FİLİZLİ DAĞLAR (alm. Erzgebirge), K r u ş n e - H o r i (çex dilindә Krušné hory) – AFR vә Çexiyanın sәrhәdindә dağ silsilәsi. Uz. tәqr. 150 km-ә, hünd. 1244 m-ә (Klinovets d.) qәdәrdir. F.d. şm. yamacı az meyilli, c. yamacı dik olan tipik horsdur. Qneys, qranit, fillit, mikalı şistlәrdәn ibarәtdir. Dalğalı zirvәlәrinin sәthlәri çәmәnliklәr vә torfluqlarla örtülüdür; dәrin meşәli dәrәlәrlә parçalanmışdır. 800–900 m-dәn aşağı yamaclarda qarışıq meşәlәr yayılmışdır. Bir neçә qoruq var. Volfram, bismut, sink vә s. faydalı qazıntıların olması ilә әlaqәdar silsilәyә “F.d.” adı verilmişdir. İsti bulaqlar, iqlim vә balneoloji kurortlar var. Qış idmanı inkişaf etmişdir.