Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİLLİPS ƏYRİSİ

    FİLLİPS ƏYRİSİ – inflyasiya vә işsizliyin sәviyyәlәri arasındakı qısamüddәtli әks asılılığı göstәrir.

    İngilis alimi O.Fillipsin 1958 ildә Qәrbi Avropa ölkәlәrindә apardığı iqtisadi-statistik tәhlil ciddi elmi-siyasi әks-sәda doğurmaqla yanaşı, hәm dә mәcmu tәlәbin stimullaşdırılmasının vә bununla әlaqәdar inflyasiyanın bir qәdәr yüksәlmәsinә işsizliklә mübarizәdә effektiv vasitә olması fәrziyyәsini möhkәmlәndirdi. Hәmin vaxtdan inflyasiya ilә işsizlik arasında “dәyişmәnin” mümkünlüyünü xarakterizә edәn әyri iqtisadi nәzәriyyәdә F.ә. adlanır (şәkil).

     İnflyasiya ilә işsizlik arasında “dәyişmә” (qısamüddәtli Fillips әyrisi).

    1960-cı illәrdә iqtisadi sferada işsizliyi әsas tәhlükә hesab edәn Qәrbi Avropa ölkәlәri mәcmu tәlәbin stimullaşdırılması siyasәtini hәyata keçirmәklә iqtisadi artım vә mәşğulluq sahәsindә yüksәk dinamikaya nail oldular. Lakin, sonradan mәlum oldu ki, böyük inflyasiyanı kiçik işsizliyә “dәyişmәsi” imkanları dayanıqlı şәkildә mәnfi nәticәlәrә gәtirib çıxarırdı: belә ki, 1960-cı illәrdә işsizlik 2,5% olduqda inflyasiyanın sәviyyәsi sıfır idisә, 1970-ci illәrdә inflyasiya vә işsizlik eyni vaxtda 5%-dәn çox idi. Başqa sözlә, F.ә. tәdricәn yüksәlirdi; inflyasiya vә onunla bağlı sosial-iqtisadi xәrclәr mәşğulluq problemini ikinci plana sıxışdırdı. Bunun başvermә sәbәbini nәzәri cәhәtdәn Amerika iqtisadçısı M.Fridmen izah etmişdir. Fridmenә görә, mәcmu tәlәbin stimullaşdırılması vasitәsilә mәşğulluğun daimi yüksәk sәviyyәdә saxlanılması inflyasiyanın artmasını qaçılmaz edir. Eyni zamanda, pul tәklifi dinamikasının tәnzimlәnmәsindәn sonra iqtisadiyyatda yenidәn әldә edilәn uzunmüddәtli mәşğulluq әvvәlki sәviyyәdә qalır. Lakin bu da onu göstәrir ki, uzunmüddәtli planda mәşğulluğun miqyası inflyasiyadan asılı deyildir, yaxud F.ә. şaquli xәtt üzrә yerini dәyişir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN