlarını vә tәşkilatları yaratdılar. 1892 ildә A.Bonifasio, T.Plata vә başqa radikal demokratlar inqilabi yolla İspaniyadan müstәqillik әldә etmәk mәqsәdini qarşısına qoyan Katipunan gizli vәtәnpәrvәr tәşkilatının әsasını qoydular. Katipunanın çağırışı ilә Filippin inqilabı (1896–98) başlandı. 1896 il martın 22-dә müstәqil Filippin respublikası elan edildi. E.Aginaldo prezident oldu. 1897 ilin noyabrında Aginaldo İspaniya ilә mübarizәni dayandırdı, noyabrın 18-dә Biaknabat müqavilәsi (1897) imzalandı. 1898 ilin aprelindә ABŞ İspaniya müstәmlәkәlәrini tutmaq uğrunda müharibәyә başladı [bax İspaniya-Amerika müharibәsi (1898)]. 1898 il iyunun 12-dә ikinci dәfә F.-in müstәqilliyi elan olundu. Hәmin ilin iyun–iyul aylarında F. ordusu İspaniya qoşunlarını tәslim olmağa mәcbur etdi. F.-in müstәqilliyinin elan edilmәsinә baxmayaraq, 1898 il dekabrın 10-da ABŞ-ın İspaniya ilә 20 mln. dollar qarşılığında Filippinin “satın alınmasına” dair imzaladığı sülh müqavilәsi Amerika-Filippin müharibәsinә (1899– 1901) gәtirib çıxardı.

    Milli azadlıq inqilabının qızğın çağında F.-i zәbt edәn ABŞ müstәmlәkәçilәri torpaq sahiblәrinә xeyli güzәştә getdilәr: torpaq üzәrindә xüsusi mülkiyyәt hüquqi cәhәtdәn tәsbit edildi, Vatikanla razılaşma әsasında satın alınan orden torpaqlarının çox hissәsi әhalinin varlı tәbәqәlәrinә satıldı. F. ilә ABŞ arasında rüsumsuz ticarәt rejimi yaradıldı. 1901 ildәn mәktәblәrdә tәhsil pulsuz oldu. Amerika administrasiyası filippinlilәri mülki xidmәtә (1904 ildәn sayca üstünlük tәşkil edirdilәr) cәlb etdi. 1902 ildә F.-dә yüksәk әmlak senzi әsasında mәhdud hüquqlu Qanunverici mәclisin tәşkil olunacağı elan edildi. 1907 ildә azadlıq müharibәsi (1896–1901) iştirakçılarının başçılığı ilә Millәtçilәr Partiyası yaradıldı. Partiya F.-in istiqlaliyyәti uğrunda mübarizә aparsa da, inqilabi yolu rәdd edirdi. 1907 ildә Mәclisә keçirilәn ilk seçkilәrdә yerlәrin çoxunu millәtçilәr qazandılar. 1913 ildә Millәtçilәr partiyasının nümayәndәlәri ilk ümummilli hәmkarlar mәrkәzinә – Fәhlә konqresinә başçılıq edirdilәr. 1916 ildә ABŞ konqresi F.-dә ikipalatalı Qanunverici mәclisin yaradılmasına dair Cons qanununu (daxili idarәetmәdә geniş muxtariyyәt
    verilmәsini nәzәrdә tutan) qәbul etdi.

    Birinci dünya müharibәsindәn sonra F.-dә xeyli sayda şәkәr vә yağ z-dları, tütün f-klәri tikildi. Yerli iri burjuaziyanın formalaşması başladı, fәhlә sinfinin sayı artdı. Fәhlә konqresinin daxilindә K. Evanxelista vә A.Oranın başçılığı ilә meydana gәlәn ilk marksist qrup 1924 ildә Fәhlә patiyasına çevrildi. 1922 ildә Lusonda yaradılmış Milli Kәndli Konfederasiyası da onunla birlәşdi. 1929–33 illәrdәki iqtisadi böhran F.-dә işsizliyә vә kәndlilәrin müflislәşmәsinә gәtirib çıxardı. İstiqlaliyyәt uğrunda hәrәkat yenidәn canlandı. 1930 ildә Filippin Kommunist partiyası yaradıldı (1932 ildә qadağan olundu; 1937 ildә leqallaşdırıldı). 1934 ildә Taydinqs-Makdaffi qanununa görә, ABŞ 10 illik “keçid dövrü” (bu müddәtdә F.-ә muxtariyyәt verilirdi) başa çatdıqdan sonra F.-ә müstәqillik verәcәyini vәd etdi. 1935 ildә F.D.Ruzvelt tәrәfindәn tәsdiqlәnmiş yeni konstitusiya layihәsinә görә, F.-dә ikipalatalı (Senat vә Nümayәndәlәr palatası) konqres tәsis edildi. F.-in muxtar hökumәtinә 1935 ildә başçılıq edәn Millәtçilәr partiyasının lideri M.L.Keson F. tarixindә ilk dәfә keçirilәn prezident seçkilәrindә qalib gәlәrәk sonra prezident elan olundu.

     San Pedro fortu. 1565. Sebu şәhәri (Sebu әyalәti).

    1941 ilin dekabrında Yaponiya F.-ә soxuldu. Yapon qoşunlarına vә kollaborasionistlәrә qarşı 1942 ilin martında F. kommunistlәri tәrәfindәn yaradılmış Hukbalahap ordusu mübarizә aparırdı. İkinci dünya müharibәsindәn sonra milli azadlıq hәrәkatında yüksәliş başladı. 1945 ildә F.-dә Demokratik alyans yaradıldı. S.Osmenya başda olmaqla Millәtçilәr Partiyasının bir hissәsi alyansa qoşuldu. M.Roxasın başçılıq etdiyi digәr hissә isә 1946 ilin yanvarında Liberal partiyasını yaratdı. 1946 ilin aprelindә keçirilәn prezident seçkilәrindә Roxas qalib gәldi.

    Müstәqillik dövrü. 1946 il iyulun 4-dә F.-in müstәqilliyi elan olundu. 1946–47 illәrdә imzalanmış müqavilәlәrә görә, F.-in valyuta vә gömrük siyasәtindә müstәqilliyi mәhdudlaşdırıldı, şәxsi heyәti F. yurisdiksiyasına tabe olmayan hәrbi bazalar üçün әrazilәr ABŞ-a icarәyә verildi. Prezident E.Kirinonun (1948–53) hakimiyyәti dövründә Mәrkәzi Lusondakı vәtәndaş müharibәsi gedişindә hökumәt kommunistpәrәst Hukbalahap üzәrindә qәlәbә qazandı. F. xarici siyasәtdә ABŞ-ın kursuna riayәt edirdi: F. ordusu Koreya müharibәsindә (1950–53) iştirak etdi, 1954 ildә F. SEATO hәrbi blokuna daxil oldu. 1954–55 illәrdә prezident R.Maqsaysay aqrar islahat keçirәrәk Lusondakı torpaqsız xristian kәndlilәrinin bir hissәsini müsәlman әhalinin yaşadığı c. adalarına köçürdü. 1954–55 il- lәrdә “Öncә filippinlilәr” şüarı altında ölkәnin ABŞ-ın iqtisadi vә siyasi asılılığından qurtulmasını tәbliğ edәn hәrәkat meydana gәldi. Prezident K.Qarsiyanın (1957–61) dövründә bu şüar dövlәt siyasәtinә çevrildi. ABŞ-ın tәsirindәn azad olmaq mәqsәdilә prezident D.Makapaqal (1961–65) F.-in Müstәqillik gününü iyunun 4-dәn iyunun 12-ә (1898 ildә E.Aginaldonun F.-in istiqlaliyyәtini elan etdiyi gün) keçirdi. 1962 ildә Makapaqalın valyuta-idxalı nәzarәtini lәğv edәrәk, pesonun üzәn mәzәnnә kursunu tәtbiq etmәsi ölkәdә inflyasiyaya gәtirib çıxardı.

     Xose Risalın abidәsi. Manila.

    1966–69 illәrdә F.-in mühәndis batalyonu ABŞ-ın tәrәfindә “Vyetnam müharibәsi”ndә iştirak etdi. 1967 ildә F. ASEAN-ın tәsisçi dövlәtlәrindәn biri oldu. 1960-cı illәrin sonlarında Mindanao, Sulu vә digәr c. adalarında müsәlmanlar etiraz aksiyalarına başladılar. 1969 ildә yaradılmış “Yeni xalq ordusu” (F.-in maoçu Kommunist partiyasının silahlı qanadı) 1972 ildә Manilada bir sıra tәxribat vә terror aktları törәtdi. 1972 il sentyabrın 21-dә prezident F. Markos (1965–86) ölkәdә hәrbi vәziyyәt elan etdi. Siyasi partiyaların fәaliyyәti qadağan olundu. Bütün hakimiyyәt, eyni zamanda, baş nazir vәzifәsini üzәrinә götürәn prezidentin әlindә cәmlәşdi. 1973, 1975 vә 1976 illәrdә fövqәladә vәziyyәt şәraitindә Markosun idarәetmә sәlahiyyәtlәrini tәsdiq edәn referendumlar keçirildi. 1974 ildә ABŞ-la bağlanmış qeyri-bәrabәr müqavilәlәr qәti olaraq lәğv edildi, F. mallarının Amerikaya ixracına qoyulan mәhdudiyyәtlәr aradan qaldırıldı vә Amerika idxalına güzәştsiz vergi tәtbiq olundu. 1974 ildә Kommunist partiyası leqallaşdırıldı. 1977 ildә Mindanaoda vә Suluda müsәlmanların etirazlarının qarşısı qismәn alındı. 1981 ildә hәrbi vәziyyәt lәğv edildi. Lakin Markosun siyasi qәtllәrlә (o cümlәdәn 1983 ildә müxalifәtin lideri B.Akinonun qәtli) müşayiәt olunan avtoritar rejimi, xristianlarla müsәlmanlar arasında toqquşmaların davam etmәsi, Markosun ailәsindә vә hökumәtdә baş alan korrupsiya halları, 1986 il fevralın 7-dә keçirilәn prezident seçkilәrinin nәticәlәrinә dair mübahisәlәr Fevral inqilabına gәtirib çıxardı. İnqilab nәticәsindә (ordunun bir hissәsinin, katolik kilsәsinin vә ABŞ-ın dәstәyi sayәsindә) B.Akinonun arvadı K.Akino prezident oldu. Onun hakimiyyәti dövründә 6 dәfә dövlәt çevrilişinә cәhd göstәrildi. 1987 ildә qәbul edilmiş yeni konstitusiyaya müvafiq olaraq müsәlmanların Mindanao muxtar rayonu vә Kordilyer inzibati rayonu yaradıldı, prezident respublikası vә ikipalatalı Konqres bәrpa olundu. F.-in dövlәt dili pilipino elan edildi, ingilis dili rәsmi statusunu saxlasa da, ispan dili bu statusu itirdi. 1991 il iyunun 15-dә Sambales, Bataan vә Pampanqa әyalәtlәrinin sәrhәdindә yerli infrastrukturu mәhv edәn Pinatubo vulkanı püskürdü. Bu hadisә 1991 ilin noyabrında ABŞ-ın Pampanqa әyalәtindәki Klark hәrbi aviabazasının, 1992 ilin dekabrında isә Sambales әyalәtindәki Subik-Bey hәrbi-dәniz bazasının F. hökumәtinә verilmәsinә sәbәb oldu.

