FİLLOKLАDİLƏR – bitkilәrdә yarpaq funksiyasını daşıyan şәklini dәyişmiş zoğlar; bunların gövdәlәri yarpaqşәkilli olub, fotosintez funksiyasını yerinә yetirir, yarpaqlar isә reduksiyaya uğramış vә F.-in kәnarında vә ya sәthindә yerlәşәn pulcuqlar şәklindә olur. Bu pulcuqşәkilli yarpaqların qoltuqlarında çiçәk qrupu, yaxud tәk-tәk çiçәklәr inkişaf edir. Bәzi bitki morfoloqları yalnız böyümәni tez başa vuran yastı, yarpağabәnzәr zoğları F.-ә aid edirlәr, böyümәsi uzunmüddәtli olanları isә kladodi adlandırırlar, digәrlәri bu terminlәri sinonim hesab edirlәr. F.-ә başlıca olaraq quraqlıq yerlәrdә yayılmış müxtәlif fәsilәlәrdәn olan bitkilәrdә rast gәlinir.