FİLODÉM QADARALI (Φιλόδημος ό Γαδαρεύς) (tәqr. e.ә. 110, Qadara, indiki İordaniyada Umm-Qeys – e.ә. 40 ildәn sonra, Herkulanum) – qәdim yunan epikürçü filosofu. Afinada tәhsil almış, 70-ci illәrdә İtaliyaya köçmüş, Romada vә Herkulanumda Pizonların malikanәsindә yaşamış, burada Publi Kvintili Var, Vergili vә b. ilә görüşmüşdür. 18 әsrin ortalarına qәdәr “Palatin antologiyası”ndakı epiqramları vә Diogen Laertidә adının çәkilmәsi ilә tanınırdı; Herkulanumda aparılan qazıntılar zamanı “papiruslar malikanәsi”ndә F.D.-nın çox sayda әsәrlәrinin nüsxәlәri tapılmışdır.
“Epikürün hәyatı”, “Traktatlar”, “Filosofların toplusu” (stoiklәrin vә epikürçü filosofların mәktәblәri haqqında fraqmentlәr saxlanmışdır), “Akademiya tarixi” (Platondan Askalonlu Antioxa qәdәr), “Stoya tarixi” (Kitili Zenondan Paneti vә şagirdlәrinә qәdәr), “Stoiklәr haqqında” polemik әsәri (Kitili Zenon vә Diogen Sinoplunun siyasi görüşlәrinin tәnqidi) vә Epikür tәlimini yenidәn şәrh edәnlәrә qarşı yazılmış “Yoldaşlara” (epikürçülük mәktәbi üzrә yoldaşlar nәzәrdә tutulur) әsәri fәlsәfә tarixinә dair nәşr olunmuş әsәrlәridir. Etikaya dair әsәrlәri: “Nöqsanlar haqqında”, “Xasiyyәtlәr vә hәyat tәrzlәri haqqında”, “Qәzәb haqqında”. “Ritorika haqqında”, “Poetik әsәrlәr haqqında”, musiqi haqqında traktatları var.