     Manila şәhәrindәn görünüş.

    Prezident F.Ramosun (1992–98) dövründә milli barışıq siyasәti hәyata keçirildi: 1996 ildә müsәlmanların 1972 ildәn hökumәtә qarşı silahlı mübarizә aparan Moro Milli Azadlıq Cәbhәsi ilә sülh haqqında saziş imzalandı. Lakin ondan ayrılan Moro İslam Azadlıq Cәbhәsi (MİAC) mübarizәni davam etdirdi. 1988 ildә, Asiya maliyyә böhranının qızğın çağında prezident seçilәn C.Estrada artıq 1999 ildә onu aradan qaldırmağa müvәffәq oldu. 2000 ildә o, MİAC-a qarşı “total müharibә” elan etdi. Hökumәt qoşunları MİAC-ın 46 düşәrgәsini әlә keçirdi. 2001 ildә Estrada rüşvәtxorluqda ittiham olundu. Nümayәndәlәr palatası ona qarşı impiçment proseduruna başladı, lakin Senatın tәhqiqatın davamını rәdd etmәsi Estradanın devrilmәsi ilә nәticәlәnmiş ikinci xalq inqilabına gәtirib çıxardı. Hakimiyyәtә keçmiş prezident D.Makapaqalın qızı Q.Makapaqal-Arroyo gәldi. Onun hakimiyyәti, әsasәn, Manilada vә müsәlmanlar yaşayan c. әrazilәrindә siyasi qeyri-sabitliklә sәciyyәlәnirdi. 2009 ildә Magindanaoda kütlәvi siyasi qәtllәrlә әlaqәdar 9 gün hәrbi vәziyyәt tәtbiq edildi. 2010 ildә K.Akinonun oğlu B. III Akino prezident seçildi. 2012 ildә F. hökumәti ilә MİAC arasında Mindanaoda müsәlmanların Banqsamoro muxtar rayonunun yaradılması haqqında saziş imzalandı. Buna cavab olaraq, F.-in tәrkibindәn çıxmağı qarşısına mәqsәd qoyan “İslam azadlığı uğrunda Banqsamoro döyüşçülәri” tәşkilatı (2010 ildә yaradılmışdır) 2013 ildә Banqsamoronun müstәqilliyini elan etdi. 2016 il mayın 9-da F.-dә keçirilәn ümumi seçkilәrdә R.Duterte ölkә prezidenti seçildi. O, narkoticarәtә qarşı fәal mübarizәnin tәşәbbüskarı oldu, bununla әlaqәdar ölkәdә narkodilerlәrin kütlәvi qәtllәri başladı (2016 ilin sentyabrında tәqr. 2400 nәfәr öldürülmüşdür). Duterte suveren dövlәtlәrin işlәrinә qarışmamaq prinsipini müdafiә edәrәk, ABŞ-ın vә BMT-nin F.-in daxili işlәrinә qarışmaq hüququnu rәdd edir, F.-in federallaşması tәklifini irәli sürür.

     Makiling-Banahau Geotermal ES. Laguna әyalәti (Luson adası).

    F. ilә Azәrb. Resp. arasında diplomatik münasibәtlәr 1992 il martın 27-dә yaradılmışdır.

                                                                             Tәsәrrüfat
    F. “dördüncü dalğa” yeni sәnaye ölkәsi, Cәnub-Şәrqi Asiyanın әn çox inkişaf edәn ölkәlәrindәn biridir. ÜDM-in hәcmi (alıcılıq qabiliyyәti pariteti üzrә, 2017) 877,2 mlrd. dollar, adambaşına tәqr. 8,4 min dollar tәşkil edir. İnsan inkişafı indeksi 0,699 (2017; dünyanın 188 ölkәsi arasında 113-cü yer). İqtisadi cәhәtdәn fәal әhali tәqr. 42,8 mln. nәfәrdir (2017); mәşğulluq strukturu (%, 2017): xidmәt sferası – 56,3, k.t. – 25,4, sәnaye – 18,3. İşsizlik sәviyyәsi 5,7%-dir (2017). Əhalinin tәqr. 21,6%-i yoxsulluq hәddindә yaşayır.

    F. iqtisadiyyatının artım tempi dayanıqlıdır: ildә tәqr. 6,5% (2011 – 17; tәqr. 4,5%, 2001 – 10). Dövlәt struktur islahatlar (inzibati, vergi vә digәr) vә insan kapitalına investisiya qoyuluşu vasitәsilә iqtisadi artımı tәmin edir. Əsas makroiqtisadi göstәricilәr (2017): birbaşa xarici investisiyaların mәcmu hәcmi 47,9 mlrd. dollar, dövlәt büdcәsi kәsiri ÜDM-in 2,%-i, ödәniş balansının cari әmәliyyatlar hesabının müsbәt saldosu (2003 ildәn) ÜDM-in 2%-i, valyuta-qızıl ehtiyatları 81,57 mlrd. dollar, xarici borc 76,2 mlrd. dollar, inflyasiya 2,9% (1,3% 2016 ildә). Valyuta daxilolmalarının (ÜDM-in 10-15%-i) başlıca mәnbәlәrindәn biri F. diasporunun xaricdәn pul köçürmәlәridir. ÜDM-in strukturu (%, 2017): xidmәt sferası – 59,8, sәnaye – 30,6, meşә vә k.t., hәmçinin balıqçılıq – 9,6. 

    Sәnaye. Sәnayenin artım tempi (7,2%, 2017) әnәnәvi olaraq ÜDM-in artım tempini üstәlәyir. Maşınqayırma, kimya, meşә vә yüngül sәnaye mühüm yer tutur.

    Y a n a c a q   s ә n a y e s i. İlkin enerji daşıyıcılarının istehlakı tәqr. 48,65 mln. t (40%-i idxal olunur, 2013) tәşkil edir. Enerji sәrfi strukturu (%, 2013): neft vә neft mәhsulları – 36,6, geotermal enerji – 20,6, kömür – 16,1, biokütlә – 14,4, tәbii qaz – 6,7, hidroenerji – 4,5, digәr mәnbәlәr – 1,1.

     Neft hasilatı – 1,05 mln. t (2014); ixracatı – 0,7 mln. t (2012); idxalatı – 2,81 mln. t (2013; Sәudiyyә Ərәbistanından – 41,8%, BƏƏ-dәn – 19,0%, Rusiyadan – 18,3%). Neft mәhsullarının idxalatı 3,1 mln. t (2013), o cümlәdәn dizel yanacağı 1,3 mln. t-dan çox. Neft mәhsullarının istehsalı 4,68 mln. t (2013), o cümlәdәn aviasiya kerosini 2,3 mln. t tәşkil edir. İki neft emalı z-du fәaliyyәt göstәrir – Limay (Bataan әyalәti; “Petron Corporation” şirkәtinin nәzarәti altında, müәyyәn olunmuş gücü ildә 9,0 mln. t xam neft) vә Tabanqao (Batangas әyalәti; “Royal Dutch Shell” Niderland-Britaniya şirkәti; 5,5 mln. t). Tәbii qaz hasilatı 3,7 mlrd. m3-dir (2014) vә daxili tәlәbatı tam tәmin edir. Kömür istehlakı 19,0 mln. t-dur (2013) vә onun tәqr. 78%- i elektrik enerjisi istehsalına sәrf olunur. Hәr növ kömür hasilatı 4,3–5,0 mln. t (2009–13), idxalı – 14,4 mln. t (2013; 97%-dәn çoxu İndoneziyadan) tәşkil edir.

     Banauedә çәltik terrasları. İfuago әyalәti (Luson adası).

    E l e k t r o e n er g e t i k a. Elektrik enerjisi istehsalı 86,59 mlrd. kVt.saatdır (2016). Elektrik stansiyalarının müәyyәn olunmuş gücü tәqr. 19,5 min MVt (2015); onların 59,5%-i İES-lәrin (kömürlә işlәyәn – 34,8%, qazla işlәyәn – 16,0%, mazut vә dizel yanacağı ilә – 8,7%); 37,3%-i bәrpa olunan enerji mәnbәlәri qurğularının payına düşür, o cümlәdәn SES vә hidroakkumulyasiya edәn elektrik stansiyaları – 15,4%, geotermal – 14,1%, günәş – 4,0%, külәk – 2,6%, biokütlә ilә işlәyәn stansiyalar – 1,2%; AES-lәr – 3,2% tәşkil edir. Ən iri elektrik staniyaları: “İlijan” (gücü 1500 MVtvә “Santa Rita” (1000 MVt; hәr ikisi Batangas әyalәtindә) qaz-mazut İES-i, “Sual” kömür İES-i (1294 MVt; Pangasinan әyalәti). Elektrik enerjisi istehsalı Enerjinin Tәnzimlәnmәsi üzrә Komissiyanın vә “National Power Corporation” (NPC) şirkәtinin, ötürülmәsi isә “National Grid Corporation of the Philippines” (NGCP) vә “National Transmission Corporation” (“TransCo.”) şirkәtlәrinin nәzarәtindәdir.

