Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLİPPİN DAĞ XALQLARI

    FİLİPPİN DAĞ XALQLARI (i q o r o t l a r, l u m a d l a r) – filippinlilәrin tәrkibindә xalqlar qrupu. Luson (kankanaylar – 375 min nәfәr, ifuqaolar – 190 min nәfәr, ibalolar – 190 min nәfәr, kalinqalar – 110 min nәfәr, tingianlar – 75 min nәfәr, itneqlәr – 35 min nәfәr, ilonqotlar – 90 min nәfәr, qaddanlar – 60 min nәfәr, bontoklar – 50 min nәfәr, isneqlәr – 50 min nәfәr, kalanquyalar – 40 min nәfәr; 2016), Mindanao (subanonlar – 500 min nәfәr, manobolar – 450 min nәfәr, bilaanlar – 300 min nәfәr, baqobolar – 300 min nәfәr, mandayyalar – 270 min nәfәr, kalaqanlar – 240 min nәfәr, bukidnonlar – 140 min nәfәr, tirurayilәr – 65 min nәfәr), Mindoro (hanunoolar – 20 min nәfәr, irayyalar – 16 min nәfәr, buhidlәr – 13 min nәfәr, tadyavanlar – 6 min nәfәr), Batan (ivatanlar – 50 min nәfәr), Palavan (taqbanualar – 30 min nәfәr, palavanolar – 26 min nәfәr) adalarının daxili dağlıq rayonlarında mәskunlaşmışlar. Əsasәn, әnәnәvi dini inanclarını saxlamışlar, 20 әsrin sonlarından xristianlığı qәbul edirlәr.

    19–20 әsrlәrәdәk ayrıca yaşamaq tәrzlәrini qoruyub saxlamışlar. Ənәnәvi mәşğuliyyәtlәri terraslı toxa, talalarda xış vә suvarma әkinçiliyi (quru dәrәlәrdә vә çaybasar yerlәrdә çәltik, taro, yams, batat, kamot, banan), donuz vә toyuq yetişdirilmәsi, ovçuluq vә yığıcılıqdır. Ənәnәvi dulusçuluq, toxuculuq, parça boyanması, bambuk vә rotanq liflәrindәn toxuma, dәmirçilik, ağac vә daş üzәrindә oyma, silah, musiqi alәtlәri vә bәzәk әşyalarının hazırlanması saxlanılmışdır. Ənәnәvi geyimlәri kişilәrdә bel sarğısı vә çiyinlik, qadınlarda tikişsiz yubkadır. İcma torpaq sahibliyi vә üstün mülkiyyәt (tunc sinclәr, Qәdim Çindәn çini qablar, boyunbağı vә s.) sistemi, adәt hüququ, rütbәlәrә bölgü; potlaç, qan intiqamı, düşmәn başlarının ovu, oğlanların inisiasiyasi, şәkildöymә, dişlәrin qaraldılması vә mişarlanması, qulaq oymaqlarının taxılması mövcud idi. İcma hәyatının mәrkәzlәri kişilәr evi (ato) vә gәnclәr evi olmuşdur. Ərazinin sahibi hesab edilәn ruhlara (luta), әcdadlara (anito) sitayiş, mifologiya inkişaf etmişdir, şamanlar, kahinlәr vә türkәçarәçilәr var idi. Folklorları epos, nağıllar, mәrasim nәğmәlәri vә rәqslәrdәn ibarәtdir. Musiqi alәtlәrinә yastı sinc, tәbil, varqan, fleyta (o cümlәdәn burun fleytası), sitra, şax-şax vә s. aiddir.

     Filippin dağ xalqları. İfuqaoların әnәnәvi evi (Lucon adası).

    İspanlarla әlaqәlәri 17–18 әsrlәrdәn olmuşdur. F.d.x.-nı itaәtә gәtirmәk, xristianlaşdırmaq vә düzәnliyә köçürmәk cәhdlәri onların kәskin müqavimәtinә gәtirib çıxarmışdır. Hazırda dağ mәdәnlәrindә mövsümçülük, şәhәrlәrә axın geniş yayılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN