FİLLİT (yun. φύλλον – vәrәq) – әsasәn, serisitdәn, yaxud xloritdәn tәşkil olunmuş incә şistli metamorfik süxur. Tәrkibindә qırıntı kvars dәnәlәri, bәzәn albit kristalları da iştirak edir. Rәngi tünd-boz, yaxud qara olur. İpәk parıltısı sәciyyәvidir. Sıxlığı 2750–2770 kq/m3-dir. Əsasәn gil çöküntülәrinin zәif metamorfizmi nәticәsindә әmә- lә gәlir. Metamorfizm dәrәcәsinә görә gilli şistlәrlә mikalı şistlәr arasında keçid süxurdur. Kembriyәqәdәr platforma özülünün üst struktur mәrtәbәsindә, bir çox qırışıqlıq vil.-lәrin kәnar zonalarında geniş yayılmışdır. Seresitlә zәngin F.-dәn şistli un istehsalında istifadә edilir.