    Q a r a   m e t a l l u r g i y a. Dәmir filizi hasilatı 1,3 mln. t-dur (2013; 793,1 min t metal hesabı ilә), polad әridilmәsi 1308 min t (2013) tәşkil edir. İstehsal daxili tәlәbatı tәmin etmir, tәqr. 60% hazır mәmulatlar (Çin, Rusiya vә Yaponiyadan) vә 80% polad pәstah idxal olunur. “Steel Asia Manufacturing Corporation” vә “İligan İntegrated Steel Mills” şirkәtlәri sahәnin inkişafında aparıcı mövqe tutur.

    Ə l v a n   m e t a l l u r g i y a. Hasil olunan filizin әsas hissәsi emal edilmәdәn ixrac olunur. Avstraliyanın “CGA Minig” (qızıl vә gümüş istehsalı) vә “Lafayette Mining”, yerli – “Lepanto Consolidated Mining Co.” (hәr ikisi mis, qızıl vә gümüş) vә “Nickel Asia Corp.” (nikel), Kanadanın “Philex Mining Corp.” (mis, qızıl vә gümüş) vә “TVI Pacific” (qızıl vә gümüş) şirkәtlәri aparıcı mövqe tutur. Filiz hasilatı (min t, 2013; metal hesabı ilә): nikel – 446 (dünya üzrә hasilatın 17%-i), kobalt – 3,0 (3%); mis – 90,9, qurğuşun – 32,0, sink – 16,7; xromitlәr – 26,2. Nikel filizlәri Hinatuan (Şimali Suriqao әyalәti) vә Palavan (Palavan әyalәti) adalarında, hәmçinin Tubay (Şimali Agusan әyalәti) vә Klaver (Şimali Suriqao әyalәti) şәhәrlәri yaxınlığında, kobalt filizlәri Palavan a.-nda, mis – Toledo (Sebu әyalәti), Didipio (Nueva-Viskaya әyalәti), Padkal (Benget әyalәti), Rapu-Rapu (Albay әyalәti) vә Kanatuan (Şimali Zamboanga) mәdәnlәrindә, qurğuşun-sink filizlәri Rapu-Rapu mәdәnindә, xromitlәr Redondo (Dinaqat A.-lar әyalәtindә), Masinlok (Sambales әyalәti) mәdәnlәrindә vә Homonhon a.-nda (Şәrqi Samar әyalәti) çıxarılır. Ölkәnin yeganә mis filizlәrinin zәnginlәşdirilmәsi f-ki vә “Philippine Associated Smelting and Refining Corp.” (PASAR) şirkәtinә mәxsus misәritmә z-du (ildә tәqr. 720 min t idxal konsentratı istifadә edir) İsabel ş.-ndә (Leyte әyalәti) fәaliyyәt göstәrir; istehsal olunan mis katodlar ixrac olunur. Gümüş hasilatı 40,0 t (2013; Rapu-Rapu vә Kanatuan mәdәnlәri), qızıl – 17,2 t (Masbate a.-nda – Padkal, Didipio, Rapu-Rapu; Benget әyalәtindә Viktoriya vә Teresa mәdәnlәri) tәşkil edir. Keson-Siti ş.-ndә (Manila aqlomerasiyası) affinaj z-du (F.-in Mәrkәzi bankının nәzarәti altında) fәaliyyәt göstәrir.

     Ninoy Akino ad. Manila beynәlxaq aeroportu. Mәrkәzi terminal.

    M a ş ı n q a y ı r m a   v ә   m e t a l   e m a l ı. Aparıcı sahә elektron sәnayesidir (1970-ci illәrin ortalarından inkişaf etmәyә başlamışdır, 1996 ildә ixrac mәdaxilinә görә k.t.-nı ötmüş, 2010-cu illәrin әvvәllәrindәn ixrac dәyәrinin 40%-ini tәmin edir; ixrac mәhsulunun 77%-i yarımkeçirici elementlәrdir). “İntegrated Micro-Electronics” (IMI) aparıcı şirkәtdir. Əsas istehsal mәrkәzlәri Binyan (Laguna әyalәti; IMI şirkәtinin mәnzilәrargahı burada yerlәşir), Kalamba (Laguna әyalәti), Taqiq (Manila aqlomerasiyası) vә Rosario (Kavite әyalәti) şәhәrlәrindәki texnoparklar vә ixrac üçün xüsusi emal zonalarıdır.

    Minik avtomobillәri Santa-Rosa ş.-ndә (Laguna әyalәti) Yaponiyanın “Toyota Motor Corporation”, “Mitsubishi Motors Corporation”, “Honda Motor Co.” vә “Nissan Motor Co.” şirkәtlәrinin z-dlarında (mәcmu istehsal 200 min әdәd, 2013), yük avtomobillәri vә avtobuslar Almaniyanın “MAN” (Keson-Siti ş.-ndә) vә Yaponiyanın “Hino Motors” (Kalamba ş.-ndә) şirkәtlәri tәrәfindәn istehsal olunur; bir sıra şirkәtlәr yüngül yük avtomobillәri istehsal edir. Tәqr. 250 müәssisә müәyyәn hissәsi (transmissiya, elektrikötürmә naqillәri) ixrac olunan avtomobil komplektlәşdiricilәri istehsal edir. F. motosiklet istehsalı (1046 min әdәd 2012 ildә; tәqr. 8 min işçi qüvvәsi ilә) üzrә dünyada 8-ci, ACEAH ölkәlәri arasında 4-cü yeri tutur.

    F. istehsal olunan dәniz gәmilәrinin ümumi tonnajı üzrә dünyada 4-cü yeri tutur (2013). Əsasәn, böyüktonnajlı gәmilәr – balkerlәr, konteynerdaşıyan vә sәrnişin bәrәlәri inşa edilir. Ən iri müәssisә Subik buxtasındakı (Sambales әyalәti) “Hanjin Heavy İndustries & Construction Co.” Koreya gәmiqayırma şirkәtinә mәxsus zavoddur. Gәmi istehsalında istifadә olunan bütün materiallar vә komplektlәşdiricilәr, demәk olar ki, idxal edilir, hazır gәmilәr isә, әsasәn, xarici bazarlarda satılır.

    Aviaraket-kosmik sәnayesi üçün komplektlәşdiricilәr idxal edilәn (әsasәn, ABŞ, Kanada, B.Britaniya, Sinqapur vә bir sıra Avropa ölkәsindәn) detal vә hissәlәrdәn hazırlanır. Amerikanın “Moog” (Benget әyalәtinin Bagio ş.-ndә z-d) vә “B/E Aerospace” (Batangas әyalәtinin Tanauan ş.), Yaponiyanın “JAMCO Corporation” (Pampanga әyalәtinin Anxeles ş.) şirkәtlәri aparıcı mövqe tutur.

    K i m y a   s ә n a y e s i. Dәniz duzu hasilatı 992,6 min t (2013) tәşkil edir. İliqan ş.-ndә (Şimali Lanao әyalәti) “Mabuhay Vinyl Corporation” şirkәtinә mәxsus z-d (xlorid turşusu, xlor, kaustik soda vә s.), Batangas ş.-ndә (Batangas әyalәti) – “JG Summit Petrochemical Corporation” şirkәtinә mәxsus z-d (ildә 320 min t etilen vә propilen) fәaliyyәt göstәrir. Mineral gübrә istehsalı tәqr. 300 min t (2012; qida maddәsi hesabı ilә), idxalı – tәqr. 1,4 mln. t (Sәudiyyә Ərәbistanı, Yaponiya, Çin, İndoneziyadan vә s. ölkәlәrdәn) tәşkil edir; iki z-d Luson a.-nda, ikisi – Visayya adalarında var. Tәbii kauçukdan rezin-texniki mәmulatlarının hazırlanması әnәnәvi olaraq mühüm rol oynayır; müәssisәlәrin çoxu (әsasәn, idxal xammalı әsasında) Luson a.-nda yerlәşir. Palma vә kokos yağlarından kimyәvi mәhsulların istehsalı sürәtlә inkişaf edir.

    M e ş ә   t ә s ә r r ü f a t ı. Oduncaq tәdarükü tәqr. 1,17 mln. m3 (2013) tәşkil edir. 22 taxta-şalban z-du (9-u Mindanao a.-nın şm. hissәsindә yerlәşir) istismar olunur. Mişar materialları istehsalı (min m3, 2013) – 449,9 (53,2%-i ixrac olunur), faner – 199,4 (1,9%), şpon – 59,5 (4,7%), xarratlıq tavaları – 58, ağac-lifli tavalar – 13 tәşkil edir. Ümumi istehsal gücü 1,2 mln. t olmaqla 24 kağız vә karton f-ki (2012; 10-u Manila aqlomerasiyasında yerlәşir) fәaliyyәt göstәrir; әsasәn, İndoneziya, Yeni Ze landiya, Avropa ölkәlәri, Şimali vә Latın Amerikası ölkәlәrindәn hәr il tәqr. 80 min t sellüloz gәtirilir, bir çox f-k makulatura (25%-i idxalın payına düşür) emal edir (1,2 mln. t, 2011). Kağız vә karton istehsalı 825 min t (2012), ixracı – 165 min t (2010; әsasәn, Sinqapur, Syanqan, Koreya Resp., Tayvan, Hindistan vә Taylanda), o cümlәdәn qәzet kağızı istehsalı 140 min t tәşkil edir. Mebel sәnayesi kiçik vә orta müәssisәlәrlә tәmsil olunur; әsasәn, üç regionda cәmlәşmişdir: Manila aqlomerasiyası (oduncaq vә qarışıq materiallardan istehsal olunan mebel), Pampanga әyalәti (әl ilә oymalı vә hörmә mebellәr) vә Sebu әyalәti (oduncaqdan istehsal olunan nәfis mebel). Mebel istehsalı üçün oduncağın çox hissәsi İndoneziya vә Malayziyadan gәtirilir. Mebel ixracı 177 mln. dollar (2013; әsasәn, ABŞ vә Avropaya) tәşkil edir.

