FİLİPPİN NOVU – Sakit okeanın dibindә dәrinsu novu. Filippin a-rının ş. yamaclarının әtәklәrindәdir. Luson a.-nın c.-undan Halmahera a.-nadәk 1330 km mәsafәdә uzanır. Orta eni 65 km, maks. dәrinliyi 10265 m-dir. Asimmetrik formadadır; ada qövsü tәrәfdәn yamacı okean yatağı tәrәfә nisbәtәn daha dikdir. Eni tәqr. 1 km olan dibi yastı düzәnlikdәn ibarәtdir.