FĺLİPS (niderlandca Koninklijke Philips NV) – Niderland konserni, elektrik avadanlığı üzrә dünyanın aparıcı istehsalçılarından biri. Mәnzil-qәrargahı әvvәlcә Eyndhovendә (Niderland) olmuş, 2001 ildәn Amsterdamda yerlәşir.
Filips konserninin mәnzil-qәrargahı. Amsterdam.
1891 ildә ata-oğul Frederik vә Jerar Filips Frederik tәrәfindәn Eyndhoven ş.-ndә tәsis olunmuşdur. Əvvәlcә F. cәmi 10 işçisi vә istehsal gücü gündә 100–200 elektrik lampası olan kiçik fabrik idi. Daha sonra Filips elektrik lampaları z-dunun istehsalı genişlәndirilmiş, adının yanına 1916 ildә Niderland kraliçası tәrәfindәn “konin-klijke” – “kral” sözü әlavә edilmişdir. 1930-cu illәrdә “böyük depressiya” dövründә F. әsas istehsal müәssisәlәrini Niderlanddan kәnara köçürmüşdü. İkinci dünya müharibәsi illәrindә bir çox gizli laboratoriya, tәdqiqat obyektlәri zәrәr çәkmәdәn saxlanıldığına görә şirkәt öz istehsal gücünü artırmış, elektrik avadanlığının bir çox növünün (radio, televizor, işıqlandırma sistemlәri vә s.) istehsalı üzrә inhisarçıya çevrilmişdi.
İstehsalı genişlәndirmәk mәqsәdilә konsern bir çox şirkәtlәrin (Magnavox, Sygnetics, Westinghouse, Lifeline Systems, Ximis, Moore Microprosessor, VISICU, Preethi vә s.) nәzarәt sәhmlәrini әldә etmişdir. 2011–15 illәrdә F.-in xalis gәliri bir qәdәr azalmışdır. 2013 ildәn konsern Royal Philips NV (NV – açıq tipli sәhmdar cәmiyyәti) adlanır.
Hazırda F.-in fәaliyyәti 3 әsas istiqa- mәtdә – tibb avadanlıqları, işıqlandırma texnikası vә istehlak mallarının istehsalı sahәlәrindә inkişaf edir.. Ən yeni rәqәmsal texnologiyaların istehsalçısı vә tәdarükçüsü olan F.-in dünyanın 100-dәn çox ölkәsindә (o cümlәdәn Almaniya, ABŞ, Koreya, B.Britaniya, Polşa, Macarıstan, İtaliya vә s.) istehsal, layihә vә mühәndislik müәssisәlәri var.
Konserndә çalışanların ümumi sayı tәqr. 74 min nәfәrdir; dövriyyә kapitalı tәqr. 12 mlrd. avro, sәhmlәrinin ümumi dәyәri 25,315 mlrd. avro tәşkil edir (2017).