    T i k i n t i   m a t e r i a l l a r ı   s ә n a y e s i. Sement istehsalı (20,2 mln. t, 2013) inkişaf etmişdir; istehsalın әsas hissәsinә “Holcim Philippines” (“Holcim” İsveçrә şirkәtinin bölmәsi) nәzarәt edir; başlıca mәrkәzlәri: Norsagaray (Bulakan әyalәti), Barrio-İlang (Davao ş.), Baknotan (La-Union әyalәti) vә Lugait (Şәrqi Misamis әyalәti). Keramik plitәlәr (ildә tәqr. 30 mln. m2) Santo-Tomas (Batangas әyalәti), Kalamba (Laguna әyalәti), San-Simon (Pampanga әyalәti) vә Silanq (Kavite әyalәti) şәhәrlәrindәki z-dlarda istehsal olunur.

    Y ü n g ü l   s ә n a y e. 1960–70-ci illәrdә sürәtlә inkişaf etmişdir, hazırda texnoloji gerilik vә xarici rәqabәtin kәskinlәşmәsi nәticәsindә böhran yaşayır. Beynәlxalq ixtisaslaşmanın mühüm sahәlәrindәn biri Manila kәndirinin emalıdır; ildә 41,6 min t ümumi istehsal gücünә malik (2012) 5 f-k fәaliyyәt göstәrir. Kәndir lifi Yaponiya, Niderland, B.Britaniya, ABŞ vә Fransaya ixrac (hәr il tәqr. 12 min t) olunur. 

    T a m l ı   m ә h s u l l a r   s ә n a y e s i ümumilikdә stabil inkişaf edir. F. konservlәşdirilmiş ananas (295,4 min t, 2013; Tayland vә İndoneziyadan sonra) vә meyvә şirәlәri (148,5 min t; Tayland vә İspaniyadan sonra; 99,5%-i ananas şirәsi) istehsalı üzrә dünyada üçüncü yeri tutur. Xam şәkәr qamışı istehsalı 2,4 mln. t (2013), kokos yağı – 1,2 mln.t, pivә – 1,0 mln. t, melassa (çuğundur şәkәri istehsalı tullantısı) – 985 min t, tropik quru meyvәlәr – 33 min(Taylanddan sonra dünyada ikinci yeri tutur) tәşkil edir. “San Miguel Corporation” şirkәti qida mәhsullarının, içkilәrin vә onlar üçün qablaşdırma materiallarının istehsalı sahәsindә aparıcı mövqe tutur.

    Kәnd tәsәrrüfatı vә balıqçılıq. F. iqtisadiyyatının әn mühüm sahәlәrindәn biridir; çalışanların sayı 11,2 mln.-dur (insan, işçi, 2014). 2000-ci illәrdәn dәrman otlarının vә tәbii mәhsulların ixracı xeyli artmışdır. K.t. üçün yararlı sahәlәr (mln. ha, 2013): – 13,3, o cümlәdәn çәltik әkini – 4,7, digәr dәnli bitkilәr – 2,6, kokos-palması plantasiyaları – 3,6. Dәnli bitkilәr istehsalı (mln.t, 2013) – 25,8, o cümlәdәn çәltik – 18,4 (dünya üzrә 8-ci yeri tutur), qarğıdalı 7,4. Çәltik becәrilәn әsas rayonlar – Luson a.-nın mәrkәzi vә şm. hissәsi, Panay a. vә Negros a.-nın şm.-q. hissәsi, qarğıdalı Luson a.-nın şm.-ş. hissәsi, Mindanao a.-nın şm. vә c.-q. hissәsindә becәrilir. Şәkәr qamışının ümumi yığımı 31,9 mln. t (2013; Panay a. vә Negros a.-nın şm.-q. hissәsi), hindqozunun – 15,3 mln. t (İndoneziyadan sonra dünyada 2-ci yer; Mindanao a.-nın, şm., ş. vә c. hissәlәri, Samar vә Leyte adaları), bananın – 8,6 mln. t (Hindistan vә Çindәn sonra dünyada 3-cü yer; Mindanao a.-nın ş. vә c. rayonları), ananasın – 2,5 mln. (Kosta-Rika vә Braziliyadan sonra dünyada üçüncü yer), digәr tropik meyvәlәrin – 3,3 mln. (Hindistan vә Çindәn sonra dünyada üçüncü yer), tәrәvәzin – 6,4 mln. t , o cümlәdәn qurudulmuş tәrәvәzin – 80,0 min t (Çin vә Hindistandan sonra üçüncü yer), batatın – 528,2 min t, lateksin – 111,2 min t (әsasәn, Mindanao a.-nda; çox hissәsi, әsasәn, Çinә ixrac olunur), Manila kәndir lifi – 64,8 min t (dünya üzrә istehsalın 80%-i; 1980 ildә157,2 min t) tәşkil edir.

    Heyvandarlığın әnәnәvi sahәlәri donuzçuluq vә quşçuluqdur; әsasәn, Luson a.-nın mәrkәzi hissәsindә inkişaf etmişdir. Ümumi sayı (mln. baş, 2014): donuz – 11,8, keçi – 3,7, camış – 2,9, inәk – 2,5; toyuq – 167,7, ördәk – 9,9. Ət istehsalı 4,5 mln. t (2013; o cümlәdәn quş әti 2,1 mln. t); toyuq yumurtası – 8,9 mlrd. әdәd, digәr ev quşlarının yumurtası – 0,6 mlrd. әdәd tәşkil edir.

    Balıq ovu vә dәniz mәhsullarının hasilatı 4,7 mln. t (2013; 51%-i süni yetişdirilmә hesabına) tәşkil edir. Tunes, dәniz yosunları, karraginan, krevetler, yengәc vә sәkkizayaqlı ilbiz ixrac olunur (146,9 min t, 2013).

    Xidmәt sferası iqtisadiyyatın әn sürәtlә inkişaf edәn sahәsidir. Aparıcı pul-kredit müәssisәlәrinin baş ofislәri, әsasәn, Manila  aqlomerasiyasında, o cümlәdәn Makati vә Pasiq şәhәrlәrindә yerlәşir, Taqiq ş.-ndә “Bonifacio Global City” (BGC) yeni işgüzar mәrkәz yaradılmışdır. Makati ş.-ndә F. Fond birjasının [Philippine Stock Exchange, PSE; 1992 ildә Manila Fond birjası (1927) vә Makati Fond birjasının (1953) birlәşmәsi nәticәsindә yaranmışdır] mәnzil-qәrargahı vә ticarәt meydançalarından biri, Pasiq ş.-ndә – PSE-nin ikinci ticarәt meydançası (daha bir meydança BGC-dә yaradılır) yerlәşir. Pul-kredit sisteminin baş operatoru – Bangko Sentral ng Pilipinas bankıdır (BSP; F.-in Mәrkәzi bankı; baş ofisi Maniladadır; 1993; sәlәfi – Central Bank of the Philippines, 1949-93). Ümumilikdә 9,5 min müxtәlif tipli bank fәaliyyәt göstәrir (2013).

    Biznes proseslәrinin idarәolunması sferası (tәqr. 900 min insan çalışır, 2013, ixrac mәdaxili 15,5 mlrd. dollar) mühüm rol oynayır; әsas mәrkәzlәri Manila aqlomerasiyası vә Sebu ş.-dir.

    Nәqliyyat. Avtomobil yolları şәbәkәsinin uz. 216,4 min km (2014), o cümlәdәn bәrkörtüklü – 61,1 min km tәşkil edir. Əsas avtomagistral olan Panfilippin avtomobil yolu (Pan-Philippine Highway; qeyri rәsmi adı “Maharlika”) Luson, Samar, Leyte vә Mindanao adalarını birlәşdirir, ümumi uz. 3517 km-dir. Avtonәqliyyat vasitәlәri parkı 7,7 mln. әdәddәn (2013; o cümlәdәn 4,3 mln. әdәd motosiklet) ibarәtdir.

    D.y.-larının uz. 897 km (2014) tәşkil edir; 100 km-i Manila aqlomerasiyası vә onun әtrafında istifadә olunur, burada hәmçinin sürәtli şәhәr relsli nәql. sistemi fәaliyyәt göstәrir. D.y. nәql. vasitәsilә 20,0 mln. sәrnişin daşınır (2013).

    Dәniz donanmasında 446 (2010; onlardan 159-u xarici sahibkarların nәzarәtindәdir, 7-si digәr ölkәlәrin qeydiyyatındadır), dәniz kabotaj donanmasında – 19,0 min gәmi (2013; tam yükgötürmә qabiliyyәti 2,7 mln. t dedveyt), o cümlәdәn 9,4 min balıqçı gәmisi var. Dәniz portlarının ümumi yük dövriyyәsi 214,8 mln. t (2014), sәrnişin daşımaları – 56,0 mln., konteyner daşımaları – 5,5 mln. İFE konteyneri. Yük dövriyyәsi üzrә әn iri dәniz portları (mln. t, 2014): Manila 51,0, Suriqao 35,4 (Şimali Suriqao әyalәti), Batangas 24,9 vә Limay 17,9; sәrnişin daşıması üzrә (mln. sәrnişin): Batangas 7,4, Kalapan 5,8 (Şәrqi Mindoro әyalәti) vә Leqaspi 4,6 (Albay әyalәti); konteyner daşımaları üzrә (mln. İFE konteyner) – Manila beynәlxalq konteyner terminalı 1,9, Manila portunun şm. gәmi dayanacağı 1,0. Adalar arasında bәrә әlaqәsi olduqca әhәmiyyәtlidir; әn iri sәrnişin bәrә şirkәti “2GO Travel”dir.

