FİLİPPİN DİLLƏRİ - Filippin a-rında yayılmış Avstroneziya dillərinin 10 qolunun şərti birləşməsi. Bu dildə danışanların ümumi sayı təqr. 100 mln. nəfərdir (2016), o cümlədən taqal dilində 49 mln., sebu dilində 26 mln., ilok dilində 9 mln., hiliqaynon dilində 9 mln. nəfər danışır.
Tayvan və Filippin arasındakı adalarda B a t a n (b a ş i) qolunun 3 dili yayılmışdır. Luson a.-nda Ş i m a l i L u s o n (K o r d i l y e r) q o l u mezokordilyer (Cənub-Mərkəzi Kordilyer; 15 dil), Kaqayan (8 dil), Şimal-Şərqi Luson (6 dil) qrupları və ilok, arta, dikamay-aqta dilləri və M ə r k ə z i L u s o n q o l u kapampanqan, sinauna və sambal qrupları (8 dil) ilə təmsil olunur. Mindoro a.-nda Ş i m a l i M i n d o r o (Ş i m a l i M a n g i a n ) qolu (3 dil; ehtimal ki, Mərkəzi Luson qoluna daxildir) və C ə n u b i M i n d o r o (C ə n u b i M a n g i a n ) q o l u (3 dil) mövcuddur.
M ə r k ə z i F i l i p p i n q o l u n a (ən böyük) Lusonun cənubunda bikol (8 dil), taqal (2 dil; o cümlədən taqal dili), manideinaqta (3 dil) qrupları; Visayya a-rında bisay qrupu (20 dil; bax Bisaya dilləri), mansakan qrupu (7 dil) və Mindanaonun şərqində mamanva dili daxildir. Mindanaonun böyük hissəsini C ə n u b i F i l i p p i n q o l u v ə C ə n u b i M i n d a n a o q o l u təşkil edir. Palavan a. p a l a v a n q o l u n u (8 dil), Kalamian a. k a l a m q o l u n u (2 dil) əhatə edir.
Sulu a-rında Kalimantan dillərinin baritos qoluna genetik cəhətdən yaxın olan s a m a-b a c a v q o l u dillərində (6 dil) danışırlar.
F.d.-nin 4 qolunu və Sulavesinin şm.-ında yayılmış monqondou-horontal qolunu əhatə edən mezofilippin genetik qruplaşmasının mövcudluğu əsas olaraq qəbul edilmişdir.
Tarixən bəzi F.d. üçün qədim Yava yazısı vasitəsilə kökü brahmiyədək gedib çıxan yazılardan istifadə olunmuşdur (bax Hind yazısı). Hazırda onlardan yalnız buhid, hanunoo və taqbanva yazıları məhdud şəkildə işlədilir; baybayin (köhnə taqal yazısı) və kulitan yazılarını bərpa etmək üçün cəhdlər edilir. 17 əsrdən başlayaraq bir çox F.d. üçün latın qrafikası əsasında yazı yaradılmışdır.
F.d.-nin genetik təsnifatı amerikalı dilçi R.Blast tərəfindən işlənib hazırlanmışdır (1991). Sonralar bu təsnifatın ayrı-ayrı xüsusiyyətləri və Avstroneziya dillərinin digər qolları ilə F.d.-nin əlaqəsi dəqiqləşdirilmişdir.