FİLLÓDİ – saplağın enlilәşәrәk yarpağabәnzәr forma alması; sonradan qismәn vә ya tamamilә reduksiyaya uğrayır. Kseromorf quruluşu ilә fәrqlәnir vә adәtәn, günәşә tәrәf yönәlmiş olur. Quraq vilayәtlәrin bitkilәrinә (mәs., Avstraliya akasiyası) xasdır. Ontogenezdә belә bitkilәrin yarpaq lövhәlәri reduksiya olunmuş, saplaqlar isә fotosintezin әsas orqanı kimi F.-yә çevrilmişdir.