    Gәmiçiliyә yararlı daxili su yollarının ümumi uz. tәqr. 3,2 min km (2014), neft vә neft mәhsulları kәmәrlәri 323 km (2013), qaz kәmәrlәri 567 km-dir.

    89-u bәrkörtüklü olmaqla cәmi 247 aeroport var (2017); әn mühümlәri Ninoy Akino ad. (Manila ş.; 33,9 mln. sәrnişin) vә Maktan-Sebudur (Sebu әyalәti; Lapu-Lapu ş.; 6,7 mln. sәrnişin) beynәlxalq aeroportlarıdır. “Philippine Airlines” (PAL) vә “Cebu Pacific Air” aviaşirkәtlәri sәrnişin daşımaları sferasında aparıcı mövqe tutur.

    Xarici ticarәt. Xarici ticarәt dövriyyәsinin hәcmi 137,59 mlrd. dollar, o cümlәdәn ixracatı – 48,2 mlrd. dollar, idxalatı – 89,39 mlrd. dollar tәşkil edir (2017). Əsas ixrac mәhsulları: yarımkeçirici elementlәr vә digәr elektron sәnayesi mәhsulları, nәql. vasitәlәri vә avadanlıqlar, geyim, әlvan metallar, neft mәhsulları, hindqozu yağı vә meyvәlәr. F. mәhsullarının әsas idxalçıları (% dәyәri ilә, 2017): Yaponiya 30,1, Çin 11 (o cümlәdәn Syangan 9,1), ABŞ 14,1, Sinqapur 6,1, Tayland 4,3, Almaniya 4,1, Koreya Resp. 4. Əsas idxal mәhsulları: elektron komponentlәr, mineral yanacaq, maşın vә avadanlıqlar, nәql. vasitәlәrinin istehsalı üçün komponentlәr, polad yayması vә pәstahlar, tekstil, taxıl vә kimyәvi mәhsullar. F.-in әsas әmtәә tәdarükçülәri (% dәyәri ilә, 2017): Çin 18,1, Yaponiya 11,4, Koreya Resp. 8,8, ABŞ 7,4, Tayland 7,1, İndoneziya 6,7, Sinqapur 5,9. Azәrb. ilә F. arasında iqtisadi әlaqәlәr inkişaf etmәkdәdir. Azәrb. Resp.-nın F. ilә ticarәt dövriyyәsinin hәcmi 2017 ildә 1993,9 min dollar, o cümlәdәn idxalın hәcmi 1990,9 min dollar, ixracın hәcmi 3,0 min dollar tәşkil etmişdir.

                                                         Silahlı qüvvәlәr
    Silahlı qüvvәlәr (SQ) 125 min nәfәrdir (2015); quru qoşunları (QQ), HHQ vә HDQ-dәn ibarәtdir. Hәrbilәşdirilmiş bölmәlәr (milli polis) 40,5 min nәfәr, sahil mühafizәsi 3,5 min nәfәrdir. Mütәşәkkil ehtiyat 131 min nәfәrdir. İllik hәrbi büdcә 2,7 mlrd. dollar (2015), bundan başqa, ABŞ-ın illik hәrbi yardımı tәqr. 45 mln. dollardır. SQ-nin ali baş komandanı olan prezident ümumi rәhbәrliyi Müdafiә Nazirliyi vasitәsilә hәyata keçirir. Bilavasitә rәhbәrlik SQ növlәrinin komandanlarına hәvalә olunmuşdur.

    QQ-nin (86 min nәfәr) tәrkibinә 5 birlәşmiş regional komandanlıq, paytaxt regionunun komandanlığı, diviziyalar (1 yüngül zirehli tank, 10 yüngül piyada diviziyaları), xüsusi әmәliyyatlar komandanlığı (reyncerlәr alayı, xüsusi tәyinatlı alay), artilleriya alayı, 5 mühәndis briqadası daxildir. QQ 7 yüngül tank, 36 piyada döyüş maşını, tәqr. 300 zirehli transportyor, 250-dәn çox 105 vә 155 mm çaplı sәhra artilleriya topu, 40-dan çox 81 vә 107 mm çaplı minaatan, 4 ordu aviasiyası tәyyarәsi, tank әleyhinә vә zenit vasitәlәri ilә silahlanmışdır.

    HHQ (15 min nәfәr) tәşkilati cәhәtdәn müxtәlif tәyinatlı eskadrilyalardan ibarәtdir. 22 döyüş, 10 kәşfiyyat, 9 nәqliyyat, 40 tәlim tәyyarәsi, 22 döyüş vә 44 nәqliyyat helikopteri ilә tәchiz edilmişdir.

    HDQ-nin (24 min nәfәr) tәrkibinә donanma, dәniz piyadası, donanma aviasiyası daxildir. 1 idarәolunan raketlә silahlanmış freqat, 13 korvet, 15 iri vә 34 kiçik gözәtçi kateri, 2 desant üçün qoşun nәqliyyatı, 5 tank desantı gәmisi, 26 desant kateri, 109 zirehli transportyor, 31 yedәyә alınan 105 mm çaplı qaubitsa, 6 tәyyarә, 4 helikopter daxildir.

    Sahil mühafizәsi tәşkilati cәhәtdәn 8 rayona bölünür. 5 gözәtçi gәmisi, 3 iri, 40 kiçik gözәtçi kateri vә s. ilә tәchiz olunmuşdur.

    Silahlar vә hәrbi texnika, әsasәn, ABŞ istehsalıdır. F. әrazisindә ABŞ-ın 320-dәn çox hәrbi qulluqçusu xidmәt edir, müntәzәm olaraq birgә hәrbi tәlim vә mәşq toplanışları keçirilir. SQ könüllülük әsasında komplektlәşdirilir. Zabit kadrları ölkәdә vә xaricdә, serjantlar isә ölkәnin tәdris mәrkәzlәrindә hazırlanır. Sәfәrbәrlik ehtiyatları 22,4 mln. nәfәr, o cümlәdәn hәrbi xidmәtә yararlı olanlar 15,8 mln. nәfәrdir.

                                                                             Sәhiyyә

    F.-dә әhalinin hәr 100 min nәfәrinә 3,3 hәkim, 5 orta tibb işçisi (2007), hәr 10 min nәfәrinә isә 10 xәstәxana çarpayısı (2011) düşür. Sәhiyyәyә qoyulan ümumi xәrc ÜDM-in 4,4%-ni tәşkil edir (2013); o cümlәdәn 33,6%-i büdcә maliyyәlәşdirilmәsi (2013), 66,4%-i xüsusi sektor hesabınadır. Sәhiyyә sisteminin hüquqi tәnzimlәnmәsi. Konstitusiya (1987) ilә; әczaçılıq haqqında (1969), İİV-infeksiyasının qarşısının alınması vә nәzarәti haqqında (1988), milli qan xidmәti haqqında (1994), tibbi sığorta haqqında (1995), әnәnәvi vә alternativ tәbabәt haqqında (1997) vә s. qanunlarla hәyata keçirilir. Sәhiyyә Nazirliyi sәhiyyәnin strateji inkişaf planını işlәyib hazırlayır, ixtisaslaşdırılmış vә regional xәstәxanaları vә tibb mәrkәzlәrini idarә edir. Yerlәrdә (әyalәtlәrdә, bәlәdiyyәlәrdә vә s.) әhalinin sağlamlığı üçün mәsuliyyәti yerli idarәçilik orqanları daşıyır. Əyalәtlәrdә tibbi yardım әyalәt vә rayon xәstәxanalarında, bәlәdiyyәlәrdә isә kәnd tibb mәntәqәlәrindә vә tibb postlarında göstәrilir. Özәl tibb müәssisәlәri şәhәrlәrdә cәmlәnmişdir. Xüsusi sektorda tibbi xidmәti tәbiblәr göstәrir. Əsas infeksiyalar: denqe qızdırması, dizenteriya, salmonellyoz, leptospiroz, qızılca (2015). Ölümün әsas sәbәblәri: ürәyin işemik xәstәliyi, insult, aşağı tәnәffüs yollarının xәstәliklәri, şәkәrli diabet, vәrәm, hipertoniya xәstәliyi. Kurortları: Bagio, Pansol, istirahәt vә dәniz çimәrliyi zonaları: Barakay, Bohol, Palavan, Panay, sebu adaları vә s. 

     Bagio şәhәrindәn görünüş.

                                                                                       İdman

    F. Milli Olimpiya Komitәsi 1911 ildә yaradılmış, 1929 ildә BOK tәrәfindәn tanınmışdır. 1924 ildәn F. idmançıları Olimpiya Oyunlarında iştirak edirlәr (1980 ildәn başqa); 1.1.2017 ilә kimi 3 gümüş (boksçular E.Vilyanueva – 1964, Tokio, 57 kq-dәk çәki dәrәcәsindә vә M.Velasko – 1996, Atlanta, 48 kq-dәk; ağır atlet qadın İ.Dias – 2016, Rio-de-Janeyro, 53 kq-dәk) vә 7 bürünc (2-si üzgüçülük vә 2-si yüngül atletikada, 3-ü boksda) medal qazanmışlar. F. idmanı tarixindә ilk Olimpiya medalını T.İldefonso (1928, Amsterdam, 200 m mәsafәyә brass üsulu ilә üzmәkdә) almışdır. F. idmançıları 4 Qış Olimpiya Oyunlarında (1972, 1988, 1992, 2014) çıxış etmişlәr. Basketbol üzrә kişilәrdәn ibarәt F. yığma komandası 7 Olimpiya Oyunlarının vә 5 dünya çempionatının iştirakçısı (1954 ildә bürünc medal qazanmışlar), 5 dәfә Asiya çempionudur (1960–1985); әn mәşhur basketbolçulardan biri mәrkәz oyunçusu K.Loysaqa (1930–2016) olmuşdur. Boksçu E.Pakyao (Menni lәqәbi ilә tanınmışdır) tarixdә ilk dәfә (1.1.2017 ilә kimi yeganә) peşәkar rinqdә 8 çәki dәrәcәsindә qәlәbә qazanmış (1998–2016); 2.5.2015 ildә ABŞ boksçusu F.Meyuezerlә döyüşdә (boks tarixindә әn yüksәködәnişli döyüş – 300 mln. dollar) Pakyao mәğlub hesab olunmuş vә 120 mln. dollar әldә etmişdir. Peşәkar boksun müxtәlif versiyaları üzrә dünya çempionları olmuş digәr mәşhur boksçular: R.Petalkorin, H.(C.) Penyalosa, D.Nyetes, C.Kasimero, N.Donayre, H.Qamboa, B.Vilyakampo. 1975 ildә Manilada şahmat üzrә R.Fişer vә A.E.Karpov arasında dünya birinciliyi uğrunda matç keçirilmәli idi, lakin ABŞ qrossmeysteri görüşdәn imtina etdiyi üçün matça ayrılmış mükafat fondu Mәhәmmәd Əli ilә C.Frezer arasında boks üzrә yarışa sәrf olunmuşdu. Matç Milli paytaxt dairәsindә (Metro-Manilada) baş tutmuşdu. 1982–95 illәrdә FIDE-yә rәhbәrlik etmiş F.Kampomanesin çoxillik sәmәrәli fәaliyyәti sayәsindә şahmat әn populyar idman növlәrindәn birinә çevrilmişdir. 1976 vә 1979 illәrdә Manilada iri beynәlxalq turnirlәr, 1978 ildә Bagioda Karpov ilә V.L.Korçnoy arasında dünya birinciliyi uğrunda matç, 1992 ildә Manilada növbәti Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. F.-in әn çox tanınmış beynәlxalq qrossmeysterlәri: E.Torre (d.1951) – iddiaçılar yarışının iştirakçısı (1983); U.So (d.1993) – Kazan Universiadasının qalibi (2013); 2014 ildә ABŞ vәtәndaşlığını qәbul etmişdir. Digәr populyar idman növlәri: badminton, bilyard, әlbәyaxa döyüş növlәri, triatlon, qolf, futbol, beysbol, hәndbol, reqbi, voleybol, velosiped, motosiklet vә su idmanı. 2016 ilin oktyabrında Metro-Manilanın “Moll of Eyşa Arena” stadionunda (2012; tәqr. 20 min yer) keçirilmiş qadınlar arasında voleybol üzrә klub komandalarının dünya çempionatında “FSL Manila” F.-in klubu da iştirak etmişdir. F. idmançıları Asiya Oyunlarında 63 qızıl, 112 gümüş, 215 bürünc mükafat qazanmışlar: 1954 ildә Oyunlar Manilada keçirilmişdir. F. idmançıları Yay Universiadalarında 1 qızıl, 2 gümüş vә 1 bürünc medal qazanmışlar. Gәnclәrin Olimpiya Oyunlarında (2010, 2014) iştirak etmiş F. idmançıları 1 qızıl medal qazanmışlar (2014) – kamandan oxatma yarışlarında L.Q.Moreno.

                                                                      Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri

    Tәhsil müәssisәlәri Tәhsil Nazirliyinin tabeliyindәdir. Tәhsil haqqında qanun 2001 ildә qәbul edilmişdir. Tәhsil sisteminә 2 illik mәktәbәqәdәr, 12 illik icbari, 6–7 illik ibtidai, 4 illik orta, 2 illik texniki-peşә vә 4–6 illik ali tәhsil daxildir (2011 ildәn). Uşaqların tәqr. 50%-i mәktәbәqәdәr, tәqr. 96%-i ibtidai, 67,44%-i orta tәhsillә әhatә olunmuşdur (2013, YUNESKO-nun Statistika in-tunun mәlumatlarına әsasәn). 15 yaşdan yuxarı әhalinin savadlılıq dәrәcәsi 96,29% tәşkil edir (2015). Əsas elmi müәssisәlәr, ali mәktәb, kitabxana vә muzeylәr Davao, Keson-Siti, Manila şәhәrlәrindә yerlәşir. Hәmçinin Mindanao Dövlәt Un-ti (1961, Maravi ş.), Aklana Dövlәt Un-ti (indiki statusu ilә 2001 ildәn, Banqa ş.) vә s. fәaliyyәt göstәrir.

     Milli Antropologiya Muzeyi. Manila.

                                                                    Kütlәvi informasiya vasitәlәri

    Gündәlik qәzetlәr nәşr olunur (hamısı Manila ş.-ndә): taqal dilindә “Balita” (“Xәbәrlәr”, 1972 ildәn; tirajı tәqr. 181 min nüsxә), ingilis dilindә “Manila Bulletin” (1900 ildәn, 1986 ildәn indiki adı; tәqr. 260 min nüsxә), “Manila Evening Post” (1975 ildәn; tәqr. 90 min nüsxә), “The Manila Times” (1898 ildәn, 1930–45 vә 1972–86 illәrdә fasilәlәrlә; tәqr. 200 min nüsxә), ingilis vә taqal dillәrindә “People’s Tonight” (1980 ildәn; tәqr. 500 min nüsxә), “People’s Journal” (1979 ildәn; tәqr. 380 min nüsxә), “Tempo” (1983 ildәn; tәqr. 250 min nüsxә). Radio 1924 ildәn, televiziya isә 1953 ildәn yayımlanır. Radio vә televiziya verilişlәrinin yayımı “National Telecommunications Commission” hökumәt xidmәti (Manila ş.) tәrәfindәn hәyata keçirilir. 1973 ildәn Manilada Filippin hökumәt xәbәr agentliyi fәaliyyәt göstәrir.

                                                                       Ədәbi̇yyat

    F. xalqının әdәbiyyatı taqal dilindә vә arxipelaqda yaşayan digәr xalqların (iloklarınbikolların, pampanqanların, hiliqayn- ların, sebuların) dillәrindә, hәmçinin ispan vә ingilis dillәrindә inkişaf edir. F. әdәbiyyatının әsasını Malayya-Polineziya mәdәni arealının folklor әnәnәlәri tәşkil edir; mәrasim nәğmәlәrinin silsilәviliyi müxtәlif xalqların çoxsaylı rәvayәtlәrindә tәqdim edilәn eposların mәnbәyi hesab olunur. 1-ci minilliyin sonlarından 15–16 әsrlәrәdәk Cәnubi-Hindistan mәnşәli heca yazısının bir neçә variantında mәtnlәr yaradılmışdır, lakin onların çoxu ispan işğalından sonra itmişdir. 17–19 әsrlәrdә F. Ədәbiyyatı dini xarakter daşımış vә ispan rahiblәrinin nәzarәti altında inkişaf etmişdir. 17–18 әsrlәrdә F.Baqonqbanta, P.Suares Osorio, P.Bukaneq (“ilokan әdәbiyyatının atası”) F.De Xesus vә b. dini şeirlәrlә çıxış edirdilәr. 18 әsrin sonlarından moro-moro (xalq teatrı janrı) vә ispan cәngavәrlik romanlarının tәsirilә bibliya, antik vә ya yeni Avropa süjetlәri әsasında taqal, sonralar isә digәr dillәrdә dünyәvi poema-ballada yarandı (X.De la Krusun “Bernardo del Karpionun әhvalatı” vә “Sixesmundo”, A.Sorilyanın “Xanım ines” vә s.). 19 әsr yeni F. әdәbiyyatının banisi taqal şairi vә dramaturqu F.Balaqtas (Baltasar) müstәmlәkә әleyinә yazdığı alleqorik “Florante vә Laura” (1838) әsәri ilә şöhrәt qazanmışdır.

     Santo-Tomas-de-Vilyanueva mәbәdi. Miaqao.

    Milli-azadlıq hәrәkatının yüksәlişi vә respublika elan olunması (1898) F.-nin ispandilli vә taqal әdәbiyyatlarında maarifçi- lik vә inqilabi ideyaların inkişafına sәbәb oldu: X.Palma-i-Velaskes, P.Poblete, X.Risal (“Mәnә toxunma”, 1887; “Flibustyerlәr”, 1891, romanları), M.de Kastro vә b.-nın yaradıcılıqları. Taqal dilindә, sonralar başqa dillәrdә sarsuela mәişәt musiqili komediyası yarandı, regional poeziya vә dram inkişaf etdi. Arxipelaqın Amerika tәrәfindәn işğalından sonra 1900–1940-cı illәrdә vәtәnpәrvәrlik ruhunda ispandilli әdәbiyyat çiçәklәnmә dövrünü yaşadı (S.Apostol, F.M.Gerrero, X.Balmori, M.Bernabe vә b.-nın yaradıcılığı). 20 әsrin 1-ci yarısı taqal әdәbiyyatında әnәnәvi poetikadan uzaqlaşma, mәzmun vә forma sәrbәstliyinә cәhd hiss olunur. Sentimental-didaktik (V.Ernandes Penya, İ.Reqalado), sosial-didaktik (Lope K.Santos, X.K.Balmaseda), realist (F.Agilar, L.Fransisko vә b.) romanlar inkişaf etmişdir. 20 әsrin 1-ci yarısı regional dillәr әdәbiyyatında sentimental-romantik, vәtәnpәrvәr, müstәmlәkә әleyhinә poeziya vә dram üstünlük tәşkil etmiş, 20 әsrin ortalarından isә roman vә hekayә inkişaf etmişdir: M.Krisoloqo, L.Piçay, Q.Reyes (ilak dilindә); X.K.Soto, A.Tolentino (pampanqan dilindә); E.Qumban, X.Laya, A.Maqahum, M.Halandoni, R.Musones, K.Horada (hiliqaynon dilindә); V.Sotto, M.Navarra, T.Ermosisima, V.Ranudo, V.Padriqa, F.Buyser (sebu dilindә). 20 әsrin ortalarından bikol dilindә müasir әdәbiyyat yaranmışdır (H.Huydanın sarsuelları, M.Qoyena del Pradonun poeziyası, S.Lorinonun nәsri). Tәhsildә (20 әsrin әvvәli) ingilis dilinin tәtbiqi ilә әlaqәdar ingilis dilindә, әdәbiyyat inkişaf etmәyә başlamışdır (A.Manalanq-Qloriya, L.Dato, R.Sulueta da Kosta vә b.) Yapon işğalı dövründә (1942–45) ispandilli әdәbiyyatın inkişafı dayandı, ingilisdilli әdәbiyyat yalnız xaricdә nәşr olunurdu.1950–80-ci illәrdә sosial-siyasi tematika ön plana keçmişdi [(L.Antonio, X.Lakaba, L.Bautista vә b. (taqal dilindә); L.Ti-Kasper, B.Santos, X.Dalisay vә b. (ingilis dilindә)]. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә ingilisdilli әdәbiyyat aparıcı rol oynamağa başladı; nәsrdә sosial mövzular üstünlük tәşkil edirdi. N.V.M.Qonsales (“Bambukla oynayan rәqqaslar” romanı, 1959) E.Tyempo, F. Sionil Xose, N.Xoakin vә b.-nın yaradıcılığı. R.Sikat, P.Dumol vә b.-nın dramaturgiyasına, O.Dimalanta, E.Maranan, R. de Unqriyanın poeziyasına modernist eksperimentlәr xasdır. 20 әsrin sonu – 21 әsrdә F.-in ingilisdilli әdәbiyyatına postmodernizmin tәsiri aydın hiss olunur (S.Bautista, E.Qamalinda, C. Hagedorn, A.Yuson). 20 әsrin sonu – 21 әsrdә regional dillәrdә әdәbiyyat taqal vә ingilisdilli әdәbiyyat әnәnәlәrinin tәsiri altında inkişaf etmişdir: K.Kasabar, X.Braqado vә R.Dukenin sosial mәzmunlu nәsr әsәrlәri, kiçik C.Aqpalo vә E.Bisker-Gerreronun hekayәlәri, kiçik E.Beltran vә E.Rakelin poeziyası (ilok dilindә); Q.Kihano, L.Espina vә Q.Çan Reyesin nәsr әsәrlәri, M.Evasko, X.Sabanpan-Yuy vә b.-nın poeziyası (sebu dilindә); Q.Sumkad vә E.Araqonun nәsr әsәrlәri, Tan Qonsalesin poeziyası, F.Tiponun pyeslәri (hiliqaynon dilindә); K.Aureusun nәsri, L.Kabalkinto, Q.Kalyefa vә M.Bobisin poeziyası; K.Areholanın pyeslәri (bikol dilindә).

                                                                              Memarlıq

    İspan hökmranlığı illәrindә müntәzәm planlı şәhәrlәr (Sebu, 1565; Manila, 1571; Viqan, 1572, tarixi mәrkәzi Ümumdünya irsi siyahısına daxil edilmişdir) salınmış, çox vaxt Latın Amerikasındakı ispan koloniyaları memarlığının tәsirilә istehkam vә dini tikililәr ucaldılmışdır: Manilada barokko üslubunda San-Aqustin kilsәsi (1587 ildәn, әsas hissәsi 1604–18, memar A. de Errera), Paoaedә “seysmik barokko” yönümlü San-Aqustin (1694–1710), Santa-Mariyada Nuestra-Senyora-de-la Asunsion (1765), Miaqaoda Santo-Tomas-de-Vilyanueva (1787–97) mәbәdlәri; dördü dә Ümumdünya irsi siyahısına daxil edilmişdir. Barokko vә klassisizm üslubunda dini heykәltәraşlıq yerli sәnәtkarlar (L.Asunsion vә b.) tәrәfindәn yaradılırdı. 16 әsrin ortaları – 18 әsrin ortalarının dini boyakarlığında Avropa nümunәlәrinin tәqlidi vә Çin tәsviri sәnәtinin tәsiri birlәşirdi. “Filippinin xәritәsi” qravürasında şәhәrlәrin vә tәbii landşaftların görüntülәri (1734, N. de la Krus Baqay, F.Suares) ilk mәnzәrә nümunәlәridir. 19 әsrin әvvәllәrindәn rәssamlar portret miniatürlәri, hәmin әsrin ortalarından isә bütov ölçülü portretlәr yaradırdılar. F. sakinlәrinin milli geyimdә rәsmlәrindәn (D.Dominqo, X.Asunsion vә b.) ibarәt albomlar yayılmışdı. 19 әsrin sonlarında X.Luna vә F.R.İdalqo son akademizm ruhunda irihәcmli tablolar, hәmçinin mәnzәrә vә portretlәr çәkirdilәr; L.Gerrero, S.Flores, F.Roxas mәnzәrә vә mәişәt sәhnәlәrindә milli süjetlәrdәn istifadә edirdi.

    Amerika müstәmlәkә hakimiyyәti dövründә D.X.Börnem Manila vә Bagionun (1905; hәr ikisi yarımçıq hәyata keçirilmişdir) baş planını işlәyib hazırlamışdır. “Gözәl şәhәr uğrunda” hәrәkatı yönündә yeni prospektlәr, parklar, tәmtәraqlı ictimai binalar inşa edilirdi (Manilada “İspan müstәmlәkә üslubu” vә neoklassisizm formalarında amerikalı memar U.E.Parsons vә F. memarları X.Arelyano, A.Toleda vә b.-nın 20 әsrin 1-ci yarısı tikililәri). Modern vә ar deko üslublarında tikililәrdә çox vaxt yerli memarlıq elementlәrindәn istifadә olunurdu (Manilada “Metropoliten” teatrı, 1931, memar Arelyano). 20 әsrin 2-ci yarısının aparıcı memarı L.V.Loksih, әsasәn, monumental, çox vaxt son modernizm istiqamәtindә dinamik formalı tikililәr yaradırdı.

     “Metropoliten” teatrı. Manila.

    CAZA, “Buensalido Architects” vә s. memarlıq büroları fәaliyyәt göstәrir (21 әsrin әvvәllәri). 20 әsrin 1-ci yarısı vә ortalarında işlәyәn aparıcı heykәltәraşlar arasında akademik vә realist әnәnәlәri birlәşdirәn Q.Tolentino, ekspressionizm tәrәfdarları N.Abueva, E.Kastrilyo, S.Saprid, V.Ti-Navarro vә b. var. 20 әsrin 2-ci yarısı – 21 әsrin әvvәllәrindә R.Orlina vә İ.Pilapil şüşәdәn heykәllәr yaradırlar, C. Lyuç-Dalena naturalist keramik heykәllәrdә feminizm mövzusunu inkişaf etdirir, A.Arelyanonun yaradıcılığı sürrealizmә yaxındır. X.Araos vә R.P.Kontreras ağac heykәltәraşlığı milli әnәnәlәrindәn istifadә edirlәr. Assamblaj vә instalyasiyaya yaxın әsәrlәri X. Tense-Ruis (boyakar kimi dә işlәyir, performanslar keçirir) yaradır. 

    20 әsrin 1-ci rübündә rәssamlar T. Buenaventura, F. de la Rosa vә b. mәnzәrә vә mәişәt sәhnәlәrindә milli süjetlәr işlәmişlәr. 1920-ci illәrin sonu – 1930-cu illәrdә boyakarlar V.Edades, Q.Okampo vә K.Fransisko (Botonq Fransisko), sonralar V.Manansala, A.Maqsaysay-Xo vә b. postimpressionizm vә modernizmә müraciәt etmişlәr. 1950 ildәn Manansala, Maqsaysay-Xo, E.Okampo, S.Leqaspi, V.Oteysa, R.Tabuena, A.Lus ekspressionizm vә sürrealizm (1951 ildәn hәmçinin kubizm) elementlәrini özündә birlәşdirәn, “neorealizm” hәrәkatını formalaşdırmışlar. 20 әsrin ortalarında K.Bernardo hәndәsi abstraksionizm, X.Xoyya abstrakt ekspressionizm yönündә әsәrlәr çәkmişlәr. 20 әsrin 2-ci yarısında X. de Qusman, D.Dalena ekspressionizm formalarında işlәmişlәr; M.Parial vә N.Beleysa ekspressionizmi xalq әnәnәlәri ilә birlәşdirmişlәr; R.Çabet vә R.Albano konseptual incәsәnәtin aparıcı nümayәndәlәri olmuşlar.

                                                              Musiqi

    Manilada ölkәnin әn böyük simfonik ork.-lәri fәaliyyәt göstәrir: F. filarmonik (1973 ildә yaradılmışdır, indiki adı ilә 1982 ildәn) vә Manila simfonik (1926) ork.-lәri. Keson-Sitidәki F. “Diliman” Un-tinin nәzdindә (1963 ildәn) “Filippin madriqalçıları” xoru fәaliyyәt göstәrir) vә Maniladakı F. qadın un-tinin kolleclәrindә Avropa akademik ixtisasları üzrә ali musiqi tәhsili verilir, milli zәrb musiqi alәtlәrindә (qamelan xalq ork.-i) çalmaq vә etnomusiqişünaslıq tәdris olunur. 1955 ildәn akademik bәstәkar vә musiqişünasların fәalyyәtini F. bәstәkarları liqası koordinasiya edir. Las-Pinyas ş.-ndәki Müq. İosif kilsәsindә 1817 vә 1824 illәr arasında konstruksiyasında tәqr. 900 bambuk borudan istifadә olunmuş nadir orqan quraşdırılmışdır.

                                                                                Teatr

    Müstәmlәkә dövrünәqәdәrki teatrlaşdırılmış tamaşalarda karaqatanlar (mәzәli mәnzum dialoqlar), Ramayana”nın hind vә İndoneziya versiyalarından epizodlar göstәrilirdi. Müstәmlәkә dövründә ispan dilindә “plaş vә şpaqa” komediyaları üslubunda, әsasәn, anonim moro-moro janrı geniş yayılmışdı. 18 әsrin sonu – 19 әsrdә moro-moro taqal (“Şahzadә Himena”, “Qobernadorsilyo seçkilәri”, F. Balaqtas) vә visayya (“Parıldayan daş-qaş”, “İblis qızılı”) dillәrindә meydana gәldi. Kölgә teatrının karilyo lirik pyeslәri populyarlıq qazanmışdı. Tamaşada әvvәllәr kartondan düzәldilmiş, kuklalardan istifadә olunurdu, 20 әsrin әvvәllәrindә qәhrәmanların rolunu aktyorlar oynamağa başladı. Mәnzum formalı debatlardan ibarәt orijinal balaqtasan (şair Balaqtasın soyadından) janrı inkişaf edirdi. 19 әsrin ortalarından Manilanın ilk hәvәskar teatrlarında sarsuela (o cümlәdәn X.Risalın “Pasiq boyunca” әsәri, 1880, ispan dilindә) aparıcı janr oldu. 1862–76 illәrdә sarsuela tamaşalarının göstәrildiyi әsas sәhnә Manilada Şahzadә XII Alfonsun teatrı idi. 1900-cü illәrin әvvәllәrindә dramaturq E.İlaqan vә şair S.Reyes paytaxtda öz truppalarını yaratdılar. 19 әsrin sonlarında meydana gәlәn ispandilli teatrın (dope F. de Veqa Karpyo, P.Kalderon de la Barka vә b.) müasir formaları geniş yayılmadı vә sonralar taqaldilli teatr tәrәfindәn sıxışdırıldı.

    1931 ildә ilk stasionar Paytaxt teatrı binası (ar deko üslubunda, memar X.Apelyano) inşa olundu. Yapon işğalı illәrindә (1942–45) rej.-lar L.Avelyana, U.Gerrero, A.V.Ernandes taqal dilindә tamaşalar qoyurdular. 1960–70-ci illәrdә A.P.Çexovun pyeslәri, B.Brextin epik teatrı vә A.Boalın “etiraz teatrı” populyar idi. 1967 ildә Manilada Filippin Teatr Tәhsili Assosiasiyası yaradılmışdır. Paytaxtda “Metropoliten” teatrı (keçmiş Paytaxt teatrı, 1931), Ateneo-de-Manila (1972) vә Filippin (1976) un-tlәrinin populyar tәlәbә teatrları, “Trubaçalanlar” gәnclәr truppası (1993), “Spit” (2002) improvizasiya teatrı vә s. fәaliyyәt göstәrir. Nyuport ifaçılıq sәnәtlәri teatrı (Manila, 2011) F.-in әn böyük teatr meydançasıdır. Hәmçinin Malolos (Barasoain mәdәniyyәt fondu, 1980), Keson-Siti (Qantimpala teatr fondu, 1978, indiki adı 1987 ildәn; Sipat Lavain ansambl, 2009), Taqbilaran (“Bol-Anon” teatrı, 1997), Osamis (La-Sal Un-tinin Gindeqan teatrı, 2007) vә s. şәhәrlәrdә teatr kollektivlәri fәaliyyәt göstәrir. Ən görkәmli aktyorlar arasında A.Segerra, R. de Vera, K.Viyonko, T.Manalanq, K.Alyado, D.Buenkaminyo, M.Vianya, P.Kristian, C.Tanyada, S.Konsepsyon, C.Ferrer, K.Seldran; kukla aktyorları V. vә O.Karkamolar vә b. var. 1992 ildәn Milli teatr festivalları keçirilir (vaxtaşırı). 2014 ildә Manilada (“Şort” + Suit Tietr”) Beynәlxalq ondәqiqәlik pyeslәr festivalı keçirilmişdir.

                                                                          Kino 

     “Maksimonun çiçәklәnmәsi” filmindәn kadr.

    Manilada ilk film nümayişi 1897 ildә olmuşdur. Hәmin ildә paytaxtda ilk kinoteatr fәaliyyәtә başlamışdır. 1912 ildәn prokatda Amerika filmlәri üstünlük tәşkil etmişdir. İlk milli kinoşirkәti 1919 ildә F. kinosunun banisi X.Nepomuseno tәrәfindәn yaradılmışdır (taqal dilindә titrlәrlә ilk bәdii film “Kәnd qızı”); onun çoxseriyalı “Üç fırıldaqçı” komediyası “ sәssiz kino dövrünün әn yaxşı filmlәrindәn biridir (1926, ingilis dilindә). “Qulyabanı” (rej. C.Mussero, ingilis dilindә, 1932) vә “Qızıl xәncәr” (rej. Nepomuseno, taqal dilindә, 1933) ilk sәsli filmlәrdir. 1930-cu illәrin 2-ci yarısında Manilada “Sampaguita Pictures”, “Excelsior Pictures”, LVN, “X’ Otic Films” (2-ci dünya müharibәsindәn sonrakı adı “Movietec”) kino şirkәtlәri yaradılmışdı. Bu illәrdә rej.-lar C.Manansalı (“Toxunulmaz”, 1930; “Qorxunc qarәtçilәr”, 1934, “Katipunan”, 1939) vә K.Konça (“Çәtin sәrvәt”, 1939; “Arzu”, 1940) fәaliyyәt göstәrirdilәr. Ç.Solis, N.Blanka, A.Qoyena, L.Valdes, D.Rason, M.Monteneqro, M. del Sol, D.Qarsiya, A.Fransisko, Q.Fernandes, S.Saraqosa bu dövrün populyar aktyorlarıdır. Yapon işğalı illәrindә (1942–45) bir neçә taqal filmi (o cümlәdәn “Üç Mariya”, rej. C. de Leon, 1944) çәkilmişdi. 1940-cı illәrin 2-ci yarısında hәrbi tematika üstünlük tәşkil edirdi: F.Ponun “Vәtәnin qanı”, O.Silosun “Partizan qız” (hәr ikisi 1946), Q.Fernandesin “13-cü qarnizon” (1949, ilk rәngli kino) filmlәri. 1950-ci illәr F. kinosunun ilk “qızıl onilliyi”dir: rej.-lar E. Romero (“Nizamsız hәyat”, 1952), C. de Leon (“Zәng qüllәsindә piton”, 1952; “Mәni unutma”, 1960), Q.Fernandes (“Hәr şeydәn çox”, 1955), R.Estella (“Ümidsiz”, 1956), L.Avelyana (“Bacao”), S.Qalyardo (“45 kalibr”, hәr ikisi 1957), M.Silos (“Torpağın xeyir-duası”, 1959), M.S.Torres (“Xatirәlәrin damcıları”, 1960) beynәlxalq nüfuz qazanmışdılar. F. kinosunun ikinci uğurlu onilliyi 1970-ci – 1980-ci illәrin әvvәllәrinә tәsadüf edir: L.Broka (“Hәtta mәlәklәr dә ağlayır”, 1971; “Yadlar cәnnәtdә”, 1983), M.O’Xara (“Allahsız üç il”, 1976), K.Taimik (“Ətirli dәhşәt”, 1977, Qәrbi Berlin Beynәlxalq kinofestivalının mükafatı); İ.Bernal (“İki yuva, bir quş”, 1977; “Sәni unuda bilmirәm”, 1982), M.Dias-Abay (“Zorakılıq”, 1980, “Öyüd”, 1982), M. de Leon (“Vәfasız”, 1981) vә s. Müstәqil Kino Fondunun (1982, Manila) dәstәyi ilә “Qızıl, gümüş, ölüm” (1982), “Əqrәb gecәsi” (1985, hәr ikisinin rej.-u P.Qalyaqa), “Şәn misteriya” (1984, rej. A. de la Krus) vә s. filmlәr çәkilmişdir. R.Red F. kinematoqrafına әhәmiyyәtli töhfәlәr vermişdir (“Sәmanın tәdqiqi”, 1988; “Makapili”, 1993, Rotterdam Beynәlxalq kinofestivalının mükafatı; “Kölgәlәr”, 2000, Kann Beynәlxalq kinofestivalının mükafatı; “Manilanın sәmaları”, 2009). Digәr rej.-lar arasında: L.Dias (“İsa inqilabçıdır”, 2002; “Ovsunlar ölkәsindә ölüm”, 2007, Venesiya Beynәlxalq kinofestivalının mükafatı; “Melanxoliya”, 2008; “Kәdәrli sirr üçün layla”, 2016, Berlin Beynәlxalq kinofestivalının mükafatı), P.Vilyaluna (“İllüziya”, 2005), D.Marasiqan (“Şimal dairәvi yolunda”, 2005), A.Solito (“Maksimonun çiçәklәnmәsi”, 2005, Berlin Beynәlxalq kinofestivalının mükafatı), C.Torres (“Nәqәrat mahnıda inqilab kimidir”, 2010; “Yadelli Lukas”, 2013), sәnәdli filmlәr rej.-u R.Martin (“Dünyanın qurtaracağındakı ada”, 2005; “Avtotarixçә”, 2007; “Gecәn xeyrә qalsın, İspaniya”, 2011; “Sonuncu film”, 2013; “İzsiz necә yox olmalı” bәdii filmini çәkmişdir, 2013) vә s. var. Paytaxtda Manila kino mәrkәzi fәaliyyәt göstәrir (1982), hәr il Manila beynәlxalq kinofestivalı (1975 ildәn), F. “Sinemanila” müstәqil kino festivalı (1999 ildәn) keçirilir. 1981 ildә Filippin Kinoakademiyası yaradılmışdır.

    Əd.: Сантос A. Филиппинская литература. M., 1965; Левтонова Ю. О. История Филиппин: Краткий очерк. М., 1979; Страны и народы: Зарубежная Азия: Юго-Восточная Азия. М., 1979. Сумский В. В.Фиеста Филипина: Реформы, революции и активное ненасилие в развивающемся обществе. В 2-х книгах. М., 2003.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN